Ermənilərin darmadağın olduğu
Siyasət 01 Apr 2023 23:30:00 331 0
"Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks- hücumu və Ermənistan silahlı qüvvələrinin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın edilməsi ilə nəticələnən bir əməliyyat idi".
Bu xəbəri də oxu: Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
Son.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Aprel döyüşləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu iki min hektardan çox işğal altındakı ərazilərimizə nəzarəti bərpa etdi:
"Bu əməliyyatlar zamanı azad edilən Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə zirvəsi Azərbaycanın növbəti əməliyyatlar üçün istifadə oluna biləcək plasdarma çevrildi. Bu zəfər Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin bir səhifəsi idi.
Azərbaycan Ordusu "keçilməz" sayılan Ohanyan xəttini cəmi yarım saata darmadağın etdi. Döyüşlər vasitəsi ilə biz uzun illər erməni ordusu haqda yaradılan "məğlubedilməz", "qəhrəman" mifinin məhv edilməsinin əsasını qoyduq. Bu döyüşlər Azərbaycan xalqının ordusu ilə bərabərliyinin təcəssümü oldu. Azərbaycan Aprel döyüşləri ilə düşməni bir daha əmin etdi ki, biz heç bir zaman işğal faktı ilə barışmayacağıq və Azərbaycan ərazi bütövlüyünü istənilən yolla, o cümlədən müharibə yolu ilə azad etməyə hazırdır. Bu döyüşlər Azərbaycan dövlətinin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını, nümayiş etdirən şanlı səhifədir".
Ə.Verdiyev qeyd edib ki, Aprel döyüşləri zamanı azad olunan ərazilər Vətən müharibəsində zəfərin əldə olunmasında mühüm əhəmiyyət daşıdı:
"Məhz 27 sentyabr 2020-ci ildə düşmənə endirilən əks zərbələr 2016-cı ildə azad edilən Talış və Lələtəpə yüksəkliklərindən başladı. Ordumuz məhz Aprel döyüşlərində yeni nəsil müharibənin bir neçə elementini düşmən tərəfə tətbiq etdi. Və artıq Ermənistan tərəfi də anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd edir. Bu, Vətən müharibəsi zamanı da öz təsdiqini tapdı".
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telef
Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin s
Qubada orta məktəb müəllimi intihara cəhd edib.
Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisində olan
Həyat yoldaşını itirmək kişilər üçün ölümcül ola bilər.
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyy
Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən me
Oruc tutarkən düzgün su istehlakı bədənin maye balansını qoruyarkən gü
"Nə üçün insanlar hədsiz gözəl olmaq istəyir? Eybəcər adam var? M
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının
İftar süfrəsində düzgün yemək çox vacibdir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yolux
Çayın bir çox faydası olduğu kimi mənfi tərəfləri də var.
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Laçın rayonunda sərhəd zonas�