Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür edib
Siyasət 16 Mar 2023 17:55:00 303 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilməsi təklifinə görə ayrıca minnətdarlığımı bildirirəm.
Bu xəbəri də oxu: USAIDə yeni direktor təyin olundu
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən sammitdəki çıxışında deyib.
"Bugünkü görüşümüz dostluğumuzun və birliyimizin, ən çətin zamanlarda bir-birimiz üçün möhkəm dayaq olduğumuzun əyani və praktik sübutudur", - o deyib.
Qeyd edək ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
"Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkib, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Bundan sonra ölkə ərazisində daha bir neçə zəlzələ baş verib.
Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandi
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
Bu gün 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə k
Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təl
Bakı KOB Evində 13 Mart 2023-cü ildə BP şirkəti və tərəfdaşlarının m
KOB-ların onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibk
"İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əmə
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tr
İslamofobiyanı az qala dövlət siyasətinə çevirən rəsmi Paris hədəfə
Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən 15-16 fevra
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğ
Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Bayram Cabbarov və İsa
ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda i