Azərbaycanda sərhəd infrastrukturunun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülür
Siyasət 08 İyn 2023 13:21:00 259 0
Sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə zəng edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.
O qeyd edib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir.
"Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə qırx dəfədən artıq səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə sərhəd təhlükəsizliyinin təmin olunması sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və davam etdirilməkdədir", - o deyib.
Elçin Quliyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sərhədboyu infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir.
"Ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra dövlət sərhədinin işğaldan azad olunmuş sahələrində xidməti-döyüş fəaliyyətinin təşkili üzrə lazımi tədbirlər görülüb. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadalarıvə müxtəlif hərbi hissələr yaradılıb", - deyə o əlavə edib.
Son.az
Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyətin təşk
Ermənistan hazırda Sədərək rayonu yaxınlığında, daha dəqiq desək Araz
Bu günlərdə Ermənistan XİN Ararat Mirzoyanla ABŞ Dövlət katibinin müavi
Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformas
Kaxovka SES-in rus işğalçıları tərəfindən dağıdılması kütləvi qır
Qarabağda biznes fəaliyyəti üçün bugünədək KOBİA-ya 1400-dən artıq m
2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.0
"Roseark" zərgərlik mağazasının nümayəndələri Niki Minajı m�
ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqram çərçivəsində Yerdənkənar m�
Ukrayna ilə Rusiya arasında iki ilə yaxındır davam edən müharibənin gedi