Özünü imam Mehdi kimi təqdim edən şəxsin məhkəməsində dava: proses təxirə salındı


Digərləri 29 Mar 2023 17:10:00 153 0

Özünü imam Mehdi kimi təqdim edən şəxsin məhkəməsində dava: proses təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ifadə verən zərərçəkmiş Əli Quliyev bildirib ki, təqsirləndirilən şəxslə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub: "Aqil Babayev dini söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım. Bundan əlavə, Ramazan aylarında fitrə, qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr alırdım. 2013-cü ildən 2021-ci ilə kimi hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat zəkat verdim. Onun yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Mənə dedilər ki, o, zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu deyib. 8 il ərzində mən Aqilin ideal insan olmasının şahidi olmuşam".

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Onun sözlərinə görə, zərəçəkmiş onunla qonşuluqda kirayədə yaşayıb: "Yaxın qaldığımıza görə, bizdə qonşuluq münasibətləri yaranmışdı. Həm də Əli texnologiyanı yaxşı bildiyinə görə, arada onu kompüter və telefonda problem yarananda həll etməkdə köməyə çağırırdım. Mən ondan heç bir zəkat tələb etməmişəm. Özü başqaları kimi pul toplayıb kiməsə verirdi".

Daha sonra prosesdə digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, ibadətlə 18 yaşından məşğuldur: "Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və imam Mehdinin intizarında olmaq arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər mollalar cavab verə bilmirdi. Sonra bu adamla məsciddə tanış oldum. Mütəmadi olaraq Aqil Babayevin təşkil etdiyi məclislərdə iştirak etmişəm. O, məni sanki ovsunladı və bütün suallarıma istədiyim cavabı aldım. Aqil çox kasıb yaşayıb".

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında yaşanan mübahisənin davaya çevrilməsi səbəbindən proses təxirə salınıb.

Məhkəmənin növbəti iclası aprelin 5-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, "Şaurma N1" restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İsrailin gücü İran ordusunda qorxu yaradır like
  • 29 Mar 16:57  
Dünya İsrailin gücü İran ordusunda qorxu yaradır

İsrailin güclü dövlət olmağı dünyada və İranda qəbul edilən faktdır

arrow Ətraflı
Maliyyə Nazirliyində yeni təyinat olub like
  • 29 Mar 16:56  
Digərləri Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə direktor təyin edilib.

arrow Ətraflı
Ağstafada 14 yaşlı oğlanı öldürdülər like
  • 29 Mar 16:52  
Digərləri Ağstafada 14 yaşlı oğlanı öldürdülər

Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanş

arrow Ətraflı
“Evliliyimdə sərhəd yoxdur”  VİDEO like
  • 29 Mar 16:46  
Şou-biznes “Evliliyimdə sərhəd yoxdur” VİDEO

Bir neçə ay öncə ailə quran şair Vüqar Əhmədin xanəndə qızı Almaxan

arrow Ətraflı
Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  XƏBƏRDARLIQ like
  • 29 Mar 16:40  
Digərləri Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava �

arrow Ətraflı
Qadın eyni vaxtda iki kişi ilə nikaha daxil oldu  VİDEO like
  • 29 Mar 16:35  
Dünya Qadın eyni vaxtda iki kişi ilə nikaha daxil oldu VİDEO

İtaliyada baş tutan nikah mərasimi ölkədə geniş müzakirələrə səbəb

arrow Ətraflı
Prezident Formula 1lə bağlı sərəncam imzaladı like
  • 29 Mar 16:26  
Siyasət Prezident Formula 1lə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təş

arrow Ətraflı
Güneyli qız: Lazım gəlsə gedib savaşaramVİDEO like
  • 29 Mar 16:24  
Digərləri Güneyli qız: Lazım gəlsə gedib savaşaramVİDEO

Güney Azərbaycanlı qızın paylaşımı sosial şəbəkədə ciddi maraq doğ

arrow Ətraflı
Prezident Fazil Mustafa ilə bağlı göstəriş verdi like
  • 29 Mar 16:15  
Siyasət Prezident Fazil Mustafa ilə bağlı göstəriş verdi

Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilər

arrow Ətraflı
Prezidentin köməkçisi Anar Ələkbərov Fazil Mustafanı ziyarət edib like
  • 29 Mar 16:14  
Siyasət Prezidentin köməkçisi Anar Ələkbərov Fazil Mustafanı ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Meh

arrow Ətraflı
"Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar" like
  • 29 Mar 16:13  
Şou-biznes "Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar"

"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən

arrow Ətraflı
"İsraildə Azərbaycan səfirliyinin açılması bu sahələrdə əməkdaşlığı daha da genişləndirəcək" like
  • 29 Mar 16:12  
Dünya "İsraildə Azərbaycan səfirliyinin açılması bu sahələrdə əməkdaşlığı daha da genişləndirəcək"

İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə �

arrow Ətraflı
Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır?  VİDEO like
  • 29 Mar 16:02  
Digərləri Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır? VİDEO

Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın, təxminən yarısı, başq

arrow Ətraflı
Fazil Mustafa kimdən şübhələndiyini açıqladı like
  • 29 Mar 16:00  
Digərləri Fazil Mustafa kimdən şübhələndiyini açıqladı

"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arioğflu dünən silahl

arrow Ətraflı