Əllərinizin üstü çatlayırsa, bunlara əməl edin
Digərləri 21 Mar 2023 16:40:00 272 0
Soyuq havalarda müşahidə olunan problemlərdən biri də əllərin üstündə çatların yaranmasıdır. Bu, quru, zədələnmiş əllərdə ağrılara, soyuğa daha az davamlı olmasına gətirib çıxarır. Bəs əlləri necə qorumaq olar?
Bu xəbəri də oxu: Blinken Ərdoğandan kömək istəyib
Son.az Axşam.az-a istinadən xüsusən viruslar səbəbindən tez-tez spirt və dezinfeksiya vasitələrindən istifadə zamanı zədələnən cildi bərpa etməyə yardımçı olan üsulları təqdim edir.
Doğru sabun və ya şampun seçimi
Rəngsiz, qoxusuz, tərkibində nəmləndirici özəllikli yağlar olan sabunlara üstünlük verin. Maye və antibakterial təmizlik vasitələrinin daha yüksək kimyəvi tərkibə malik olması əllərin qurumasını və çatların yaranmasına səbəb olur.
Əgər artıq əllərinizdə çatlar varsa, uşaqlar üçün nəzərdə tutulan sabunlardan istifadə edə bilərsiniz.
Əlləri hər yumadan sonra nəmləndirmək lazımdır
Əlləri yuduqdan sonra nəmləndirici kremlərdən istifadə etsəniz, yuma əsnasında çatlamaya səbəb olan amillərin təsirini azaltmış olacaqsınız. Əgər evdəsinizsə, spritdən istifadə etməyin.
Dərinizə uyğun təmizlik və baxım vasitləri seçin
Çat probleminə qarşı vazelin kimi nəmləndirici vasitədən istifadə etmək kifayət edəcəkdir. Əgər yanıq, həddindən artıq quruluq, ekzama kimi problemlərdən əziyyət çəkirsinizsə, bərpaedici özəlliyi olan vasitlərədən istifadə etməyiniz məsləhətdir.
Əlləri düzgün formada qurutmaq
Əlləri qurudarkən onu dəsmal və ya salfet ilə sıxaraq, bərk-bərk silməyin. Kiçik toxunuşlarla qurutmaq kifayət edəcəkdir.
Düzgün qidalanma
Bol su için, daha çox meyvə və tərəvəz istehlak etməyə çalışın.
İsti yox, ilıq su ilə yuyun
İstər isti, istərsə də soyuq ilə yumaq əllərdə çatların yaranmasına gətirib çıxarır. Qabları yuyarkən və ya haranısa kimyəvi tərkibli məhlullarla təmizləyərkən mütləq əlcəkdən istifadə edin.
Son.az
Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti postuna namiz�
Ənənələrinə sadiq qalaraq "Networking Azerbaijan" hər ay tədbir
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Bir zamanlar dəbdə olmuş yaylıqlar yenidən trenddir. Onları tendesiya edə
Ukrayna hərbçilərinin yeni əks-hücumu Xarkov istiqamətindəki əməliyyatd
Sitrus meyvələri orqanizmi zəhərli maddələrdən təmizləyir, sellüliti y
"Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi bəlli olub.
Məşhur bərbərlər boz saçları yaxşılaşdırmağın yollarını açıqla
Hindistanın ABŞ-nin San-Fransisko şəhərindəki konsulluğuna hücum olub.
Şəmkir rayonunda 1992-ci il təvəllüdlü Səlim ailə münaqişəsi zəminin
Rusiyanın ABŞ-ın Ukraynaya hərbi yardımının bir hissəsinin "qara ba
Son illərdə tez-tez müşahidə edilən problemlərdən biri də unutqanlıqd�
Böyük Britaniyada kral ailəsinin II Elizabetsiz ilk dəfə qarşılaşdığı
Arıqlamaq bir çox insan, əsasən də qadınlar üçün hər zaman gündəmd�