YARAT ARTIM Layihə Məkanında “Müqəssir zövq” adlı qrup sərgisini təqdim edir


Digərləri 30 May 2023 17:40:00 108 0

YARAT ARTIM Layihə Məkanında “Müqəssir zövq”  adlı qrup sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı, gənc Azərbaycan rəssamları - Ağaəli Sədirli və Nailə Dadaş-zadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və "Kobranın ölüm rəqsi"-nin iştirakı ilə ARTIM Layihə Məkanında "Guilty Pleasure" ("Müqəssir zövq") adlı qrup sərgisini təqdim edir.

Açılış: 1 iyun, 19:00  Məkan: ARTIM Layihə Məkanı  Sərginin müddəti: 1 iyun - 3 sentyabr Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5

"Guilty Pleasure" - sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi - "kitç" (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, "ənənəvi zövq" və "orijinallıq" anlayışlarını şübhə altına qoyur. 

Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, "şişirdilmiş sentimentallıq", "ani emosional məmnunluq" və "səysiz istehlak" anlayışlarını ironik tərzdə önə çıxarır.

"Guilty Pleasure" təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri "o qədər pisdir ki, yaxşıdır" paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya, zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü "məqbul və ya arzuolunan" kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir.

"Guilty Pleasure" sərgisinin başlıca məqsədi estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, "pop" mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək və qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən və oynaq olmağa sövq etməkdir. 

Məkan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5) Keçirilmə tarixləri: 1 iyun - 3 sentyabr Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar günü, 12:00 - 20:00

İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək  İspiryan like
  • 30 May 17:36  
Siyasət İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək İspiryan

Türkiyədə keçirilən prezident seçkisinin 2-ci turunda qalib gələn Ərdo�

arrow Ətraflı
Ruslanla Turanın toy tarixi açıqlandı  FOTO like
  • 30 May 17:24  
Şou-biznes Ruslanla Turanın toy tarixi açıqlandı FOTO

Ötən ilin yayında futbolçu Ruslan Cəfərov ilə nişanlanan CBC TV-nin xəb

arrow Ətraflı
Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir  Mübariz Əhmədoğlu like
  • 30 May 17:16  
Siyasət Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir Mübariz Əhmədoğlu

Qarabağ problemi ilə hazırda Avropa və Qərbin mühüm nüfuzlu siyasətçil

arrow Ətraflı
Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? like
  • 30 May 17:12  
Digərləri Marketlərdə Ukrayna adı ilə İran duzu satılır?

"Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satış�

arrow Ətraflı
İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib like
  • 30 May 17:08  
Siyasət İsxak Hersoq Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hers

arrow Ətraflı
Xankəndidə nəyin hazırlığı görülür?  Paşinyan özündən like
  • 30 May 17:06  
Siyasət Xankəndidə nəyin hazırlığı görülür? Paşinyan özündən

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zon

arrow Ətraflı
İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm like
  • 30 May 17:02  
Siyasət İsrail Prezidenti: Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük

arrow Ətraflı
Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar like
  • 30 May 16:58  
Siyasət Azərbaycanın və İsrailin birinci xanımları Qala ArxeolojiEtnoqrafik Muzey Kompleksində olublar

Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva v�

arrow Ətraflı
Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş  VİDEO  FOTO like
  • 30 May 16:52  
Şou-biznes Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etirafl

arrow Ətraflı
İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur like
  • 30 May 16:44  
Siyasət İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən

arrow Ətraflı
Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO like
  • 30 May 16:40  
Digərləri Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantıla

arrow Ətraflı
Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı