Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO


Digərləri 30 May 2023 16:40:00 189 0

Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantılarla çirkləndirilib.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Bakı, Abşeron yarımadası və Sumqayıtı içməli su ilə təmin edən Ceyranbatan su anbarına tökülən Samur-Abşeron kanalından gedir.

Belə vəziyyət Samur-Abşeron kanalının Binə Savxoz adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Görüntülərdən müşahidə edilən budur ki, Ceyranbatan su anbarına bu zibillikdən keçib gedən suyun keyfiyyəti ciddi şübhə altındadır. Sakinlər isə zibilin kanala atılmasında aidiyyəti qurumları günahlandırırlar. Onların sözlərinə görə, kanaldakı zibillik ərazidə tullantıları atmaq üçün yeşiklərin olmaması səbəbindən yaranıb.

Sakinlər kanalın ara-sıra təmizləndiyini desələr də, əraziyə ümumi nəzarətin olmamasından şikayətlənirlər.

Ərazidə yaranan mənzərə ilə bağlı Xəzər rayonu, Binə yaşayış massivi bələdiyyəsindən bildirildi ki, zibil qutularının qoyulması və  məişət tullantılarının daşınması bələdiyyənin imkanları xaricindədir. Qeyd olundu ki, vətəndaşların Mənzil Kommunal Təsərrüfat Birliyi və Kommunal Xidmətlər İdarəsi ilə müqavilələri var və müqavilə əsasında zibillər onlar tərəfindən daşınaraq atılır. Xəzər Rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov isə bildirdi ki, Samur-Abşeron kanalı Su Ehtiyatları Dövlət Agentliyinin tabeliyindədir. Həftəsonu olduğundan isə Agentlik rəsmiləri ilə əlaqə yarada bilmədik.

Məlumat üçün bildirək ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində zibil qutularının yerləşdirilməsi zamanı qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. Qanunvericiliyə görə, məişət tullantılarını zibil yeşiklərindən kənara atanlar isə 50 manat məbləğində cərimə olunurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı
Saatlıda ailə üzvləri hamilə qadını döydü like
  • 30 May 16:10  
Digərləri Saatlıda ailə üzvləri hamilə qadını döydü

Saatlı rayonunda hamilə qadın döyülüb.

arrow Ətraflı
Rus Dram Teatrının aktyorları qəzaya düşdü  VİDEO like
  • 30 May 16:04  
Şou-biznes Rus Dram Teatrının aktyorları qəzaya düşdü VİDEO

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının heyəti Şəkidə qəzaya d

arrow Ətraflı
ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir like
  • 30 May 16:00  
Digərləri ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir

İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanı

arrow Ətraflı
“Həssas polis”in qəhrəmanı vəfat etdi like
  • 30 May 16:00  
Digərləri “Həssas polis”in qəhrəmanı vəfat etdi

Rusiyalı teatr və kino aktyoru Nikolay Şatoxin 62 yaşında vəfat edib.

arrow Ətraflı
Bakıda itkin kimi axtarılan qız özünü like
  • 30 May 14:50  
Digərləri Bakıda itkin kimi axtarılan qız özünü

Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar

arrow Ətraflı
Prezident: Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur like
  • 30 May 14:44  
Siyasət Prezident: Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur

Bəzi iqtisadi göstəricilər (Azərbaycanla İsrail arasında - red.) ticarət

arrow Ətraflı
Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır like
  • 30 May 14:40  
Digərləri Neftimizin büdcə qiyməti 60 dollara qaldırılır

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövr

arrow Ətraflı