Müəllim dərsdə şagirdlərin ağızlarını “skoçlayıb?” YENİLƏNİB FOTO
Digərləri 21 Dek 2024 15:50:00 54 0
Bakının Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbin 3A sinfinin rəhbəri Xatirə Rüstəmovanın şagirdlərin ağızlarını "skoç"la bağlaması barədə iddialar yayılıb.
Bu xəbəri də oxu: Xocalının küçələrinə işıq çəkiləcək FOTO
Bu barədə Baku TV-yə valideynlər müraciət ediblər. Onlar, həmçinin uşaqlarının müəllim tərəfindən alçaldıldığını və döyüldüklərini bildirib.
Sözügedən müəllim baş vermiş hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verərək bunun bir oyun olduğunu, dərs vaxtı belə oyunlardan çox istifadə etdiyini açıqlayıb. X. Rüstəmova qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır: "Hər zaman bunun müsbət nəticələrini görmüşəm. Çünki öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə həyata keçirdiyimiz zaman isə daha asan və maraqlı olur. Bəzən dərs zamanı uşaqlar bir-birinə mane olmasın, köçürülmə halları yaşanmasın deyə, el arasında "qaradinməz" adlanan oyundan da istifadə edirəm. Bu oyunun uşaqların iradəsini necə möhkəmləndirdiyinin şahidi olmuşam.
Bir neçə gün əvvəl "Rəqəmsal bacarıqlar" dərsi zamanı kiçik summativ qiymətləndirmə (KSQ) yazarkən uşaqların səs-küy salmadan bütün fikirlərini dərsə yönəltmələrini təmin etmək məqsədilə bu oyundan istifadə etdim. Oyunun qaydalarına görə, səs salaraq sinif yoldaşlarına mane olan, qaydalara əməl etməyən şagirdlərin çənə nahiyəsinə rəmzi olaraq rəngli yapışqan kağız yapışdırılır. Burada əsas məqsəd şagirdlərin səs salaraq bir-birinə mane olmaması, sakitliyə riayət etməsi və uşaqların fikrinin dərsə yönəldilməsidir. Bu cür əyləncəli oyunlar uşaqlarda maraq yaratmaqla, həm də onlara dərsi daha diqqətlə dinləmələrini, oyunun qalibi olmaq üçün səbirli və iradəli olmağı öyrədir. Bu, uşaqların əylənərək dərs çalışmalarına imkan yaradır".
Müəllim deyir ki, şagirdlərlə keçirdiyi bu oyun ilkin olaraq bəzi valideynlər tərəfindən yanlış anlaşılsa da, keçirilmiş görüşdə məsələ aydınlaşdırılıb.
-------
14:15
Müəllim deyib ki, təzə metoddur | 178 nömrəli məktəbin valideynləri ayağa qalxdı Bakının Nərimanov rayonunun 178 saylı tam orta məktəbinin 3 A sinfinin müəllimi şagirdlərin ağzını skoçlayıb. Son.az xəbər verir ki, bununla bağlı valideynlər sosial şəbəkələrdə etirazlar ediblər. Vaideynlərin sözlərinə görə, övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının skoçlandığını iddia edirlər.
Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub. Şagirdlər bu barədə valideynlərinə bildiriblər. Valideynlər isə öz növbəsində, məktəb direktoru Xəyalə Qasımovaya şikayət ediblər. Məsələni dəqiqləşdirmək üçün ibtidai sinif müəlliməsi Xatirə Rüstəmova ilə danışmağa çalışdıq. Müəllim ittihamları qəbul etmədi və məsələyə bu aspektdən yanaşmağın düzgün olmadığını vurğuladı. "Bu məsələ ilə bağlı valideynlər gəliblər, hazırda söhbət edirik. Bu 3-4 valideynin işidir. Mən heç vaxt uşaq döyməmişəm. Uşaqlar məni çox istəyirlər. Oyunlar oynayırıq. Heç vaxt uşaqlarla aramda hər hansı bir problem olmayıb. Sinifdə oxuyanlar da var, zəif oxuyanlar da. Çalışıram ki, zəif oxuyanları qabağa gətirim", - deyə Xatirə Rüstəmova bildirib. Sinif rəhbəri deyir ki, məsələ ilə bağlı direktora da izahat yazıb: "Mən bu barədə direktora da izahat yazıb vermişəm. KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlar da əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular. Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq. Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm. Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir". Məsələ ilə bağlı məktəb direktoru Xəyalə Qasımova ilə əlaqə yaratmağa çalışdıq. Direktor zənglərimizə cavab vermədi. Məktəbdən isə bildirdilər ki, hazırda direktor danışmaq imkanında deyil. Məsələ ilə bağlı Təhsil İdarəsindən bildirildi ki,ünvanlanan müraciətə baxılması onların səlahiyyəti çəçivəsində deyil. Asya Son.azAktrisa Sonaxanım Əliyeva şəxsi həyatı haqda bir sıra maraqlı açıqlama
Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri
"Əvvəlcə Allaha, sonra Türkiyəyə güvənməli olduğumuzu öyrəndik&
"İranın Dəməşqdəki səfirliyinin işçisi avtomobilinə edilən terro
Hər ciddi münasibət bir nöqtədə evliliyə çevrilmə potensialı daşıyı
COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Məşhur türkiyəli aktrisa Esra Bilgiç sevgilisi iş adamı Faruk Sabancı i
Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti O
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "CAVAN" G�
Bu həftə sonu beş bürc üçün xoş və şad xəbərlər gözlənilir.
Milli Müdafiə Nazirliyi Böyük Britaniyaya məxsus iki "Eurofighter Typh
Sumqayıtda yerləşən zavodların birində yanğın başladığı bildirilir.