Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Siyasət 31 Okt 2024 21:44:00 123 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.
Bu xəbəri də oxu: Baş nazir vacib qərar imzaladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.
Birinci vitse-prezidentə məlumat verildi ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.
Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Son.az
Əməkdar artist Elton Hüseynəliyev uzun müddət sonra yeni fotosunu paylaş�
Səbail rayonunda qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan q
ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosedurun
Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriba
Astroloji məlumatlara görə, ilin sonuna qədər bəzi bürclər üçün böy�
"COP29-un keçiriləcəyi məkan müəyyənləşdikdən sonra Bakı Stadion
Azərbaycanda toyuq əti gündəlik tələbat məhsulları sırasındadır. Toyu
Şair və qiraətçi Nazilə Səfərli paylaşımı ilə maraq yaradıb.
"Windows"un yaradıcılarından biri olan Bill Qeytsin keçmiş həyat
Goranboyda iki nəfər dəm qazına zəhərlənib.
Cari ilin ilk 9 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların