Paşinyan olduğundan ağıllı görünmək istədi, alınmadı
Siyasət 29 Mar 2023 17:15:00 287 0
Rusiya ilə münasibətlərini ifrat gərginlik həddinə çatdırmış Ermənistan indi çıxış yolları aramağa çalışır, müxtəlif bəraətlər və yalanlarla özünə haqq qazandırmaq istəyir. Lakin Kreml Paşinyanı bağışlamaq fikrində deyil.
Bu xəbəri də oxu: "Baku Network"un rəhbəri Elçin Alıoğlu “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Son.az Trend-ə istinadən xəbər verir ki, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyəti ilə bağlı Roma statunu (Rome Statute of the International Criminal Court) ratifikasiya etməyə hazırlaşan Ermənistan bu addımı atarsa, Rusiya Federasiyası ilə münasibətləri ifrat dərəcədə gərginləşəcək.
RF Prezidenti Vladimir Putinin həbsinə order verən BCM-nin obyektivlikdən və məntiqdən çox uzaq qərarlar qəbul etməsi ilk dəfə deyil.
Laçın-Gorus yolunda guya "blokada" olması və Azərbaycanın da bu "maneə"ni dərhal ləğv etməsi ilə bağlı qərar qəbul etmiş BCM-in bu dəfə Moskvaya aşkar təzyiq etmək niyyətilə hüquqi demarş etməsi bəlli.
Ermənisianın həmin demarşa qoşulması təbii ki, son vaxtlar rəsmi İrəvanın kollaborasizm dolu xarici siyasətindən narazı qalan Rusiyanın səbr kasasını daşdıra bilər.
Rəsmi İrəvana Moskvadan xəbərdarlıq messicləri son günlərədək sosial şəbəkələrdəki profillər, siyasətçilərin, ekspertlərin və analitiklərin şərhləri, habelə açıqlamaları vasitəsiloə çatdırılırdısa, indi diplomatik kanallar işə salınıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına qarşı yeni, bu dəfə yetərincə riskli və təhlükəli siyasi ekvilibristikaya başlayıb.
Həmişəki kimi o, təmaslarda olduğu tərəflərin hamısını aldadaraq məqsədinə çatacağını düşünürdü.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə bağlı İrəvanın mövqeyi Paşinyanın çoxgedişli taktikasının tərkib hissəsidir.
Onun yaxın və orta perspektivdəki məqsədlərinin məcmusu budur:
1. Rusiya Federasiyasından siyasi, hərbi, iqtisadi, maliyyə və s. müstəvilərdə tam asılılıqdan qurtulmaq
2. ABŞ və Avropa İttifaqı ilə münasibətləri yeniləyərək Qərbi "səmimi hisslərə və qətiyyət"ə inandırmaq
3. Rusiya və Qərb arasında siyasi barraj vurmaqla yanaşı, Fransa və İranla da münasibətləri aktivləşdirmək, BMC amilindən Paris-Tehran marşrutunda alver vasitəsi qismində yararlanmaq.
Lakin bu məqsədlərin heç birini reallaşdırmaq imkanlarına malik olmayan N.Paşinyan böyük güclərlə manipulyasiyalarının cavabsız qalacağını düşünübsə, yanılıb.
BCM-in fəaliyyəti ilə bağlı Roma statutu 1998-cri ilin iyulun 17-də İtaliyanın paytaxtı Romada keçirilmiş diplomatik konfransda qəbul edilib, 2002-ci ilin iyulun 1-də qüvvəyə minib. Sənəd bir sıra məqamlarla yanaşı, BCM-in səlahiyyətlərini və strukturunu da müəyyənləşdirir.
Statutu 137 dövlət imzalasa da, 123 ölkə ratifikasiya edib.
Laçın-Gorus yolunda Azərğaycan QHT və vətəndaş cəmiyyəti mənsublarının keçirdikləri dinc aksiyanı "blokada" qismində tövsif edən, Bakıya "dərhal blokadanı dayandırın,yolu açın" ultimatumu ünvanlayan Beynəlxalq Cinayət Məhkəməsi məntiqsiz, əsassız sənədin icrasını tələb etməklə təmsil etdiyi beynəlxalq hüquqla yanaşı, ədalət və reallıq nəsnələrini də tapdalamışdı.
Haaqada yerləşən BCM-in hüquqi nonsens kimi dəyərləndirilə biləcək qərarı yalnız Azərbaycanla bağlı deyil.
ABŞ-a qarşı bu strukturun inadkarcasına ifrat subyektivizm və qərəz nümayiş etdirməsi adi hal aldığından rəsmi Vaşinqton BCM-in qərarlarını adi kağız parçası saydığını bəyan edib.
Birləşmiş Ştatlar BCM-ni "faktiki ölü qurum, beynəlxalq hüququn antonimi və subyektivizmin rudimenti" adlandırıb.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun BCM-ni ilə bağlı dediklərini xatırlayaq: "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etmək niyyətində deyilik. Bu quruma yardım etməyəcəyik və təbii ki, ona qoşulmayacağıq. Biz ona öz əcəli ilə ölməyə imkan verəcəyik. Bizim üçün Beynəlxalq Cinayət Məhkəməsi faktiki ölüdür".
Vaşinqtonla BCM arasında gərginlik o həddə çatıb ki, amerikalılar sözügedən təşkilatın hakimlərinə və prokurorlarına ABŞ ərazisinə girişi yasaqlamaqdan, onların aktivlərinə həbs qoymaqdan, hətta Birləşmiş Ştatların mövcud qanunvericiliyinə uyğun olaraq onları məhkəmə təqibinə məruz qoymaq perspektivinin gerçəkləşə biləcəyindən bəhs edirlər.
Vaşinqton üçün BCM faktiki olaraq ABŞ-ın dövlət suverenliyini və məhkəmə hakimiyyətinin primatını şübhə altına alan qurum olduğundan, amerikalılar Haaaqadakı həmin məhkəməni tanımırlar, tanımaq da istəmirlər.
Azərbaycan üçün də ölkəmizin siyasi-hüquqi paradiqması beynəlxalq hüquqdan daha önəmlidir.
Ermənistan isə real suveren, müstəqil və sərbəst xarici siyasət yürüdən ölkə olmadığından Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyəti ilə bağlı Roma statunun ratifikasiyasını siyasi alver predmetinə çevirib.
İrəvanın statusla bağlı çırpınmaları maraqlı prosesdir.
Çünki BCM azad və suveren ölkələr üçün yox, suverenliyini itirərək haminin və ya hamilərin idarəetməsində olan dövlətlər üçündür. Roma statunu tanıyaraq ratifikasiya edən ölkə avtomatik olaraq BCM-in onu mühakimə etmək hüqununu tanıyır, öz hüquqlarından könüllü vaz keçir.
Nikol Paşinyanın komandasındakı fiqurlar fasiləsiz olaraq bəyan edirlər ki, "Ermənistanın Roma statunu ratifikasiya etməsi Azərbaycana qarşı BCM-də iddialar qaldırmaq üçündür: bu qərarın BCM-in Rusiya ilə bağlı mövqeyi ilə heç bir əlaqəsi yoxdur".
Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunu təsdiqləyib, qərar dərhal qüvvəyə minib.
İrəvanın qərarı Moskvada ciddi narazılıq yaradıb və Nikol Paşinyan da bunu asanlıqla təxminləmişdi.
Onun məqsədi Ermənistanın MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), Avrasiya İqtisadi Birliyini və Gömrük İttifaqını tərk etməsinə, Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılmasına nail olmaqdır.
Bu isə, etiraf edək ki, yaxın illərdə mümkünsüz məsələdir.
Rusiya onunla belə primitiv oyunlara başlayanları bağışlamır.
Əslində, düz də edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etm
İsrailin güclü dövlət olmağı dünyada və İranda qəbul edilən faktdır
Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə direktor təyin edilib.
Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanş
"Sözsüz ki, bu, sui-qəsd hadisəsidir. Silahlı basqı edənin atəş sa
Bir neçə ay öncə ailə quran şair Vüqar Əhmədin xanəndə qızı Almaxan
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava �
İtaliyada baş tutan nikah mərasimi ölkədə geniş müzakirələrə səbəb
Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təş
Güney Azərbaycanlı qızın paylaşımı sosial şəbəkədə ciddi maraq doğ
Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Meh
"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən
İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə �