Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir


Digərləri 08 İyn 2023 09:17:00 150 0

Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir

Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir.

Bu barədə Trend-ə özəl müsahibəsində Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.

O qeyd edib ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən - Rusiyadan 100 faiz asılı olub.

"Biz artıq bu ölkənin təbii qazından istifadə etmirik. Moldova çox qısa bir zamanda çətin yoldan keçmək məcburiyyətində qalaraq Avropa bazarlarında təbii qaz satın alıb. Bizim bu istiqamətdə səriştəmiz yox idi. ABŞ, Aİ, həmçinin Rumıniyanın dəstəyi ilə bu gün biz Avropa bazarında təbii qaz satın alırıq. Əlbəttə ki, bunlar qısamüddətli layihələrdir və biz daha uzun müddətə, bir neçə illik müqavilələr bağlamaq istərdik. Bu gün Moldova bu həllərin axtarışındadır. Biz daha öncə də Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğumuzu bildirmişik və ümid edirik ki, bu mümkün olacaq. Təbii qaz satın almağı nəzərdən keçirdiyimiz digər ölkələrə gəlincə, bu əlbəttə ki, özünün mənbələri olan Rumıniyadır", - K.Borasan deyib.

Bundan başqa, dövlət katibinin qeyd etdiyi kimi, Rumıniyanın ROMGAZ şirkəti Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə təbii qaz tədarükü barədə müqavilə bağlayıb.

"Bu müqavilə lazım gələrsə ROMGAZ-ın Moldovaya da qaz tədarük etməsini nəzərdə tutur. Biz bu gün həmçinin Energocom dövlət şirkəti vasitəsilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə layihə çərçivəsində qaz satın alırıq. Layihədə ABŞ, Ukrayna, Rumıniya, İsveçrə və Çexiyadan tədarükçülər və şirkətlər iştirak edir. Hazırda artıq satış həyata keçirən tədarükçülərin və qazı satın alan şirkətlərin görüşdüyü "EU Energy Platform" adlı platforma mövcuddur. Biz bu platformanın aydın üstünlüklərini görürük və hesab edirik ki, bu təbii qaz sahəsində uzunmüddətli əməkdaşlıq baxımından Moldova və Azərbaycan üçün də yaxşı platforma ola bilər", - deyə o əlavə edib.

Metroda eskalator qırıldı: Yaralananlar var like
  • 08 İyn 09:00  
Digərləri Metroda eskalator qırıldı: Yaralananlar var

Cənubi Koreyanın paytaxtı Seulun metrosunda eskalator qəzası baş verib.

arrow Ətraflı
İstirahətə çıxmaq istəyən işçilərin NƏZƏRİNƏ  Əmək məzuniyyətiniz like
  • 08 İyn 08:56  
Digərləri İstirahətə çıxmaq istəyən işçilərin NƏZƏRİNƏ Əmək məzuniyyətiniz

Bəzən elə olur ki, işçi məzuniyyət hüququndan istifadə etmir və ya üm

arrow Ətraflı
Qadın 2 ay ərzində 2 dəfə like
  • 08 İyn 08:48  
Digərləri Qadın 2 ay ərzində 2 dəfə

ABŞ-da bir qadın 2 ay sonra yenidən cekpot udub.

arrow Ətraflı
ABŞın sabiq prezidentinə cinayət işi ilə bağlı bildiriş göndərildi like
  • 08 İyn 08:42  
Dünya ABŞın sabiq prezidentinə cinayət işi ilə bağlı bildiriş göndərildi

Prokurorluq ABŞ-ın keçmiş prezidenti Donald Trampa ona qarşı cinayət işi

arrow Ətraflı
Qatarda yanğın nəticəsində 45 nəfər tüstüdən zəhərləndi like
  • 08 İyn 08:35  
Dünya Qatarda yanğın nəticəsində 45 nəfər tüstüdən zəhərləndi

Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.

arrow Ətraflı
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir  SİYAHI like
  • 08 İyn 08:32  
Digərləri Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

arrow Ətraflı
Yadplanetlilərin uçuş gəmisi ələ keçirilib?  İNANILMAZ İDDİA like
  • 08 İyn 08:28  
Digərləri Yadplanetlilərin uçuş gəmisi ələ keçirilib? İNANILMAZ İDDİA

"ABŞ-ın əlində qismən yararlı olan yadplanetli uçuş gəmiləri var&

arrow Ətraflı
Doğranmış qadın cəsədinin kimliyi məlum oldu  TÜKÜRPƏDƏN CİNAYƏT like
  • 08 İyn 08:12  
Kriminal Doğranmış qadın cəsədinin kimliyi məlum oldu TÜKÜRPƏDƏN CİNAYƏT

ABŞ-də 1969-cu ildə öldürülmüş qadının şəxsiyyəti müəyyən edilib

arrow Ətraflı
Beynəlxalq axtarışa verilən 4 şəxs Azərbaycana ekstradisiya edildi like
  • 08 İyn 08:08  
Digərləri Beynəlxalq axtarışa verilən 4 şəxs Azərbaycana ekstradisiya edildi

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlük

arrow Ətraflı
NyuYork sakinlərinə küçəyə çıxmamaq tövsiyə olunub like
  • 08 İyn 08:04  
Dünya NyuYork sakinlərinə küçəyə çıxmamaq tövsiyə olunub

Nyu-York meriyası şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb.

arrow Ətraflı
Bu ölkədə oğruları tutmağı qadağan etmək istəyirlər like
  • 08 İyn 07:46  
Digərləri Bu ölkədə oğruları tutmağı qadağan etmək istəyirlər

Amerika Birləşmiş Ştatlarında satıcılara iş yerində nisbi təhlükəsiz

arrow Ətraflı
Gəncədəki Sosial Xidmət Müəssisəsində yanğın baş verib  FOTO  VİDEO like
  • 08 İyn 07:37  
Digərləri Gəncədəki Sosial Xidmət Müəssisəsində yanğın baş verib FOTO VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gənc�

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasının dövlət proqramları ləğv edilib like
  • 08 İyn 07:19  
Siyasət Naxçıvan Muxtar Respublikasının dövlət proqramları ləğv edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Ze

arrow Ətraflı
Keçmiş ərinin toyunu pozdu: Gəlinə görün nə dedi like
  • 08 İyn 07:08  
Dünya Keçmiş ərinin toyunu pozdu: Gəlinə görün nə dedi

Çin sakini keçmiş ərinin boşanma prosesi çərçivəsində ödəməyə raz�

arrow Ətraflı