Azərbaycanın dövlət büdcəsi 2023cü ildə profisitlə icra oluna bilər "Qazprombank"
Digərləri 01 Apr 2023 20:45:00 445 0
2023-cü ildə Azərbaycan Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırıb, faktiki olaraq, büdcə profisitlə icra oluna bilər.
Bu xəbəri də oxu: "İphone" almaq üçün anasının maşınını satdı
Son.az xəbər verir ki, bunu Trend-ə "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın fiskal siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatın bərpası üçün genişmiqyaslı büdcə stimulunun lazım olduğu vaxtdan daha mühafizəkar olacaq.
"2023-cü ildə kəsirin ÜDM-in 2022 və 2021-ci illərdə 3,6% və 4,1%-dən (planlaşdırılmış səviyyə) 2,4%-ə qədər azaldılması planlaşdırılır. Qeyd edək ki, 2023-cü il üçün büdcə neftin mühafizəkar qiymətinin 50 dollar/barel proqnozu əsasında tərtib edilib. Eyni zamanda, ABŞ bank sisteminin artan risklərinə görə, bir barelin 78 dollara enməsinə baxmayaraq, "Brent" markalı neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən 1,6 dəfə yüksək olaraq qalır. Hesablamalarımıza görə, neftin qiyməti ilin sonuna kimi bu səviyyədə qalsa belə, Azərbaycanın büdcəsi ÜDM-in təxminən 1%-i qədər profisitlə icra oluna bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 877 milyon manatı ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 3,66 milyard manata çatıb ki, bu da 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 36,3 faiz çoxdur.
Beləliklə, 2023-cü ilin fevral ayının sonuna dövlət büdcəsində 2 milyard 217 milyon manat profisit yaranıb.
"2023-cü ildə Qarabağda layihələr geniş vüsət aldıqda və təkcə
Genetika, robototexnika və nanotexnologiyada mövcud və gözlənilən irəlil�
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinə namizəd qism
Dünən Ermənistanla Azərbaycan nümayəndələri arasında sərhəddə yerlə
Şübhəsiz ki, çoxları qlobal istiləşmənin yaratdığı təhlükələr haq
Mütəxəssislər stress və depressiya ilə mübarizə aparmaq üçün qeyri-ad
Aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi y�
Alma bütün insanlar üçün faydalı deyil.
"Hər dəfə deyirəm televiziyaya aparıcı kimi qayıdacağam, sonra nəs
Yuxular çox şey deyə bilər və hətta düzgün şərh olunarsa, nəyinsə x�
ABŞ-ın ağır çəkili peşəkar boksçusu Kevin "Kinqpin" Conson Ru
Meyxanaçı Namiq məna Xalq artisti Fatma Mahmudovaya bahalı bağ evi hədiyy�