Prezident Formula 1lə bağlı sərəncam imzaladı
Siyasət 29 Mar 2023 16:26:00 269 0
Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Fransa və Niderland müstəmləkəçiliyi: dəyişən ancaq sözlərdir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
- Müəyyən edilsin ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
- Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
- 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
- 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
- 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.
Güney Azərbaycanlı qızın paylaşımı sosial şəbəkədə ciddi maraq doğ
Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Meh
"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən
İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə �
Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın, təxminən yarısı, başq
"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arioğflu dünən silahl
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri
Ukrayna ilə müharibə şəraitində bir çox rusiyalı məmurlar və müxtəli
Xaricdən ölkəmizə idxal olunan gübrələrin qiyməti artıb.
Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (
"Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır&
Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Sərxan həyat yoldaşı N�