Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını


Siyasət 14 Apr 2023 17:50:00 282 0

Sahibə Qafarova növbəti dəfə Ermənistan parlamenti spikerinin yalanlarını

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib.

Milli Məclisdən verilən məlumata görə, spiker bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və Ermənistanın Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etdiyi barədə susur. Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə də uyğundur.

Sahibə Qafarova brifinqdə deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa "terror" iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür.

Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir.

“50 qonaq çağırdım, 120 nəfər gəldi” like
  • 14 Apr 17:48  
Şou-biznes “50 qonaq çağırdım, 120 nəfər gəldi”

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etm

arrow Ətraflı
Bu il axtarışda olan 1572 nəfər tutulub, 170 cinayətkar qrup zərərsizləşdirilib like
  • 14 Apr 17:46  
Digərləri Bu il axtarışda olan 1572 nəfər tutulub, 170 cinayətkar qrup zərərsizləşdirilib

Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 t�

arrow Ətraflı
Ermənistan sülh sazişi üzrə danışıqlara qayıtmalıdır  XİN like
  • 14 Apr 17:44  
Siyasət Ermənistan sülh sazişi üzrə danışıqlara qayıtmalıdır XİN

Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danı�

arrow Ətraflı
Smartfonları sındıran oyunun adı açıqlandı  FOTO like
  • 14 Apr 17:36  
Dünya Smartfonları sındıran oyunun adı açıqlandı FOTO

"Call of Duty" divarlar, tavanlar və şəxsi əşyalar üçün ən da

arrow Ətraflı
Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu like
  • 14 Apr 17:22  
Digərləri Səfərbərlik Xidmətinin Naxçıvan üzrə baş idarəsinə rəis təyin olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH

arrow Ətraflı
Ramiz Novruzun oğlu: “Atam maşınla oğlumu vurdu”  Sirrin üstü açıldı like
  • 14 Apr 17:12  
Şou-biznes Ramiz Novruzun oğlu: “Atam maşınla oğlumu vurdu” Sirrin üstü açıldı

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstəliyi

arrow Ətraflı
İlin ən nüfuzlu 100 adamı  Haluk Levent addan imtina etdi like
  • 14 Apr 17:10  
Dünya İlin ən nüfuzlu 100 adamı Haluk Levent addan imtina etdi

"Time" jurnalının ilin ən nüfuzlu 100 adamının siyahısını aç

arrow Ətraflı
Ali Məhkəmənin mətbuat katibi istefa verdi like
  • 14 Apr 17:02  
Digərləri Ali Məhkəmənin mətbuat katibi istefa verdi

Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat ka

arrow Ətraflı
Tehranın radar yalanı: bu dəfə səbəb nədir? like
  • 14 Apr 16:54  
Siyasət Tehranın radar yalanı: bu dəfə səbəb nədir?

Başqa ölkədən satın alınmış sistemi sonradan bir qədər yeniləyərək

arrow Ətraflı
Pişik üstündə düşən davaya görə 8 il 6 ay həbs edildilər like
  • 14 Apr 16:48  
Kriminal Pişik üstündə düşən davaya görə 8 il 6 ay həbs edildilər

Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğ

arrow Ətraflı
Bu görüntülər dərin narahatlıq doğurur  ATƏT like
  • 14 Apr 16:44  
Siyasət Bu görüntülər dərin narahatlıq doğurur ATƏT

Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görünt�

arrow Ətraflı