“Maşının işıqları killerin gözünə düşüb, ona görə də Fazil Mustafanın...” Məşhur kriminalist detalları açdı
Digərləri 29 Mar 2023 16:50:00 309 0
"Sözsüz ki, bu, sui-qəsd hadisəsidir. Silahlı basqı edənin atəş sayı, güllələrin xəsarət yaratma gücü, üzbəüz hədəf seçimi və davranışından məlum olur ki, məqsəd Fazil Mustafanı öldürmək olub. Buna gülləboran deyilir".
Bu xəbəri də oxu: Erməni jurnalistdən ŞOK SÖZLƏR: “Kəllə sümüklərindən qızıl dişlərini çıxarırdılar...” VİDEO
Son.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Almaniyada yaşayan azərbaycanlı kriminalist İlqar Altay deyib.
O, Milli Məclisin deputatı Fazil Mustafanın ötən gün Zabratdakı evinin qarşısında güllələnməsi hadisəsinə münasibət bildirib.
İ.Altayın fikrincə, deputat maşının qabaq şüşəsindən içəri atılan çoxsaylı 8-10-15 güllənin hər biri ölüm yarada bilərdi:
"Sadəcə, Allahın təsadüfü və olsun ki, bir qədər də killer səriştəsizliyi, həm də şərait imkan verməyib. Ola bilər, axşam maşının işıqları güclü yanılı olub, öndən atəş açanın gözünə düşüb, həyati vacib bədən nahiyələrini dəqiq təyin edə bilməyib. Bu məsələdə xəbərdarlıq yoxdur, birbaşa ölümə açılan atəşlərdir. Çiyindən və ayaqdan vurma isə bir xoş təsadüfdür. Qəsdən istəsən belə, o qaranlıqda, maşının içində çiynini, və ya ayağını necə seçib vurmaq olar?"
Kriminalist söyləyib ki, hadisənin motivi əsas məsələdir:
"Kriminalistika da, kriminologiyada da və xüsusən də, bu hadisədə. Çünki, sui-qəsd edilən, vurulan millət vəkili, dövlət xadimidir. Güman ki, motiv dövlətə qarşı terror, ya da zərərçəkənə qarşı qisas ola bilər. Dini zəmini də inkar etmək olmaz. Ancaq mən bir ixtisaslı kimi, gümanı əsas götürmürəm, heç olmasa müəyyən qədər obyektiv faktlar olmalıdır. Faktlar, sübutlar, arqumentlər isə düşünürəm ki, çox çəkmədən aparılan əməliyyat-istintaq və yaxud digər, real məlumatlardan ortaya çıxar".
Onun sözlərinə görə, bu hadisənin icraçısı və təşkilatçıları yəqin ki, yerli şəxslərdən, sifarişçiləri isə həm xarici ölkələr, mərkəzlərdən,- İran və s. - həm də ölkə daxilindən ola bilər:
"Bunlar da yaxın zamanla aydınlaşmalıdır. Məsələ də, motiv də istənilən halda çox ciddidi. Hadisə planlı, hazırlıqlıdır, əməl isə kəskin və görk etmə tiplidir. Bu qəddar, həyasız cinayətin üstü mütləq obyektiv, dürüst və səlist olaraq açılmalıdır, günahkarlar tapılıb, layiqli cəzalarını almalıdırlar. Məsələni və prosesi bir ixtisaslı kimi, mən də xüsusən izləyirəm, diqqət-nəzərimdə saxlayıram. Detallar açıldıqca, faktlar və əsaslar yarandıqca, fikirlərimizi daha dolğun və obyektiv formalaşdırarıq. Mümkündür ki, bu qəsd milli-dövlətçilik və milli-mənafeni hədəfə alma məqsədli olsun"
Bir neçə ay öncə ailə quran şair Vüqar Əhmədin xanəndə qızı Almaxan
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava �
İtaliyada baş tutan nikah mərasimi ölkədə geniş müzakirələrə səbəb
Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təş
Güney Azərbaycanlı qızın paylaşımı sosial şəbəkədə ciddi maraq doğ
Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Meh
"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən
İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə �
Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın, təxminən yarısı, başq
"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arioğflu dünən silahl
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri
Ukrayna ilə müharibə şəraitində bir çox rusiyalı məmurlar və müxtəli
Xaricdən ölkəmizə idxal olunan gübrələrin qiyməti artıb.