Pişik üstündə düşən davaya görə 8 il 6 ay həbs edildilər
Kriminal 14 Apr 2023 16:48:00 284 0
Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğu bir nəfəri görüşə çağıraraq quldurluq edib.
Bu xəbəri də oxu: Həbsdə olan Əlizamin Salayev
Son.az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, hadisə bir müddət öncə Ramana qəsəbəsində baş verib.
İttihama görə, 2003-cü il təvəllüdlü Kamil Əliyev (şərti) və 1992-ci il təvəllüdlü Murad Əkbərov (şərti soyad) cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, üzərlərində dəyərli əmlak və pul gəzdirdiklərini fikirləşiblər. Onlar instaqramda tanış olduqları Sədi Məmmədovu (şərti) qarət etmək qərarına gəliblər. Kamil Sədiyə "Skottish" cinsindən olan pişik saxladığını deyib, onun eyni cinsdən olan pişiyi ilə cütləşdirmək üçün Ramanada görüş təyin edib. Görüş zamanı Kamil özündə kontur olmadığını bildirib, pişiyi gətirən adama zəng etmək bəhanəsi ilə Sədinin telefonunu istəyib. Bu zaman Murad arxadan yaxınlaşaraq Sədini yumruqla vurub. Onun müqavimətini qırmaqla 40 manat dəyərində gödəkçəsini, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində "Bakıkart"ını, içində pul olmayan bank kartını və 80 manat dəyərində mobil telefonunu götürüblər. Sədiyə ümumilikdə 137 manat ziyan vurublar.
Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) cinayət işi başlanıb. Kamil və Murad tutularaq istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onların hər birinə 8 il 6 ay müddətə həbs cəzası verib.
Qərardan narazı qalan K.Əliyev və M.Əkbərov apellyasiya şikayəti verib. Kamil bəraət, Murad isə ittiham olunduğu maddənin yüngülləşdirilməsini istəyib. Onların şikayətinə bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Murad məhkəmədə deyib ki, o, həmin gün küçədə Kamilin bir nəfərlə mübahisə etdiyini, hər ikisinin uca səslə söyüşlər söydüyünü görüb: "Onlara yaxınlaşanda Sədi nalayiq söyüş söydüyündən Sədininüzündən yumruq vuraraq həmin yerdən qaçıb getdim. Hadisə yerinə gələrkən qəfəsdə bir pişik də görmüşdüm. Polis bölməsində bildim ki, Kamil Sədinin telefonunu götürüb".
Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görünt�
FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan
Özünə aid geyim və kosmetika markası olan keçmiş model Eda Taşpınar s
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfər
Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.
Binəqədidə hamam yanğın təhlükəsizliyinə görə bağlanıb.
Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər.
Əməkdar artist Könül Kərimova Nigar Şabanovanın qadınları yas mərasimi
Türkiyənin xaricidəki nümayəndəlikləri TOGG-dan istifadə edə bilərlər
Türkiyə Qolf Federasiyasının (TGF) prezidenti Yıldırım Dəmirörən və A