Naxçıvan Muxtar Respublikasının dövlət proqramları ləğv edilib


Siyasət 08 İyn 2023 07:19:00 281 0

Naxçıvan Muxtar Respublikasının dövlət proqramları ləğv edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının dövlət proqramlarının ləğv edilməsi və icra vəziyyətinin yoxlanılması haqqında fərman imzalayıb.

Son.az APA-ya istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamları ləğv edilsin:

1.1. "Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 29 mart tarixli 162-V FR nömrəli Fərmanı;

1.2. "2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 2 mart tarixli 226-05/S nömrəli Sərəncamı;

1.3. "2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 fevral tarixli 459-05/S nömrəli Sərəncamı;

1.4. "2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 fevral tarixli 460-05/S nömrəli Sərəncamı;

1.5. "Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 mart tarixli 7-06/S nömrəli Sərəncamı;

1.6. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 28 yanvar tarixli 84-06/S nömrəli Sərəncamı;

1.7. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 12 mart tarixli 95-06/S nömrəli Sərəncamı;

1.8. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 15 mart tarixli 96-06/S nömrəli Sərəncamı;

1.9. "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 29 mart tarixli 100-06/S nömrəli Sərəncamı;

1.10. "Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 15 fevral tarixli 194-06/S nömrəli Sərəncamı.

2. Bu fərmanın 1.1-ci-1.10-cu bəndlərində nəzərdə tutulmuş dövlət proqramlarının 2023-cü il iyunun 1-dək olan icra vəziyyətinin, bu məqsədlə ayrılmış maliyyə vəsaitlərinin düzgün sərf olunmasının, dövlət proqramlarından kənarlaşmaların olub-olmamasının araşdırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasında dövlət proqramlarının icra vəziyyətinin yoxlanılması üzrə Komissiya" yaradılsın.

3. Komissiya:

3.1. Beş ay müddətində dövlət proqramlarının icra vəziyyətinin araşdırılmasını başa çatdırıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;

3.2. Səlahiyyəti daxilində dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu verilməsini və onlardan belə məlumatların alınmasını təmin etsin, habelə müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Keçmiş ərinin toyunu pozdu: Gəlinə görün nə dedi like
  • 08 İyn 07:08  
Dünya Keçmiş ərinin toyunu pozdu: Gəlinə görün nə dedi

Çin sakini keçmiş ərinin boşanma prosesi çərçivəsində ödəməyə raz�

arrow Ətraflı
Almaniyanın iqtisadi inkişafı təhlükə altındadır like
  • 08 İyn 07:00  
Dünya Almaniyanın iqtisadi inkişafı təhlükə altındadır

"İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını tə

arrow Ətraflı
Robotlar axırda hər kəsi işsiz qoyacaq: like
  • 08 İyn 06:28  
Dünya Robotlar axırda hər kəsi işsiz qoyacaq:

Müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrən�

arrow Ətraflı
Şakiranın bu məşhurla eşq iddiaları güclənir like
  • 08 İyn 05:42  
Şou-biznes Şakiranın bu məşhurla eşq iddiaları güclənir

İki övladının atası Pike ilə 11 illik münasibəti xəyanətə görə bit�

arrow Ətraflı
Yanıq ağrılarını azaldan və xərçəngi müalicə edən sarğı like
  • 08 İyn 04:35  
Dünya Yanıq ağrılarını azaldan və xərçəngi müalicə edən sarğı

Kanadalı alimlər tibb elmində böyük nailiyyətə imza atıblar. Belə ki, y

arrow Ətraflı
İranın bu silahı İsrailə mesajdır like
  • 08 İyn 03:44  
Digərləri İranın bu silahı İsrailə mesajdır

"Fəttah" hipersəs raketini təqdim edən Tehran bunu ilk növbədə

arrow Ətraflı
Sevda brend alışverişini paylaşdı like
  • 08 İyn 02:32  
Şou-biznes Sevda brend alışverişini paylaşdı

Müğənni Sevda Yahyayeva izləyiciləri ilə son günlər aldığı libas və

arrow Ətraflı
Vanqanın 2023cü illə bağlı ŞOK PROQNOZU: like
  • 08 İyn 01:23  
Dünya Vanqanın 2023cü illə bağlı ŞOK PROQNOZU:

Proqnozları hər zaman böyük maraqla qarşılanan Vanqanın 2023-cü illə ba

arrow Ətraflı
Üç kişi qonşusunu döyüb, arvadını zorladı like
  • 08 İyn 01:00  
Digərləri Üç kişi qonşusunu döyüb, arvadını zorladı

37, 26 və 28 yaşlı üç kişi Moskva yaxınlığındakı Noqinskdə 35 yaşl�

arrow Ətraflı
Rövşanə: “Gündə bir ər tapım?” like
  • 08 İyn 00:36  
Şou-biznes Rövşanə: “Gündə bir ər tapım?”

Aparıcı Rövşanə Ağasəfqızının növbəti çıxışı diqqət çəkib.

arrow Ətraflı
Ancelina Coli 24 il əvvəlki halına qayıtdı  FOTO like
  • 08 İyn 00:18  
Şou-biznes Ancelina Coli 24 il əvvəlki halına qayıtdı FOTO

Hollivud ulduzu Ancelina Coli görünüşündə dəyişiklik edib.

arrow Ətraflı
Günün qoroskopu: başqalarını yaşam ərazisinizə buraxmayın like
  • 08 İyn 00:01  
Digərləri Günün qoroskopu: başqalarını yaşam ərazisinizə buraxmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qadın alveri edən “Toppuş Günel”in cəzası bəlli oldu like
  • 07 İyn 23:47  
Digərləri Qadın alveri edən “Toppuş Günel”in cəzası bəlli oldu

Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gül

arrow Ətraflı
Mikroavtobus qəza törətdi  24 ölü like
  • 07 İyn 23:40  
Digərləri Mikroavtobus qəza törətdi 24 ölü

Əfqanıstanın şimalında mikroavtobusun dərəyə çırpılması nəticəsind

arrow Ətraflı