Tehranın radar yalanı: bu dəfə səbəb nədir?
Siyasət 14 Apr 2023 16:54:00 260 0
Başqa ölkədən satın alınmış sistemi sonradan bir qədər yeniləyərək dəyişmək hərbi qüdrət və ya güc yox, olmayanları olan kimi qələmə vermək istəyidir. SEPAH həm də belə işlərlə məşğul olur.
Bu xəbəri də oxu: İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29la bağlı yaradılan şəraitlə tanış olub
Son.az Trend-ə istinadən xəbər verir ki, İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" ("Sepahe Pasdarane Enqelabe İslami", SEPAH) komandanlığı bu gün "yeni" radiolokasiya kompleksini (RLS) rəsmi olaraq təqdim edib.
SEPAH komandanlığının yaydığı bəyanatda bildirilir ki, "Qadir" RLS-i ABŞH istehsalı olan və bütün radarlar üçün "gözəgörünməz" ("stealth") sayılan F-35 təyyarələrini 700 km məsafədən aşkarlamağa imkan verir.
Belədir?
Tehran rejimi həmişə olduğu kimi, hərbi-müdafiə texnologiyaları və silahlı qüvvələninin müdafiə-hücum potensialı ilə bağlı dezinformasiya yayır, arzularını reallıq kimi təqdim edir.
ABŞ-ın "Lockheed Martin" korporasiyasının istehsvlı olan "F-35 Lightning II" çoxfunksiyalı qırıcı-bombardmançı təyyarə Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrində istifadə olunan "E-2D Advanced Hawkeye" erkən xəbərdarlıq radarı ilə təchiz edilib.
Bu isə F-35 pilotuna "Aegis" hərbi informasiya-idarəetmə sisteminin analoqu sayılan "Desert Ship" kompleksi ilə birlikdə fəaliyyət göstərməyə imkan verir.
Həmçinin, təyyarədə AN/ASQ-239 (Barracuda) radioelektron əngəl və AN/APG-81 radiolokasiya stansiyasıları var ki, onlar mövcud radiolokasiya stansiyalarının fəaliyyət, xüsusilə də hədəfi müşayiətetmə zonalarını asanlıqla keçməyə imkan verir.
İranın "Qadir"inə gəldikdə isə, üfüqötəsi fazalı radar (Phased Array Radar) ilk təqdimatında 1100 km məsafədə hədəfləri aşkarlamağa imkan verən RLS kompleksi təki təriflənsə də, bu gün məsafə "qəflətən" 700 km-ə qədər azaldılıb.
SEPAH komandanlığının bəyanatlarına inansaq, "Qadir" bütün hava şədəflərini, o cümlədən qanadlı və ballistik raketləri, "Stealth" texnologiyalı "gözəgörünməz" təyyarələri, habelə aşağı orbitdə uçan peykləri (LEO) uzaq məsfədə aşkarlamağa imkan verir.
"Qadir"lə bağlı bütün işlərə SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin "Hatəmül Ənbiyə" bazasının komandanı, briqada generalı Fərzad İsmayıli rəhbərlik edib.
Hazırda İranda 8 belə radar var və onların ölkə səmasını failəsiz nəzarətdə saxladığı deyilir.
Eyni zamandan, "Qadir"in RLS-i Azərbaycan səmasında da hərəkət edən "istənilən təyyarəni və ya raketi anında aşkarlamağa imkan verdiyi" vurğulanır.
Fəqət, Tehran rejimi gerçəyi gizlədir.
İş ondadır ki, geniş reklam edilən və "SEPAH-ın elmi-tədqiqat bölmələrinin möhtəşəm fəaliyyətinin nəticəsi" kimi təqdim olunan "Qadir" əslində Rusiyanın istehsal etdiyi "Rezonans-N" radiolokasiya stansiyasıdır.
İranda bu stansiyanın sadəcə, adını və rəngini dəyişərək "Qadir" ediblər.
Rusiyadakı "Rezonans" elmi-tədqiqat mərkəzi İrana 4 sözügedən RLS yollamışdı və bunu, mərkəzin direktor müavini Aleksandr Stuçilin müsahibələrindən birində etiraf etmişdi.
Tehran həmin RLS-ləri alaraq müxtəlif məkanlarda yerləşdirdikdən sonra SEPAH mühəndisləri "Rezonans N"-i təqribən 8 ay araşdırıblar. Nəticədə SEPAH-ın İsfəhan və Abadan şəhərindəki müəssisələrində "Rezonans"ın klonunun istehsalına başlanıb, sonra da həmin klon "Qadir" kimi təqdim olunub.
"Qadir"lərin istehsal edilmiş sonuncu nümunəsi Yəzd vilayətində quraşdırılaraq istifadəyə verilib.
Rusiyalı və iranlı mühəndisərlə hərbçilər qətiyyətlə bəyan edirlər ki, "Rezonans" (İranda "Qadir) üfüqötəsi radiolokasiya stansiyası "ABŞ-ın F-35 təyyarələrini heç bir problem olmadan aşkarlayaraq müşayiət edir".
"Qadir"in hədəf müəyyənləşdirmə imkanlarına gəldikdə isə, RLS-in təyyarələri 600 km, ballistik raketləri 1100 km məsafədə, istənilən hava hədəfini 300 km yüksəkliyədək aşkarlaya biləcəyi vurğulanıb.
Qısa araşdırma apardıq və məlum oldu ki, bəhs olunan bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur, tamamilə əsassızdır.
SEPAH-ın "Qadir" adı ilə istehsal etdiyi "Rezonans-N" stansionar üfüqötəsi müşahidə radilokasiya stansiyası fazalaşdırılmış antena qəfəsinə malik olaraq metrlik dalğa diapazonunda çalışır.
Stansiyanın ən böyük nöqsanı onun sadəcə, 60 dərəcəlik hədəf bəlirləmə sektoruna malik olmasıdır.
Bu səbəbdən səmanı tam, yəni 360 dərəcə müşahidə etmək üçün 6 stansiyadan ibarət kompleks quraşdırılmalıdır.
Həmin kompleks quraşdırılandan sonra aerodinamik hədəflər maksimum 600 kilometrədək diapazonda, ballistik raketlərsə 1100 km-dək məsafədə aşkarlanır.
Qırıcı təyyarələrə gəldikdə isə, aşkarlama məsafəsi ən uzağı 350 km, yüksəklik isə 10 kilometrdir.
Fəaliyyəti üçün 50-100 kVt elektroenerji, hər növbəsində 3 operator, 5 nəqliyyat vasitəsi və 2 muxtar elektroenerji təminatı sistemi gərəkək "Rezonans-N" effektivliyinə görə orta səviyyəli, yəni "ortabab" RLS sayılır.
Metrlik dalğa diapazonunda çalışan "Rezonans-N" quraşdırıldığı məkanda Rusiyada mütləq şəkildə "Lira-VME" monoimpulslu təkrar radilokatoru, əlavə X dalğa diapazonlu radar və təkrar radiolokatordan istifadə olunur.
"Qadir"lərin olduğu mövqelərin heç birində bu şərtlərə əməl olunmur: yəni SEPAH-ın "möhtəşəm" RLS-i sadəcə, metrlik dalğa diapazonunu müşahidə edərək rezonans radiolokasiya prinsipi əsasında fəaliyyət göstərir.
SEPAH komandanlığının "Azərbaycan səmasının daimi izlənmə imkanları" ilə bağlı açıqlamalarına gəldikdə isə, belə bəyanatlar daxili bazara hesablanmış bravur cümlələr olmaqla yanaşı, fentezi janrındakı motivlər sayıla bilər.
Azərbaycan Hərbi-Hava Qüvvələrinin radiolokasiya sistemləri ABŞ və ya İsraillə müqayisədə geri qalsa da, cənub qonşumuzun hava sərhədlərimizə radioelektron müdaxilələrini vaxtında müəyyənləşdirərək zərərsizləşdirməyə tam imkan verir.
SEPAH arzuarını reallıq kimi qələmə verəndə bunu nəzərə alarsa, pis olmaz.
Bakıda stadionda kütləvi dava olub.
Bakıda iki nəfər pişik cütləşdirmək adı ilə internetdə tanış olduğ
Ermənistanda azərbaycanlı hərbçiyə qarşı aşkar pis rəftarın görünt�
FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan
Özünə aid geyim və kosmetika markası olan keçmiş model Eda Taşpınar s
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfər
Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.
Binəqədidə hamam yanğın təhlükəsizliyinə görə bağlanıb.
Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər.
Əməkdar artist Könül Kərimova Nigar Şabanovanın qadınları yas mərasimi