Beynəlxalq axtarışa verilən 4 şəxs Azərbaycana ekstradisiya edildi
Digərləri 08 İyn 2023 08:08:00 284 0
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.
Bu xəbəri də oxu: Rusiyaya gedənlərə vacib XƏBƏR: Qanun dəyişdi
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirilir.
Azərbaycanın cari ilin aprelində imzaladığı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair, habelə bundan əvvəl ratifikasiya olunaraq ölkəmizə münasibətdə ötən ay qüvvəyə minmiş ekstradisiyaya dair Avropa Konvensiyalarına İkinci və Dördüncü Əlavə protokollar bir sıra mühüm dəyişiklikləri, o cümlədən sənədlərin elektron qaydada göndərilməsini özündə ehtiva etməklə, transmilli cinayətkarlıqla mübarizənin gücləndirilməsinə, cinayət işlərində beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir.
Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx işçi əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması bu sahədə fəaliyyəti daha effektiv edir.
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə və ədliyyə sisteminin, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun müasirləşdirilməsi üzrə tədbirlərin nəticəsidir ki, Avropa dövlətləri ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.
Belə ki, təkcə ötən aylarda oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib.
Bu günlərdə isə dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub.
Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Nyu-York meriyası şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb.
Amerika Birləşmiş Ştatlarında satıcılara iş yerində nisbi təhlükəsiz
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gənc�
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Ze
Çin sakini keçmiş ərinin boşanma prosesi çərçivəsində ödəməyə raz�
"İşçi qüvvəsi çatışmazlığı Almaniyanın iqtisadi artımını tə
Müxtəlif yeməklərin hazırlanması videolarına baxaraq reseptləri öyrən�
İki övladının atası Pike ilə 11 illik münasibəti xəyanətə görə bit�
Kanadalı alimlər tibb elmində böyük nailiyyətə imza atıblar. Belə ki, y
"Fəttah" hipersəs raketini təqdim edən Tehran bunu ilk növbədə
Müğənni Sevda Yahyayeva izləyiciləri ilə son günlər aldığı libas və
Proqnozları hər zaman böyük maraqla qarşılanan Vanqanın 2023-cü illə ba
37, 26 və 28 yaşlı üç kişi Moskva yaxınlığındakı Noqinskdə 35 yaşl�
Aparıcı Rövşanə Ağasəfqızının növbəti çıxışı diqqət çəkib.
Hollivud ulduzu Ancelina Coli görünüşündə dəyişiklik edib.