Qərb Bakıya buna görə təzyiq edəcək
Siyasət 28 May 2023 03:41:00 224 0
Şimal-Cənub nəqliyyat dəhlizi böyük, nəhəng və əlverişli bir layihə kimi düşünülmüşdü. Amma həyata keçirilməsi bəzi səbəblərdən ideal getmir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Mili.Az xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış rusiyalı ekspert Sergey Markov Şimal-Cənub dəhlizinin reallaşmasında yaranan çətinlikləri şərh edərkən deyib.
O, bu layihədə Rusiya, Azərbaycan və İranın əsas rol oynadığını bildirib:
"Lakin Azərbaycanla İranın münasibətləri son bir ildə pisləşib. Bu da layihənin həyata keçməsinə ciddi problemlər yaradır. Ona görə ki, ölkələr arasında etibar azalır, siyasi rəhbərliyin belə nəhəng layihələrə verəcəyi inpuls zəifləyir. Başqa bir səbəb isə Rusiyanın güclü sanksiyalara məruz qalmasıdır. Bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran arasında nəzərdə tutulmurdu. Dəhliz Şimali Avropa, Şərqi Avropa və Hindistanın cənubunu birləşdirməli idi. Sanksiyalara görə Rusiya şirkətlərinin bu layihə çərçivəsində əməkdarşlıq məsələsi çətinləşdi. Şimali Avropa, Avropa Birliyinin əhəmiyyətli hissəsi layihədən çıxdı. Hindistan şirkətləri də sanksiyalara görə buna ehtiyatla yanaşır".
O, layihənin indiki formatda da əhəmiyyətli olduğunu diqqətə çatdırıb:
"Hətta Rusiya-Azərbaycan-İran formatında da bu layihə əlverişlidir. Sanksiyalar olsa da, layihə Rusiya və İran kimi ölkələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Azərbaycan Rusiya ilə İran arasında vacib coğrafi mövqeyə malik olduğu üçün onun bu layihədə həlledici yeri var. Layihənin həyata keçməsinə Rusiya və İran maraq göstərir. Həm də sanksiyalar həmişəlik deyil axı. Bir müddət sonra müxtəlif səbəbdən böyük ehtimalla sanksiyalar zəifləyəcək. Hindistanın cənubunun nəhəng biznes strukturu, Avropanın şimal ölkələri və onların vasitəsi ilə Avropa Birliyi də bu layihəyə qoşulacaqlar".
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizinin qlobal iqtisadiyyatda əhəmiyyətli rolu danılmazdır və bu layihə Qərbdə qıcıq yaradır:
"Bu nəqliyyat dəhlizi Qərb ölkələrində qıcıq yaradır. Ona görə ki, bu, Rusiya və İran iqtisadiyyatının inteqrasiyasına və əməkdaşlığını genişləndirməsinə imkan verir. Düşünürəm ki, Qərb ölkələri bu layihənin inkişafının qarşısını almaq üçün Azərbaycana təzyiq edəcəklər və ya loyallığını almağa çalışacaqlar".
Aktrisa Nərgiz Əliyeva anası ilə bağlı paylaşım edib.
1990-cı illərdə podiumlara hər çıxışı ilə insanları valeh edən göz�
Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Müstəqillik Günü münasi
Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş
Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olun
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
31 il sonra min bir dərdə dərman olan Kəlbəcərin "İstisu"yu Bak
Türkiyədə ana və 2 azyaşlı övladı faciəvi şəkildə ölüb.
Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasını
Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın ra
Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoş
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Prezident İlham �