Xəstə uşaqlar üçün toplanmış pulu ələ keçirən şəxslər məhkəmə qarşısında


Digərləri 12 Fev 2025 18:27:00 51 0

Xəstə uşaqlar üçün toplanmış pulu ələ keçirən şəxslər məhkəmə qarşısında

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.

Zərərçəkən Ramin İbrahimov bildirib ki, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramovanı Türkiyədə çalışan həkim Həmidə Qarayeva tövsiyə edib. Zərərçəkən övladının əməliyyatı üçün Aynur Bayramova vasitəsilə tanış olduğu Nuridə Seyidovaya 15 min dollar ödədiyini bildirib.

A.Bayramova ona deyib ki, N.Seyidova zərərçəkənin övladının əməliyyat pulunun qalan hissəsini sponsor kimi ödəyəcək.

Nuridə Seyidova bildirib ki, verilən pulun 10 min dollarını Aynur Bayramovaya verib. A.Bayramova bu iddianı qəbul etməyib.

Zərərçəkən Sevinc Səmədova isə həyat yoldaşının böyrək xəstəsi olduğunu, 2023-cü ilin avqustunda dünyasını dəyişdiyini bildirib.

Qeyd edib ki, Gömrük Xəstəxanasında Mircəlal Kazımi ona Aysel Məmmədova ilə danışmağı tövsiyə edib:

"Mircəlal həkim mənə dedi ki, bizə Aysel xanım kömək edə bilər. Onun nömrəsini alıb danışdım. Söylədi ki, 45 min manat ödəməliyəm. Mircəlal həkim dedi ki, əməliyyatla bağlı narahat olmayaq. Daha öncə 5 nəfər əməliyyat edilib. Biz əlimizdəki pulları yığdıq. Yaxınlarımız da kömək etdi və 22 min 500 manat topladıq.

Həmin pulu yanvarda Aysel Məmmədovaya verdik. Dedi ki, Nuridə Seyidova qalanını verəcək. O, sponsordur və xəstəxana ilə müqaviləsi var. Amma əməliyyat baş tutmadı. Yoldaşımın vəziyyəti pisləşdi. Sonradan Aysel Məmmədova dedi ki, 10 günə məlumat verəcək və kömək ediləcək. Həmin müddətdən sonra yenidən Aysel Məmmədova ilə danışanda bizə "Mircəlal həkim sizə məlumat verməyib? Polislər gəlib, istintaq gedir", dedi. Yoldaşımın vəziyyəti pisləşdi. Əməliyyat üçün pulumuz çatmadı. Onlara görə yoldaşım həyatını itirdi. Mircəlal həkim isə dedi ki, mənlik deyil".

O, əlavə edib ki, Aysel Məmmədova həmin puldan 15 min 500 manatı qaytarıb. Hazırda qalan 7 min 500 manatı tələb edir.

Zərərçəkən Aytəkin İsayeva isə deyib ki, böyrək xəstəliyindən əziyyət çəkir. O, Nuridə Seyidovanı sosial şəbəkədəki elanda gördüyünü, ona 19 min manat pul ödədiyini bildirib.

Nuridə Seyidova bildirib ki, zərərçəkənin qızı Aynur Bayramova ilə tanış olub. Onlar vasitəsilə N.Seyidova zərərçəkənlə tanış olub. Lakin ondan 6 min manat pul alınıb. Aytəkin İsayeva isə Aynur Bayramovanı tanımadığını bildirib.

Digər zərərçəkən Elxan Əliyev ifadə verəndə Aynur Bayramovanın təzyiqi qalxıb. O, həkim müayinəsindən sonra zaldan çıxarılmasını istəyib. Aynur Bayramova bildirib ki, sirroz xəstəsidir və əməliyyata ehtiyac var:

"Mənim tək günahım xəstələrin yanında olmaq olub. Xəstələrin yanında olduğum üçün hazırda əziyyət çəkirəm".

Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Günün ən xoşbəxt bürcü hansıdır? like
  • 12 Fev 18:21  
Digərləri Günün ən xoşbəxt bürcü hansıdır?

Fevralın 12-də bürcün on iki əlamətindən biri uzun müddətdir davam edə

arrow Ətraflı
Prezdent bu agentliyə sədr təyin etdi like
  • 12 Fev 18:18  
Siyasət Prezdent bu agentliyə sədr təyin etdi

Elnur Şəmistan oğlu Bağırovun Azərbaycan Respublikasının Prezidenti yan�

arrow Ətraflı
Erməni iş adamı Hollivud ulduzuna kələk gəldi like
  • 12 Fev 18:15  
Dünya Erməni iş adamı Hollivud ulduzuna kələk gəldi

Hollivud ulduzu Coni Deppin zərgərlik şirkəti Ermənistandan olan iş adamı

arrow Ətraflı
ABŞdə həkimin səhvi nəticəsində xəstənin qolları və ayaqları amputasiya edilib like
  • 12 Fev 18:10  
Dünya ABŞdə həkimin səhvi nəticəsində xəstənin qolları və ayaqları amputasiya edilib

ABŞ-də həkimin səhvi nəticəsində xəstənin qolları və ayaqları amputa

arrow Ətraflı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib  FƏRMAN like
  • 12 Fev 18:06  
Siyasət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib FƏRMAN

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və �

arrow Ətraflı
"Hayat bilgisi"nin ulduzları illər sonra bir arada like
  • 12 Fev 18:06  
Şou-biznes "Hayat bilgisi"nin ulduzları illər sonra bir arada

Məşhur "Həyat Bilgisi" serialında Barbie Gamze rolunu canlandıran

arrow Ətraflı
Həlak olan azərbaycanlının nəşi vətənə gətirildi like
  • 12 Fev 18:00  
Digərləri Həlak olan azərbaycanlının nəşi vətənə gətirildi

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov

arrow Ətraflı
Bakıda 2 taksi sürücüsü həbs olundu  SƏBƏB like
  • 12 Fev 17:56  
Digərləri Bakıda 2 taksi sürücüsü həbs olundu SƏBƏB

Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində qanunsuz taksi fəaliy

arrow Ətraflı
Qobustan rayonunda sahibkarlarla görüş keçirilib like
  • 12 Fev 17:55  
Digərləri Qobustan rayonunda sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

arrow Ətraflı
Əfv sərəncamı olacaq?   ilk iclas keçirildi like
  • 12 Fev 17:54  
Digərləri Əfv sərəncamı olacaq? ilk iclas keçirildi

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk i

arrow Ətraflı
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub like
  • 12 Fev 17:48  
Kriminal “Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

arrow Ətraflı
Bu universitetə yeni rektor əvəzi təyin olundu like
  • 12 Fev 17:42  
Digərləri Bu universitetə yeni rektor əvəzi təyin olundu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sad

arrow Ətraflı
Rusiyada polisdən xüsusi ƏMƏLİYYAT: kriminal aləmin 22 üzvü saxlanıldı like
  • 12 Fev 17:25  
Dünya Rusiyada polisdən xüsusi ƏMƏLİYYAT: kriminal aləmin 22 üzvü saxlanıldı

Rusiyanın Ulyanovsk vilayətində polis və kəşfiyyat əməkdaşları genişm

arrow Ətraflı
Hasan Şeyx Mahmud: Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik like
  • 12 Fev 17:18  
Siyasət Hasan Şeyx Mahmud: Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik

Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin pr

arrow Ətraflı
5 minə yaxın müəllimin işinə xitam verilib – RƏSMİ like
  • 12 Fev 17:15  
Digərləri 5 minə yaxın müəllimin işinə xitam verilib – RƏSMİ

"İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi ü

arrow Ətraflı