20232025ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi
Siyasət 29 Mar 2023 18:10:00 263 0
2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib.
Bu xəbəri də oxu: İlham Əliyev Qırğızıstana niyə getdi?
Nazirlər Kabinetinin 87 №-li Qərarına dair İzah:
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2023-2025-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar.
Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.
Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.
Gədəbəyin Musa Yalı kəndinin satışa çıxarılması ilə bağlı yayılan
Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru
"Titan Comics" Hollivud kinorejissoru Kventin Tarantino haqqında qraf
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvv
Rusiya ilə münasibətlərini ifrat gərginlik həddinə çatdırmış Ermənis
Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etm
İsrailin güclü dövlət olmağı dünyada və İranda qəbul edilən faktdır
Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə direktor təyin edilib.
Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanş
"Sözsüz ki, bu, sui-qəsd hadisəsidir. Silahlı basqı edənin atəş sa
Bir neçə ay öncə ailə quran şair Vüqar Əhmədin xanəndə qızı Almaxan
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava �
İtaliyada baş tutan nikah mərasimi ölkədə geniş müzakirələrə səbəb