Seçki günü Türkiyədə bu qadağalar yenidən tətbiq edilib


Digərləri 28 May 2023 09:35:00 164 0

Seçki günü Türkiyədə bu qadağalar yenidən tətbiq edilib

Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb.

Son.az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu haqda Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən bildirilib.

- Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək.

- Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək.

- Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq.

- Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.

- Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandı.

- YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq.

- Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.

- Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək.

Xatırladaq ki, may ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səs vermədə iştirak ediblər.

Xarici ölkələrdə keçirilən seçkilərin ikinci turunda səsvermədə iştirak edən vətəndaşların sayı 1 milyon 895 min 430 nəfər təşkil edib.

Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.

Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.

Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.

Səsvermə 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.

Güclü yağış və külək bölgələrdə ciddi fəsadlara səbəb olub like
  • 28 May 09:29  
Digərləri Güclü yağış və külək bölgələrdə ciddi fəsadlara səbəb olub

Güclü yağış və külək Mingəçevirdə Heydər Əliyev prospekti, Rəsul R

arrow Ətraflı
“Sən haranın oxuyanısan axı?”  Əli Mirəliyev canlı efirdə ƏSƏBİLƏŞDİ like
  • 28 May 09:07  
Şou-biznes “Sən haranın oxuyanısan axı?” Əli Mirəliyev canlı efirdə ƏSƏBİLƏŞDİ

ATV-nin "Bizimləsən" proqramında ekspertlər arasında anlaşılm

arrow Ətraflı
Türkiyədə Prezident seçkilərinin II turu: like
  • 28 May 09:01  
Siyasət Türkiyədə Prezident seçkilərinin II turu:

Bu gün Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə s

arrow Ətraflı
Ölkənin ən varlı cütlüyü oldular like
  • 28 May 08:24  
Şou-biznes Ölkənin ən varlı cütlüyü oldular

Hollivud ulduzu Nikol Kidman və müğənni əri Kit Urban Avstraliyanın ən va

arrow Ətraflı
Gəncədə 17 fərdi ev sökülmək təhlükəsi ilə üzüzədir like
  • 28 May 07:18  
Digərləri Gəncədə 17 fərdi ev sökülmək təhlükəsi ilə üzüzədir

Gəncənin Yeni Gəncə yaşayış massivində, Əriklik adlanan ərazidə 17 f�

arrow Ətraflı
Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq like
  • 28 May 05:34  
Dünya Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq

Yaponiya yaxın bir neçə il ərzində öz nüvə silahlarını yarada bilər.

arrow Ətraflı
Brilliant Dadaşova yenə dəyişdi like
  • 28 May 04:28  
Şou-biznes Brilliant Dadaşova yenə dəyişdi

Xalq artisti Brilliant Dadaşova yenə görünüşündə dəyişiklik edib. 

arrow Ətraflı
Qərb Bakıya buna görə təzyiq edəcək like
  • 28 May 03:41  
Siyasət Qərb Bakıya buna görə təzyiq edəcək

Şimal-Cənub nəqliyyat dəhlizi böyük, nəhəng və əlverişli bir layihə

arrow Ətraflı
“Məni sevgi ilə böyütdüyün üçün minnətdaram” like
  • 28 May 02:34  
Şou-biznes “Məni sevgi ilə böyütdüyün üçün minnətdaram”

Aktrisa Nərgiz Əliyeva anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
İllər məşhur gözəlləri necə dəyişdi?  O vaxt və indi like
  • 28 May 01:28  
Şou-biznes İllər məşhur gözəlləri necə dəyişdi? O vaxt və indi

1990-cı illərdə podiumlara hər çıxışı ilə insanları valeh edən göz�

arrow Ətraflı
Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib  FOTO like
  • 28 May 00:50  
Siyasət Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib FOTO

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Müstəqillik Günü münasi

arrow Ətraflı
Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir like
  • 28 May 00:43  
Şou-biznes Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş

arrow Ətraflı
Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir? like
  • 28 May 00:31  
Digərləri Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir?

Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olun

arrow Ətraflı