Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı etiraz bəyanatı yaydı


Siyasət 16 Mar 2023 18:52:00 162 0

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı etiraz bəyanatı yaydı

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin Aİ-Azərbaycan əlaqələrinə dair 15 mart 2023-cü ildə qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur. Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməmiş, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilmişdir. Bu isə dərin məyusluq və hiddət doğurur.

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir. Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz göstəricisidir.

Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir. Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və qərəzli olduğunu göstərir.

Bununla belə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı cənab Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı Komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilmişdir. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır.

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi like
  • 16 Mar 18:50  
Digərləri “Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öl

arrow Ətraflı
İlham Əliyev Ankarada birgə naharda iştirak edib like
  • 16 Mar 18:49  
Siyasət İlham Əliyev Ankarada birgə naharda iştirak edib

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılar

arrow Ətraflı
Ramil Orucov vəzifəsindən azad edildi like
  • 16 Mar 18:47  
Digərləri Ramil Orucov vəzifəsindən azad edildi

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri R

arrow Ətraflı
Tünzalənin qızı ilk tamaşasında rol aldı  VİDEO like
  • 16 Mar 18:40  
Şou-biznes Tünzalənin qızı ilk tamaşasında rol aldı VİDEO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk tamaşasında

arrow Ətraflı
Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub like
  • 16 Mar 18:25  
Siyasət Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ma

arrow Ətraflı
“Artıq bəsdir, deyərək qışqırmaq istəyirəm”  FOTO like
  • 16 Mar 18:18  
Şou-biznes “Artıq bəsdir, deyərək qışqırmaq istəyirəm” FOTO

Türkiyənin pop ulduzu Hadisə Şanlıurfa və Adıyamanda baş verən sellə b

arrow Ətraflı
"BMT bu məsələdə Azərbaycanı dəstəkləməyə davam edəcək" like
  • 16 Mar 18:16  
Digərləri "BMT bu məsələdə Azərbaycanı dəstəkləməyə davam edəcək"

BMT erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizl�

arrow Ətraflı
İslamofobiya mövzusunda keçirilən konfransın iştirakçıları birgə kommünike dərc ediblər like
  • 16 Mar 18:15  
Digərləri İslamofobiya mövzusunda keçirilən konfransın iştirakçıları birgə kommünike dərc ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər

arrow Ətraflı
Sakit okeanda sunami təhlükəsi var like
  • 16 Mar 18:07  
Dünya Sakit okeanda sunami təhlükəsi var

Sakit okeanın cənubunda yerləşən Tonqada yeddi bal gücündə zəlzələ qe

arrow Ətraflı
Ağalı kəndində fermerlər üçün yeni layihənin icrasına başlanılır like
  • 16 Mar 18:06  
Digərləri Ağalı kəndində fermerlər üçün yeni layihənin icrasına başlanılır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun

arrow Ətraflı
Dolları bahalaşdıra biləcək hadisə: ABŞdə iki böyük bank niyə bağlandı? like
  • 16 Mar 17:56  
Digərləri Dolları bahalaşdıra biləcək hadisə: ABŞdə iki böyük bank niyə bağlandı?

Dünyada iqtisadi güc deyəndə ağla gələn ən qabaqcıl ölkələrdən biri

arrow Ətraflı
Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib like
  • 16 Mar 17:55  
Siyasət Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri T�

arrow Ətraflı
Ermənistan SQnin keçmiş korpus komandiri həbs olunacaq like
  • 16 Mar 17:34  
Digərləri Ermənistan SQnin keçmiş korpus komandiri həbs olunacaq

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandi

arrow Ətraflı