İstirahətə çıxmaq istəyən işçilərin NƏZƏRİNƏ Əmək məzuniyyətiniz
Digərləri 08 İyn 2023 08:56:00 270 0
Bəzən elə olur ki, işçi məzuniyyət hüququndan istifadə etmir və ya ümumiyyətlə, məzuniyyətə çıxmaq istəmir. Belə olan təqdirdə işçilər arasında sual yaranır ki, əgər işçi məzuniyyət hüququndan istifadə etmək istəmirsə, o zaman məzuniyyət zamanı alacağı məvacibi yenə də götürə bilər?
Bu xəbəri də oxu: Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA
Milli.az bildirir ki, bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya almaq hüququ var:
"Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinə əsasən işçiyə ildə ən azı 21 gün, təqvim ilindən az olmayan ödənişli əmək məzuniyyəti verilməlidir. Əmək qanunvericiliyi ilə işçinin əmək məzuniyyəti 6 ayın tamamında yaranır. İşçilər əmək məzuniyyətinə çıxan zaman ilk dəfəsi üçün 14 gündən az olmayan məzuniyyət götürür və istifadə edir. Tutaq ki, işçi əgər, 3 il işləyib və bu 3 ilin 2 ilini əmək məzuniyyətinə çıxmayıbsa, nəticə etibarı ilə işçi istifadə etmədiyi əmək məzuniyyətinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin ikini hissəsinə görə, kompensasiya almaq hüququ var".
Hüquqşünas bildirib ki, hansısa müəssisədə və ya şirkətdə anidən dayandırılma olarsa və ya barəsində ləğv olunma qərarı çıxarılarsa, bu zaman da kompensasiya almaq mümkündür: "Əgər bir müəssisədə hər hansısa bir formada istehsalat dayandırılması olarsa və ya hansısa bir formada ləğv olunma prosesi başlayarsa və işçilərin əmək müqaviləsi ləğv olunmazsa, belə olan təqdirdə işəgötürən müəssisə işçiləri iki təqvim ilinin cəmindən çox olmayan müddətə məzuniyyətə göndərə bilər. Eyni zamanda həmin işçilər istifadə etmədiyi məzuniyyətə görə, kompensasiya almaq hüququna malikdir".
Ramil Süleymanovun sözlərinə görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinə xitam verildiyi zaman işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə, ödəniş son haqq-hesabda ümumi hesablanmaqla işçiyə tədqim olunur.
Prokurorluq ABŞ-ın keçmiş prezidenti Donald Trampa ona qarşı cinayət işi
Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.
"ABŞ-ın əlində qismən yararlı olan yadplanetli uçuş gəmiləri var&
ABŞ-də 1969-cu ildə öldürülmüş qadının şəxsiyyəti müəyyən edilib
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlük
Nyu-York meriyası şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb.
Amerika Birləşmiş Ştatlarında satıcılara iş yerində nisbi təhlükəsiz
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gənc�
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Ze
Çin sakini keçmiş ərinin boşanma prosesi çərçivəsində ödəməyə raz�
"İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını tə
Müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrən�
İki övladının atası Pike ilə 11 illik münasibəti xəyanətə görə bit�