Bu görüntülər dərin narahatlıq doğurur ATƏT
Siyasət 14 Apr 2023 16:44:00 280 0
Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
Bu xəbəri də oxu: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29la bağlı yaradılan şəraitlə tanış olub
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun "Twitter" hesabında qeyd edilib.
"Hadisə dərhal araşdırılmalı və məsuliyyət daşıyanlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməlidir", - deyə bildirilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb.
Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib və BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib.
FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan
Özünə aid geyim və kosmetika markası olan keçmiş model Eda Taşpınar s
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfər
Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.
Binəqədidə hamam yanğın təhlükəsizliyinə görə bağlanıb.
Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər.
Əməkdar artist Könül Kərimova Nigar Şabanovanın qadınları yas mərasimi
Türkiyənin xaricidəki nümayəndəlikləri TOGG-dan istifadə edə bilərlər
Türkiyə Qolf Federasiyasının (TGF) prezidenti Yıldırım Dəmirörən və A
Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən so