Azərbaycan Milli İncəsənət Muzeyində “Qoy həmişə MƏN olum!” adlı sərgi açılacaq


Kriminal 30 May 2023 16:56:00 156 0

Azərbaycan Milli İncəsənət Muzeyində “Qoy həmişə MƏN olum!” adlı sərgi açılacaq

"Qoy həmişə MƏN olum!" adlı sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş və gənc istedadların rəsmləri ilə təqdim ediləcək. Azərbaycan Milli İncəsənət Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş KamART İncəsənət Qalereyasının yubiley sərgisi açılacaq.

Uşaqlıq yaradıcı insanın həyatında mühüm addımdır və məhz burada cəmiyyətdə dolğun həyat, sosial əhəmiyyətli və yaradıcı fəaliyyətin inkişafı, yüksək mənəvi keyfiyyətlərin, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin əsası qoyulur.

Uşaqlar öz rəsmlərində həmişə olduğu kimi sevdiklərini, onları ruhlandıranları və xəyal etdiklərini təsvir edirlər. Sərgi gələcək rəssamların xəyal və maraq dünyası haqqında ətraflı təsəvvür yaradır. Gündəlik həyatda onları əhatə edən hər şeyi öz əsərlərində əks etdirən, ətraf aləmə baxışlarını rəsmlərə köçürən gənc istedadlar ətrafdakı gözəllikləri görməyi öyrənirlər ki, bu da öz ölkəsini bütün dünya üçün sevmək və şöhrətləndirmək deməkdir.

Sərgidə 6-18 yaş arası 50 gənc rəssamın 140 əsəri nümayiş olunacaq. Əsərlər müxtəlif ölçülərdə olan kağız və kətan üzərində təqdim olunub, onlar axırıncı sərgidən sonra, son bir ildə, müxtəlif texnikalarda hazırlanmışdır. Rəsmlərin məzmununu müxtəlif natürmortlar, mənzərələr, portretlər, marina, animalistika, məişət, tarixi və batal səhnələri təşkil edir. Onlar təsviri sənətin rəngkarlıq və qrafika növlərində hazırlanmışdır.

Yubileylə əlaqədar olaraq Qalereyanın 5 illiyinə həsr olunmuş filmin premyerası təqdim olunacaq ki, burada bu illər ərzində şagirdlərin inkişafı, onların respublika və xarici rəsm müsabiqələrində qazandığı uğurlar, o cümlədən təhsil sahəsindəki nailiyyətlər öz əksini tapmışdır.

Sərginin keçirilməsində məqsəd - ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı gənc rəssamların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir.

Sərginin açılışı 1 iyun saat 17:00-da baş tutacaq. Giriş sərbəstdir.

Sərgi iyunun 4-dək davam edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş  VİDEO  FOTO like
  • 30 May 16:52  
Şou-biznes Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etirafl

arrow Ətraflı
İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur like
  • 30 May 16:44  
Siyasət İsxak Hersoq: Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən

arrow Ətraflı
Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir  VİDEO like
  • 30 May 16:40  
Digərləri Ceyranbatan su anbarına tökülən kanal antisanitar vəziyyətdədir VİDEO

Samur-Abşeron kanalına zibillər tökülüb və təmiz su məhz bu tullantıla

arrow Ətraflı
Kənan MM nazirliyə müraciət etdi  "Böyrəyimi satıram" like
  • 30 May 16:28  
Şou-biznes Kənan MM nazirliyə müraciət etdi "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.

arrow Ətraflı
Saatlıda ailə üzvləri hamilə qadını döydü like
  • 30 May 16:10  
Digərləri Saatlıda ailə üzvləri hamilə qadını döydü

Saatlı rayonunda hamilə qadın döyülüb.

arrow Ətraflı
Rus Dram Teatrının aktyorları qəzaya düşdü  VİDEO like
  • 30 May 16:04  
Şou-biznes Rus Dram Teatrının aktyorları qəzaya düşdü VİDEO

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının heyəti Şəkidə qəzaya d

arrow Ətraflı
ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir like
  • 30 May 16:00  
Digərləri ABBnin dəstəyi ilə 5ci Milli Kitab Sərgisi keçirilir

İçərişəhərdəki Qoşa Qala meydanında 5-ci Milli Kitab Sərgisi başlanı

arrow Ətraflı
“Həssas polis”in qəhrəmanı vəfat etdi like
  • 30 May 16:00  
Digərləri “Həssas polis”in qəhrəmanı vəfat etdi

Rusiyalı teatr və kino aktyoru Nikolay Şatoxin 62 yaşında vəfat edib.

arrow Ətraflı