Bakıda şok Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı,


Kriminal 20 Mar 2023 18:00:00 235 0

Bakıda şok  Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı,

Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1982-ci il təvəllüdlü Gülnarı (adlar şərti verilib - red.) qətlə yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 15 iyul 2022-ci ildə Binə qəsəbəsi, "Bakavtamot" yolu ərazisində baş verib.

Qədir həmin gün, təxminən saat 19 radələrində əvvəllər ailəsi ilə birlikdə yaşadığı "Bakavtamot" yolu ərazisindəki evinin yaxınlığında, 2018-ci ildə rəsmən boşandığı keçmiş arvadı Gülnar və bu nikahdan olan övladı, 2008-ci il Güneli görüb.

Qədir onların keçmiş hasar qonşusu Vidadiyə məxsus evin həyətinə daxil olduqlarını müəyyən edib. O, həmin həyətdə olan arvadına xəbər göndərib və qızı Güneli görmək istədiyini bildirib.

Keçmiş arvadından rədd cavabı aldıqda onu öldürmək qərarına gəlib.

Qədir dəvət edilmədiyi halda həmin həyətə girib. Bıçaqla Gülnara 16 zərbə vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

"Görüşməyə imkan vermirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədirin sözlərinə görə, Gülnarla 2018-ci ildə boşanıb: "Sonra barışdıq və birlikdə yaşadıq. Bir müddət keçmiş yenidən ayrıldıq. Hadisədən 11 ay əvvəl Gülnarla ayrıldım, o, rayona atasının yaşadığı evə getdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verməmişdən 10 gün əvvəl Binə qəsəbəsində yaşayan Vəli adlı qonşusuna səhvən zəng vurub: "Ondan övladlarımı görüb-görmədiyini soruşdum. Vəli də övladlarımın qonşu uşaqları ilə birlikdə məhəllədə hər gün oynadıqlarını, lakin harada yaşadıqlarınıb bilmədiyini dedi. Son zamanlar Gülnar mənə uşaqlarımla görüşməyə imkan vermirdi".

"Qadınlar üstümə gəldilər"

Qədir qeyd edib ki, iyulun 15-də saat 18 radələrində Vasif adlı şəxsdən pul borcunu almaq üçün Vəlinin yaşadığı məhəlləyə gedib:

"Küçədən keçəndə Gülnarın qızım Günellə birlikdə Vidadi adlı qonşunun həyətinə girdiyini gördüm. Vəliyə zəng edərək çağırdım və Vidadigildən Güneli çağırmasını, qızımı görmək istədiyimi dedim. Vidadigilə gedən Vəli bir qədər sonra geri qayıtdı və mənə Gülnarın "polis çağıracam, buranı tərk etsin, uşağı göstərmirəm" dediyini bildirdi. Bu sözdən halım dəyişdi. Çünki Gülnar məndən bir neçə dəfə polisə şikayət etmişdi.

Vəli və Vasif bir az irəli getdi. Mən isə Vidadigilin həyətinə girdim. Gülnarı görəndə həyəcandan özümdən çıxdım. Həmin vaxt qadınlar da orada idi. Qadınlar üstümə gəldikdə özümü itirdim.

Lakin sonra nə baş verdiyini, Gülnara neçə bıçaq vurmağımı xatırlamadım. Qızımın yanımda olmasına belə fikir vermədim. Bir də özümə gələndə maşına oturduğumu, üstümün qan olduğunu gördüm. Qardaşıma zəng vurdum və məsələni dedim. Qardaşım məni evlərinə apardı, polisə zəng vurdu. Polisə təslim oldum".

Təqsirləndirilən şəxs qeyd edib ki, maşında olan bıçağı bir neçə ay əvvəldən qaynı Sadiqin onu dəfələrlə hədələlədiyi üçün maşında saxlayərmış.

Bildirib ki, Gülnarı öldürməyə getməyib, özünün psixi pozuntuları olub, bununla bağlı bir neçə dəfə xəstəxanada müalicə alıb.

"Döyməyəcəyini söyləsə də, əməl etmədi"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun atasının sözlərinə görə, təqsirləndirilən şəxs onun uzaq qohumudur: "Qədir qızımla 2003-cü ildə ailə həyatı qurdu və ayrıldı. Mənə polis bölmələrinə getməkdən bezdiklərini dedi. Qızım evli olduğu zaman dəfələrlə döyülürdü. Qədir qızımı hər dəfə döyəndə, Gülnar döyülməyini bizə bildirib. 6 il əvvəl Qədir özü mənə yazılı iltizam verərək Gülnarı döyməyəcəyini söyləsə də, yenə eyni əmələ davam etdi".

"Qızıma cəhənnəmi yaşadıb"

Hüquqi varis qeyd edib ki, evli olduqları zaman Qədir Gülnarı dəfələrlə öldürmək istəyib: "Bir dəfə yaşadıqları evin zirzəmisinə ilan buraxaraq Gülnarı bu yolla öldürmək istəmişdi. Daha sonra avtomobil qəzasına salaraq öldürmək istədi. 2017-ci ildə xaricə getmək adı ilə aldadaraq Gülnara boşanma ərizəsi yazdırdı və daha sonra Lerik rayon Məhkəməsinin qərarı ilə boşandılar.

Qədir sonra yenə birlikdə yaşamağı təklif etdi və boşanandan sonra 1 il birlikdə yaşadılar. Onu da Qədir aliment verməmək üçün etmişdi. O, qızımın başına çox müsibətlər gətirib, qızıma cəhənnəmi yaşadıb".

Hüquqi varis bildirib ki, avqustun 27-də Xəzər rayon Polis İdarəsinə şikayət ediblər: "Lakin polis bölməsində işə xitam verildi. Qədir öz dini məzhəbini dəyişmişdi və qızımı da dini məzhəbini dəyişməyə məcbur etmişdi. Hadisə günü Lerik rayonunun kəndində oluşam. Oğlum mənə zəng edərək Qədirin Gülnarı öldürdüyünü dedi. Mən də Bakı şəhərinə gəldim".

"Məni və qardaşımı da döyürdü"

Şahid qismində ifadə verən təqsirləndirilən və zərərçəkmiş şəxsin qızı Günelin sözlərinə anası ilə atası boşanmamışdan əvvəl onlar Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayıblar: "Həmin ünvanda yaşadığımız zamanlarda anamla atam arasında dəfələrlə mübahisə, münaqişə olub. Atam anamı döyürdü. Mən və qardaşım araya girdikdə atam bizi də vururdu. Çox xırda səbəblərə görə mübahisə yaradır, qan-qaraçılıq salırdı. Mənimlə və qardaşımla da acı danışırdı".

Bayden İsraildə kompromis əldə olunmasını dəstəkləyib like
  • 20 Mar 17:51  
Dünya Bayden İsraildə kompromis əldə olunmasını dəstəkləyib

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon

arrow Ətraflı
Dörd yeniyetmə itkin düşdü like
  • 20 Mar 17:49  
Digərləri Dörd yeniyetmə itkin düşdü

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

arrow Ətraflı
Qışda xəstələnmək istəmirsinizsə, like
  • 20 Mar 17:40  
Digərləri Qışda xəstələnmək istəmirsinizsə,

Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq

arrow Ətraflı
ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik” like
  • 20 Mar 17:31  
Dünya ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik”

Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezi

arrow Ətraflı
Lavrov: "3+3" formatında ikinci görüşün təşkili üzərində işləyirik" like
  • 20 Mar 17:26  
Dünya Lavrov: "3+3" formatında ikinci görüşün təşkili üzərində işləyirik"

"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Tü

arrow Ətraflı
Yaz üçün qarderobunuzda olmalı like
  • 20 Mar 17:20  
Digərləri Yaz üçün qarderobunuzda olmalı

Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.

arrow Ətraflı
Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək like
  • 20 Mar 17:11  
Dünya Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək

Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Pol

arrow Ətraflı
Kim Çen In: "Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır" like
  • 20 Mar 16:51  
Dünya Kim Çen In: "Şimali Koreya hər an nüvə silahından istifadə etməyə hazır olmalıdır"

Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvv�

arrow Ətraflı
Orqanizminizi mikroblardan təmizləyin like
  • 20 Mar 16:40  
Digərləri Orqanizminizi mikroblardan təmizləyin

Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, h�

arrow Ətraflı
Ermənistan Ukraynadakı separatçılara "yardım" apardı like
  • 20 Mar 16:31  
Dünya Ermənistan Ukraynadakı separatçılara "yardım" apardı

Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan ba

arrow Ətraflı
Bu ilin ən yaxşı idman ayaqqabıları like
  • 20 Mar 16:20  
Digərləri Bu ilin ən yaxşı idman ayaqqabıları

Yazın gəlişinə çox az qalıb. Deməli, idman ayaqqabısı barədə düşün

arrow Ətraflı
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı like
  • 20 Mar 16:15  
Dünya Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 096 nəfərə

arrow Ətraflı
Amerikalı gələcəyi görmək üçün özünü və ailəsini donduracaq like
  • 20 Mar 16:11  
Digərləri Amerikalı gələcəyi görmək üçün özünü və ailəsini donduracaq

ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini Dennis Kova

arrow Ətraflı
16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı like
  • 20 Mar 16:00  
Kriminal 16 yaşından toylara getdi, içki olan məclislərindən imtina etdi, özünü cəzalandırdı

Son.az Kulis.az-a istinadən müğənni Xuraman Şuşalı haqqında maraqlı fak

arrow Ətraflı
Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir like
  • 20 Mar 15:54  
Siyasət Talış kəndinə köçürülən sakinlərin məşğulluğu təmin edilir

İşğaldan azad edilən Talış kəndinə köçürülən sakinlərin məşğull

arrow Ətraflı