“Azerconnect Group” BMTnin Qlobal Sazişinə qoşulub
Digərləri 05 Noy 2024 12:50:00 65 0
Azərbaycanın ən böyük İKT şirkəti "Azerconnect Group" Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv olub. Dünyanın 160-dan çox ölkəsindən nüfuzlu təşkilatları bir araya gətirən təşəbbüs, biznesin sosial məsuliyyətinin artırılması və bu sahədə dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.
Bu xəbəri də oxu: Yuxuda nar görmək
BMT-nin Qlobal Sazişinə qoşulmaqla "Azerconnect Group" ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə sadiqliyini nümayiş etdirir. Şirkət, həmçinin dayanıqlı inkişaf istiqamətində Qlobal Sazişin prinsiplərini öz fəaliyyət və strategiyasına tətbiq edəcəyini bəyan edir.
"Azerconnect Group" innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik telekommunikasiya xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir. Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. "Azerconnect Group" artıq dayanıqlı inkişaf və sosial məsuliyyət sahələrində bir sıra effektiv təşəbbüsləri reallaşdırıb. Bu təşəbbüslərə ətraf mühitin qorunması, enerji səmərəliliyin artırılması, tullantıların idarəedilməsi, əməkdaşlar üçün rahat iş mühitinin yaradılması, onların şəxsi inkişafı üçün proqramlar və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirləri daxildir.
Ətraf mühitin qorunması sahəsində həyata keçirilən layihələr barədə
"Azerconnect Group" tətbiq etdiyi innovativ biznes modeli və şəbəkələrin optimallaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində hər il təxminən 60%-dək enerjiyə qənaət edir. Bu da ildə 53 min meqavat elektrik enerjisinə bərabərdir. Şirkət tərəfindən, həmçinin günəş enerjisi ilə çalışan baza stansiyası pilot layihə kimi istifadəyə verilib.
Korporativ idarəetmə sahəsində həyata keçirilən layihələr barədə
"Azerconnect Group" əməkdaşların rifahı, onların şəxsi və peşəkar inkişafı, iş yerində gender bərabərliyi, inklüzivliyin təşviqi istiqamətində davamlı olaraq təşəbbüslər həyata keçirir. Artıq bir neçə ildir ki, əməkdaşların iş və şəxsi həyatı arasında balansın qorunmasına töhfə verən hibrid iş rejimi proqramı - "FLEXcellence" tətbiq edilir. Cari ildə şirkət tərəfindən əməkdaşları karyera inkişafı üçün lazım olan resurslar, təlimlər və imkanlarla təmin edən "Azerconnect Group Mükəmməllik Mərkəzi" təqdim edilib. İcra olunan uğurlu layihələr nəticəsində "Azerconnect Group" beynəlxalq audit şirkəti "Deloitte" tərəfindən təsis olunmuş "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinin qalibi seçilib. Şirkət, eyni zamanda, ardıcıl iki dəfə "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən "Ən yaxşı işəgötürən" mükafatına layiq görülən yeganə yerli şirkətdir. Cari ildə "Azerconnect Group"a, həmçinin BMT-nin İnkişaf Proqramı tərəfindən "Gender İnklüziv İş yeri" mükafatı təqdim olunub.
Bakıda ötən gecədən davam edən güclü külək fəsadsız ötüşməyib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Çin əyalətlərindən birində "iPhone 14 Pro Max" şarj zamanı par
Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi v�
İsrailin baş naziri Binyamin Netanyahunun köməkçiləri xarici mətbuata ba�
İqlim üzrə fəaliyyətin inkişafı və iqlim ədalətinə nail olmaq üçün
"Akasya Durağı" serialındakı Dilek obrazı ilə tanınan Pelin Sö
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələs
Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Şorsu kənd sakininə məxsus
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 noyabr tarixindən etibarən valyuta məzə
Sosial şəbəkələrdə Ağa Maştağalı adlı meyxanaçının ölüm xəbəri
Astrologiyada bəzi bürclər etibarlı və güvənilir olmaları ilə tanınır