Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı


Digərləri 21 Dek 2024 15:00:00 68 0

Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı

COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub.

Bu xəbəri də oxu: Bu gün onlar imtahan verir

Son.az xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının "COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!" adlı hesabatında bildirilib.

"Araşdırma nəticəsində bəlli olmuşdur ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil edirlər", - hesabatda bildirilib.

Qeyd edilir ki, Vardanyan və Afeyan cütlüyünün anti-Azərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulmuşdur. Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri "Avrora" mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçirirlər. Bu yaxınlarda onlar Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu "Avrora" mükafatının Seçim komitəsinə üzv qəbul ediblər. Həmçinin Seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olurlar.

"Eyni zamanda, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən "Edelman" PR şirkətini və "Perseus Strategies" hüquq firmasını cəlb edibdir. "Edelman" şirkəti #FreeRubenVardanyan və #FreeArmenianPrisoners həştəqləri yaradaraq sosial media kampaniyası aparır", - deyə hesabatda qeyd edilir.

Hesabatda bildirilir ki, onların məqsədi dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında təzyiq göstərməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını cəlb etməklə Azərbaycana qarşı kütləvi hücumlar təşkil etməkdir. Yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradırlar. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyirlər.

""Ruben Vardanyan və digər erməni liderlər Azərbaycanda siyasi məhbus kimi bir illiklərini qeyd edirlər" adlı müraciətdə "Edelman" şirkətinin hansı dövlətlər və təşkilatlarla işlədiyi açıq-aydın ortaya qoyulur. Bu məsələdə Vardanyan ailəsinə Fransanın Havas PR şirkəti də ayrıca dəstək verir. Yeri gəlmişkən, adı bir çox qalmaqallarda hallandırılan "Edelman" şirkəti ilə bağlı maraqlı bir fakt isə "The Guardian" tərəfindən aparılan araşdırmada sübut edildiyi kimi, 10 il öncə onun iqlim dəyişikliyini, qlobal istiləşməni inkar edən şirkətlərə xidmət göstərməsi olmuşdur.

"Perseus Strategies"-ə və rəhbəri Cared Genserə gəldikdə isə o, Vardanyanlar ailəsinin hüquq məsləhətçisi kimi apardığı anti-Azərbaycan fəaliyyətlə yanaşı, yaradıcısı olduğu "Freedom Now" beynəlxalq insan hüquqları QHT-si vasitəsilə ölkəmizə qarşı geniş kampaniya aparır", - hesabatda bildirilir.

Bələdiyyə seçkilərində namizədlərin sayı bəlli oldu like
  • 21 Dek 14:59  
Digərləri Bələdiyyə seçkilərində namizədlərin sayı bəlli oldu

Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb.

arrow Ətraflı
Türkiyəli jurnalist saxlanıldı  FOTO like
  • 21 Dek 14:46  
Digərləri Türkiyəli jurnalist saxlanıldı FOTO

Türkiyəli jurnalist Özlem Gürses saxlanılıb.

arrow Ətraflı
İş adamı sevgilisini ilk dəfə paylaşdı  FOTO like
  • 21 Dek 14:23  
Şou-biznes İş adamı sevgilisini ilk dəfə paylaşdı FOTO

Məşhur türkiyəli aktrisa Esra Bilgiç sevgilisi iş adamı Faruk Sabancı i

arrow Ətraflı
Ofeliya Sənanidən xəbər var like
  • 21 Dek 13:53  
Şou-biznes Ofeliya Sənanidən xəbər var

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti O

arrow Ətraflı
“Ritmə Qarşı” rəqs müsabiqəsi yekunlaşıb  FOTO like
  • 21 Dek 13:51  
Digərləri “Ritmə Qarşı” rəqs müsabiqəsi yekunlaşıb FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "CAVAN" G�

arrow Ətraflı
Bu bürclər həftə sonu şad xəbər alacaq like
  • 21 Dek 13:29  
Digərləri Bu bürclər həftə sonu şad xəbər alacaq

Bu həftə sonu beş bürc üçün xoş və şad xəbərlər gözlənilir.

arrow Ətraflı
Düşmənləri təlaşa salan təyyarə  Türkiyənin seçiminin əsas səbəbləri like
  • 21 Dek 13:20  
Digərləri Düşmənləri təlaşa salan təyyarə Türkiyənin seçiminin əsas səbəbləri

Milli Müdafiə Nazirliyi Böyük Britaniyaya məxsus iki "Eurofighter Typh

arrow Ətraflı
Sumqayıtda zavod yanır like
  • 21 Dek 13:19  
Digərləri Sumqayıtda zavod yanır

Sumqayıtda yerləşən zavodların birində yanğın başladığı bildirilir.

arrow Ətraflı
Vüqar Həşimovun valideynlərinin like
  • 21 Dek 13:14  
Digərləri Vüqar Həşimovun valideynlərinin

Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşay

arrow Ətraflı
Makronun Ermənistana gələn yolları "bağlanıb" like
  • 21 Dek 13:07  
Dünya Makronun Ermənistana gələn yolları "bağlanıb"

"Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makr

arrow Ətraflı
"Bəzi məmurların stol görəndə insanlıqları itir" like
  • 21 Dek 12:57  
Şou-biznes "Bəzi məmurların stol görəndə insanlıqları itir"

"İnsan bir vəzifəyə keçəndən sonra, stol nədirsə ayrı cür təsir

arrow Ətraflı
Nikah vaxtı gəlin mollanın istəyi qarşısında ACİZ QALDI  VİDEO like
  • 21 Dek 12:49  
Digərləri Nikah vaxtı gəlin mollanın istəyi qarşısında ACİZ QALDI VİDEO

İmam nikahı vaxtı bəyə "Bizə Kelime-i Şehadət gətirə bilərsənmi

arrow Ətraflı
İstirahət gününün HAVASI like
  • 21 Dek 12:40  
Digərləri İstirahət gününün HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağ�

arrow Ətraflı
Bakı və Sumqayıtda əməliyyat: saxlanılanlar var like
  • 21 Dek 12:35  
Kriminal Bakı və Sumqayıtda əməliyyat: saxlanılanlar var

Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

arrow Ətraflı