Bakıda sökülən qəzalı binaların
Digərləri 01 Apr 2023 22:34:00 281 0
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Toplantıda yaz-yay mövsümünün başlanmasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.
Bu xəbəri də oxu: Günün qoroskopu: Yaxın ətrafınızdakı insanlarla dil tapın
Son.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd olunub ki, şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılması və parklarda cari təmirlə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Eyni zamanda, qış mövsümündə zədələnmiş qazon örtüyünün landşaft dizaynı, bərpası və yenilənməsi, yeni gül və bitkilərin əkilməsi işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.
Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər.
Görüşdə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdə olan binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovetlər dövründə tikilib və onların istismar müddəti başa çatıb. Söhbət əsasən "Xruşşovka" adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir. Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb. Hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.
Həmçinin, yazın gəlişi ilə əlaqədar "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" devizi ilə Bakıda iməciliyin keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti idarə və müəssisə kollektivlərinə, sahibkarlara, paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək onları iməclikdə fəal iştirak etməyə çağırıb.
İftar süfrəsində düzgün yemək çox vacibdir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yolux
Çayın bir çox faydası olduğu kimi mənfi tərəfləri də var.
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Laçın rayonunda sərhəd zonas�
Tanınmış aparıcı Ülvira Qarayeva sosial mediada paylaşım edib.
Portağal şirəsi və şəkərsiz qəhvə səhər yeməyi üçün ən zərərli
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükə
Briqama Yanqa Universitetinin amerikalı alimləri yeni araşdırma çərçivəs
Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnal
Meteohəssaslıqdan əziyyət çəkən insanlar yaxşı bilirlər ki, hava şər
"Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azər
Gün ərzində həddindən artıq kalori qəbulunun qarşısını almaq üçün
2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı plan