Deputatlar metroya minirlər? “Hər həftə istifadə edirəm” SORĞU
Digərləri 12 Fev 2025 20:00:00 86 0
"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Bakıda metro stansiyalarına yeni adların verilməsi məsələsi gündəmə gələndən sonra mövzuya diqqət artıb.
Bu xəbəri də oxu: Qrip və korona olanda necə qidalanmaq lazımdır?
Milli Məclisin deputatları da ayrı-ayrılıqda məsələyə münasibət bildiriblər.
Son.az xəbər verir ki, metro mövzusunun aktuallığını nəzərə alan Modern.az-ın əməkdaşı parlamentarlardan sonuncu dəfə nə zaman yeraltı nəqliyyat vasitəsidnən istifadə etdiklərini soruşub.
Aydın Mirzəzadə tez-tez olmasa da, ara-sıra metrodan istifadə etdiyini bildirib:
"Tez-tez yox, amma ara-sıra metrodan istifadə edirəm.İlk növbədə ona görə ki, insanların arasında olmaq, onları eşitmək və qayğılarını dinləmək istəyirəm. Bundan güc alıram. Metro ilə bağlı xəbərləri çox diqqətlə izləyirəm. Bu gün metroda sıxlıq, çox təəssüf ki, ara-sıra insanların qatar yoluna düşməsi halları var. Bir dəfə Bakı metropoliteninin rəhbərliyinə təklif yolladım. Təklifim beləydi ki, stansiyalarda dayanacaq platforması ilə dəmir yolu arasına şüşədən divar çəkilsin. Şüşə divarın qapıları vaqonların qapısı ilə eyni vaxta açılsın və insanlar minə bilsin. Bu gün oxuyuram ki, belə bir təklif metro rəhbərliyi tərəfindən nəzərdən keçirilir. Demirəm mənim təklifim əsasında bunu müzakirə edirlər, amma görünür ki, dünya təcrübəsinə baxaraq buna gedilir".
A.Mirzəzadə hazırda mövcud olan stansiya adlarının özünü doğrultduğunu düşünür:
"Hesab edirəm ki, indiki adlar özünü doğruldur. Məsələn "İçərişəhər", "Sahil", "Gənclik", "Nəriman Nərimanov", "Koroğlu" stansiyalarını götürək. Bunların hər birində bizim tariximizin, kimliyimizin bir hissəsi var. Hesab edirəm ki, hamısının yox, bəziləriinin adını dəyişmək olar. Mənə elə gəlir ki, burada söhbət adların dəyişdirilməsindən yox, yeni yaradılacaq stansiyalara adların qoyulmasından gedir".
Məlahət İbrahimqızı sonuncu dəfə "Xətai" metrostansiyasından istifadə etdiyini deyib:
"Sonuncu dəfə bu yaxınlarda "Xətai" stansiyasından istifadə etmişəm. İçərişəhərə gedirdim. Düzdür, bu zaman metronun pik vaxtı deyildi. Metro həqiqətən də sovet vaxtında ən çox sevdiyimiz, güvənilən ictimai nəqliyyat vasitəsi olub. Düzdür, indi metroda da hadisələr olur. Amma təyyarədə də, minik avtomobilində də qəza olmurmu? Amma gediş-gəliş baxımdan ən yaxşı nəqliyyat vasitəsi metrodur".
M.İbrahimqızı "Ulduz" stansiyasının adının dəyişdirilməsinin tərəfdarıdır:
"Mən ən çox "Xalqlar dostluğu", "Qara Qarayev", "Neftçilər" metrostansiyalarından istifadə edirdim. Bu adların dəyişilməsinə ehtiyac görmürəm. Biz tolerant, digər xalqlara sevgi və dostluqla yanaşan xalqıq. Digər tərəfdən, "Neftçilər" stansiyasını götürək. Azərbaycan dünyada nefti ilə məşhurdur. Neftçilərimizin fədakar əməyi ilə bu şöhrətə gəlib çatmışıq. Amma "Ulduz" stansiyasının adı ilə bağlı addım atmaq olar. Burada ulduzun nə mahiyyət daşıdığını açığı, bilmirəm".
Arzuxan Əlizadə metrodan sonuncu dəfə Yeni il bayramı ərəfəsində istifadə edib:
"Əvvəllər çox istifadə etmişik. Son dönəmlərdə isə yox. Təxminən Yeni il bayramı ərəfəsində bazar günü istifadə etmişəm. Mütəmadi olaraq metrodan istifadə etmirəm".
A.Əlizadə də hazırda mövcud olan stansiyaların adlarının dəyişdirilməsinə elə ciddi ehtiyac olmadığını düşünür:
Bir çox insan çimərkən, hətta yatarkən də linza taxır.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası il
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif m�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Tourette" Sindromu nadir rast gəlinən, uzunmüddətli nevroloji bi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Meymun beynini insan beyninə çevirən mexanizm tapılıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında "iclas" keçi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Rusiya və Sudan Rusiyanın hərbi-dəniz bazasının yaradılmasına dair hər
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Murat Boz Sevgililər Gününü bütün sevənlərə təbrik edərək, bu xüsus
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Xəbər verdiyimiz kimi, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublika
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəhbəri polkov
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələd
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Fevralın 12-də bürcün on iki əlamətindən biri uzun müddətdir davam edə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Elnur Şəmistan oğlu Bağırovun Azərbaycan Respublikasının Prezidenti yan�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)