Bu addım Prezident tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir Elçin Mirzəbəyli
Siyasət 01 Apr 2023 22:50:00 377 0
Medianın vergilərdən azad olunması Prezident İlham Əliyev tərəfindən medianın inkişafına verilən çox mühüm dəstəkdir.
Bu xəbəri də oxu: COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək
Son.az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
"Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən peşəkar medianın inkişafına və media subyektlərinin iqtisadi müstəqilliklərinin təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərə verilən çox mühüm dəstəkdir. Qısa bir zaman kəsiyindən sonra peşəkar media subyektləri dövlət başçısının müvafiq Fərmanı ilə qüvvəyə minən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nun, daha qısa və aydın ifadə etsək, vergi güzəştlərinin təsirini öz fəaliyyətlərində ciddi şəkildə hiss edəcəklər", - deyə E.Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, sözügedən əlavə və dəyişiklər, eyni zamanda sosial şəbəkələrlə peşəkar media resursları arasındakı qeyri-bərabər rəqabətin mümkün qədər aradan qaldırılmasına, media sektorundakı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, reklam bazarının və biznes mühitinin kənar təsirlərdən sığortalanmasına və Azərbaycan mediasının, informasiya məkanının qorunmasına xidmət edir.
"Çap və onlayn mediaya münasibətdə davamlı olaraq tətbiq edilən və bir-biri ilə zəncirvari formada əlaqəli olan vergi güzəştləri paketləri, bütövlükdə ölkəmizdə media sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi də mühüm əhəmiyyətə malikdir. Qəbul edilən qərarlar, atılan addımlar islahatların konseptual əsaslı olduğunu, sistemli şəkildə həyata keçirildiyini və "yol xəritəsi"nə uyğun irəliyə doğru aparıldığını nümayiş etdirir.
Cənab Prezidentə mediaya yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı fərmanına və təbii ki, bütövlükdə Azərbaycan mediasına davamlı dəstəyinə görə dərin minnətdarlığımı bildirirəm", - deyə siyasi şərhçi əlavə edib.
Oruc tutarkən düzgün su istehlakı bədənin maye balansını qoruyarkən gü
"Nə üçün insanlar hədsiz gözəl olmaq istəyir? Eybəcər adam var? M
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının
İftar süfrəsində düzgün yemək çox vacibdir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yolux
Çayın bir çox faydası olduğu kimi mənfi tərəfləri də var.
Sosial şəbəkələrdə Azərbaycan ordusunun Laçın rayonunda sərhəd zonas�
Tanınmış aparıcı Ülvira Qarayeva sosial mediada paylaşım edib.
Portağal şirəsi və şəkərsiz qəhvə səhər yeməyi üçün ən zərərli
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükə
Briqama Yanqa Universitetinin amerikalı alimləri yeni araşdırma çərçivəs
Fransada pensiya islahatlarına qarşı keçirilən aksiyanı lentə alan jurnal
Meteohəssaslıqdan əziyyət çəkən insanlar yaxşı bilirlər ki, hava şər