"BMT bu məsələdə Azərbaycanı dəstəkləməyə davam edəcək"
Digərləri 16 Mar 2023 18:16:00 303 0
BMT erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesini dəstəkləməyə davam edəcək.
Bu xəbəri də oxu: Hökumə Əliyevanın həyatı film olur
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ağacəkmə aksiyasında deyib.
Onun sözlərinə görə, minatəmizləmə prosesi BMT-Azərbaycan tərəfdaşlığının prioritet istiqamətlərindən birini təşkil edir.
"Biz minatəmizləmə prosesinə yönəlmiş ikinci konfransa hazırlaşırıq. Konfrans 2023-cü ilin may ayında Ağdamda keçiriləcək. Konfransın əsas məqsədi Azərbaycanın digər təcrübədən nəticələr çıxarmasına kömək etmək, həmçinin, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə prosesində ANAMA-nın uğurlarını nümayiş etdirməkdən ibarətdir", - Andreyeva əlavə edib.
Qeyd edək ki, 16 mart 2023-cü il tarixində Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.
Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər
Sakit okeanın cənubunda yerləşən Tonqada yeddi bal gücündə zəlzələ qe
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun
Dünyada iqtisadi güc deyəndə ağla gələn ən qabaqcıl ölkələrdən biri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri T�
Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandi
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə k
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təl
Bakı KOB Evində 13 Mart 2023-cü ildə BP şirkəti və tərəfdaşlarının m
KOB-ların onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibk
"İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əmə
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tr