Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyirik


Siyasət 20 Mar 2023 19:12:00 210 0

Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyirik

20 mart 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

"10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.

Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya "etnik təmizləmə" və "soyqırımı" törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.

Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.

Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.

Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə Nazirlik bildirib.

Buğda cücərtisi, səməni şirəsi və onların like
  • 20 Mar 19:06  
Digərləri Buğda cücərtisi, səməni şirəsi və onların

Baharın atributlarından biri kimi qəbul edilən səməni adətən Novruz bayr

arrow Ətraflı
Şahzadə Harri və Meqan kirayə haqqından azad edildilər like
  • 20 Mar 18:59  
Dünya Şahzadə Harri və Meqan kirayə haqqından azad edildilər

Bukingem sarayı şahzadə Harri və Meqan Markl ilə razılaşıb.

arrow Ətraflı
Bilgen: İran Qarabağda təxribata hazırlaşır, like
  • 20 Mar 18:51  
Dünya Bilgen: İran Qarabağda təxribata hazırlaşır,

Son.az İranın Qarabağda vuruşmaq üçün İraq və Suriyada yetişdirdiyi te

arrow Ətraflı
Avokado bu problemləri aradan qaldırır like
  • 20 Mar 18:40  
Digərləri Avokado bu problemləri aradan qaldırır

Son illərdə ölkəmizdə də tanınmağa və evilməyə başlayan avokadonun s

arrow Ətraflı
Daha 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edildi like
  • 20 Mar 18:31  
Dünya Daha 27 İran vətəndaşı və 15 təşkilata sanksiya tətbiq edildi

Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fi

arrow Ətraflı
Qaş alma ÜSULLARI: Belə addımlayın like
  • 20 Mar 18:20  
Digərləri Qaş alma ÜSULLARI: Belə addımlayın

Qaşın forması və qalınlığı üz ifadəmizə ən çox təsir edən amillə

arrow Ətraflı
Avropada partlayıcı maddələr tükəndi like
  • 20 Mar 18:11  
Dünya Avropada partlayıcı maddələr tükəndi

Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin ed�

arrow Ətraflı
Bakıda şok  Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı, like
  • 20 Mar 18:00  
Kriminal Bakıda şok Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı,

Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1

arrow Ətraflı
Bayden İsraildə kompromis əldə olunmasını dəstəkləyib like
  • 20 Mar 17:51  
Dünya Bayden İsraildə kompromis əldə olunmasını dəstəkləyib

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon

arrow Ətraflı
Dörd yeniyetmə itkin düşdü like
  • 20 Mar 17:49  
Digərləri Dörd yeniyetmə itkin düşdü

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

arrow Ətraflı
Qışda xəstələnmək istəmirsinizsə, like
  • 20 Mar 17:40  
Digərləri Qışda xəstələnmək istəmirsinizsə,

Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq

arrow Ətraflı
ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik” like
  • 20 Mar 17:31  
Dünya ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik”

Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezi

arrow Ətraflı
Lavrov: "3+3" formatında ikinci görüşün təşkili üzərində işləyirik" like
  • 20 Mar 17:26  
Dünya Lavrov: "3+3" formatında ikinci görüşün təşkili üzərində işləyirik"

"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Tü

arrow Ətraflı
Yaz üçün qarderobunuzda olmalı like
  • 20 Mar 17:20  
Digərləri Yaz üçün qarderobunuzda olmalı

Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.

arrow Ətraflı
Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək like
  • 20 Mar 17:11  
Dünya Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək

Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Pol

arrow Ətraflı