Paris İslamı hədəf seçərək özünü vurur


Siyasət 16 Mar 2023 16:33:00 153 0

Paris İslamı hədəf seçərək özünü vurur

İslamofobiyanı az qala dövlət siyasətinə çevirən rəsmi Paris hədəfə çatacağını düşünsə də, özü əməllərinin bundan sonrakı fəsadlarının hədəfi olacaq.

..."Place de la Nation", Parisin ən məşhur yolayrıclarından və meydanlarından biri. Burada tez-tez islamofobiyaya və müsəlmanlara irqçi münasibətə qarşı mitinqlər keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, son mitinqdəki şüarlar fərqli idi, çünki Fransda islamofobiya, antisemitizm və irqçilik kimi ictimai bəlalara yenisi, "İslamofaşizm" əlavə olunub.

Təəccüblü heç nə yoxdur: belə də olmalı idi.

Hələ iki il əvvəl "Fransada islamofobiyaya qarşı kollektiv" ("Collectif contre l'islamophobie en France") hərəkatının yasaqlandığı Parisdə islamofobiya, müsəlmanların hüquqlarının pozulması adi hala çevrilib.

Müsəlmanlara qarşı faşist mövqedən çıxış edənlərin bəyanatlarında əcaib diskurs müşahidə olunur: Fransada ifrat sağçılardan, radikal mühafizəkarlardan tutmuş, aşkar neonasistlərə və zooloji millətçilərə qədər geniş müstəvidə olan qüvvələrin fikrincə, neomüstəmləkəçiliyə, irqçiliyə və qadınların istismarına qarşı çıxanların istisnasız olaraq hamısı ifrat solçularla müsəlmanların "sintezi olan yeni cərəyan"dır.

Fransadakı müsəlmanların səbr kasası daşmaq üzrədir. Səbəb ölkədə islamofobiyanı dözülməz, pik həddə çatmasıdır.

"Demokratik dəyərlərə sayğının möhkəmləndirilməsi prinsipləri" qanunun qəbulundan sonra isə Fransada islamofobiya faktiki olaraq qanuniləşdirilib.

Dövlət səviyyəsində müşahidə edilən sistematik irqçilik və islamofobiyanın belə "legitimləşdirilmə"sinin səbəbi rəsmi Parisin ölkədəki müsəlman vətəndaşlardan çəkinməsi və onları qorxutmağa çalışmasıdır.

Müsəlmanların hüquqlarını pozaraq onları rəsmi səviyyədə alçaldan qanun müsəlmanların dini, sosial və mədəni fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, onları "ikinci növ vətəndaşlar" sayır.

Eyni zamanda, sözügedən qanun ölkədəki istənilən müsəlmanın yaşamının və fəaliyyətinin dövlət strukturları tərəfindən izlənməsinə şərait yaradır. Birbaşa və yalnız müsəlmanlara qarşı yönəlmiş sənəd Fransa vətəndaşlarını iki yerə ayırır: Konstitusiyanın müəyyənləşdirdiyi bütün hüquqlardan və azadlıqlardan istifadə edənlərlə belə hüquqları olmayanlar.

Məhz bu səbəbdən Avropa İttifaqının bir sıra ölkələrində olduğu kimi, Fransada da islamofobiya, irqçilik və ksenofobiya artıq ölkədəki bütün dini icmaların problemlərinə çevrilib.

Vəziyyət çox ciddidir: beynəlxalq təşkilatların son hesabatlarına görə, əgər Avropa İttifaqı ölkələrində dini və irqi zəmində ayrı-seçkilik həddi 47 faizə çatıbsa, Fransada bu rəqəm 54,2 faizə bərabərdir.

Fransada media və sosial şəbəkələr müsəlmanlara qarşı nifrət açıqlamaları ilə doludur.

Baş verənlərin səbəblərini araşdırsaq, dörd əsas məqam ortaya çıxır:

1. Fransada aparıcı siyasi qüvvələrin, medianın və hakimiyyət strukturlarının dünyəvilik, tolerantlıq, demokratik cəmiyyət və insan haqları ilə bağlı təsəvvürləri. Fransada inqilabların əsas məqsədlərindən biri cəmiyyətlə dövlətin kilsə təzyiqindən və kontrolundan azad edilməsi idi. Kilsənin avtokratiya sayılması ilə bağlı mövqelər indi İslamın totalitar ideologiyanın daşıyıcısı olması kimi absurd yanaşma tərzinə təkan verib.

2. Fransa hakimiyyətinin dünyəvilik və sekulyarlıq anlayışı. Rəsmi Paris əmindir ki, müsəlman vətəndaşlar üzərində total nəzarət əldə edilərsə, dünyəviliyin üzləşə biləcəyi çağırışlar aradan qalxacaq. Məhz bu səbəbdən Qərb ölkələrinin hamısından fərqli olaraq, Fransada dindar şəxsin dövlət ierarxiyasında yüksək post tutması mümkün deyil. Başı hicablı və ya əmmaməli şəxs isə Britaniya, Kanada, ABŞ, Almaniya və ya Belçikadan fərqli olaraq, ümumiyyətlə, belə vəzifəyə ümid etməməlidir.

3. Fransanın müstəmləkə keçmişi və neomüstəmlkə indisi. Əsrlər boyu istilada saxladığı ölkələri metropoliya qismində istismar edən, müstəmləkəçilik siyasəti yürüdən Paris indi neokolonializm strategiyasını reallaşdırır. Tarix boyu müsəlmanlara divan tutmuş Paris indi ölkə əhalisinin 10 faizinin müsəlman olması ilə barışmır və barışmaq da istəmir. Halbuki, ilk müsəlman mühacirlərdən fərqli olaraq, onların törəmələri fransız dilini əla bilir və özlərini tamhüquqlu ölkə vətəndaşları kimi görmək istəyirlər. Onlar qeyri-müsəlmanlarla bərabər hüquqlar tələb etsələr də, gördükləri münasibət ayrı-seçkilik, təqiblər, seqreqasiyadır.

4. Müsəlmanların "əlverişli" və "əlverişsiz" kimi iki yerə bölünməsi. Fransanın dövlət siyasəti və rəsmi qurumlarının taktikasında belə bölgü mövcuddur. Hərgah, əvvəllər rəsmi Paris ölkədə radikal islamçılıq kimi dəyərləndirilə biləcək istənilən çağırışı və ya əməli dərhal kriminallaşdırdısa, indi artıq müsəlmanların əməlləri bir yana - fikirləri belə cinayət sayıla bilər.

...Sadalananlar siyasi İslamla mübarizəni "leqallaşdıran" olduqca təhlükəli məqamlardır. Rəsmi təbliğatın, kütləvi informasiya vasitələrindəki propaqandanın məqsədi müsəlman olmayan fransalılarda "müsəlmanlar demokratiya, dünyəvi dövlət, Respublika ideyaları üçün real və potensial təhlükədir" fikrinin yaradılmasıdır.

Nəticə faciəlidir: Fransada yaşayan müsəlmanların tam əksəriyyəti ölkə vətəndaşları olsalar da, özlərini yad, bir çox hallarda isə ikinci dərəcəli insanlar hiss edirlər.

İslama qarşı paranoyanın dövlət siyasətinə çevrilməkdə olduğu Fransada dövlət başçısı Emmanuel Makronun tolerantlıq və multikulturalizmdən çox danışmasına rəğmən, müsəlmanları təqib edən, təhqirlərə məruz qoyan, hədələyən və hücumlar edənlərdən kimsə adekvat məsuliyyətə cəlb edilməyib.

Tam əksinə, Fransada terrorizm artıq az qala İslamla eyniləşdirilir, halbuki, terrorçunun dini olmur.

Fransada bir zamanlar bəyan edilən və sonra dövlətin devizinə dönən "Azadlıq, Bərabərlik, Qardaşlıq!" ("Liberte, Egalite, Fraternite!") şüarını Makron hakimiyyəti arxaizmə döndərərək gərəksiz söz yığınına çevirib.

Müsəlmanlar Fransada az qala hər əməldə - hətta qeyri-heteronormativ və multikultural olmaqda - suçlanırlar. Halbuki, din nə irq, nə etnos, nə də milli mənsubluq deyil.

Üstəlik, Fransada dövlətin təbliğ etdiyi sekulyarizm (dünyəvilik) prinsipləri anormal olaraq müsəlmanlara qarşı düşmənçilik elementləri ilə zəngindir.

"Laïcité", yəni dünyəvilik, sadəcə, inanc və din azadlığı yox, həm də insanın dinə münasibəti və baxışlarıdır. Fransada bir zamanlar bu mövqe katolik kilsəsinə qarşı hazırlansa da, dinə, xüsusilə də İslama antipatiya dövlət siyasətində adi haldır.

Fransa Müsəlmanlarının İnancı Şurası (Conseil Français du Culte Musulman, CFCM) son iki ildə ölkədə 92 məscidin qapandığını bəyan edib.

...Orta əsrlərdə Fransada katolik kilsəsi müsəlmanlarla yəhudiləri "ikinci dərəcəli insanlar" elan edərək baş örtüklərinə və minarələrə qarşı mübarizə aparırdı. İndisə "fransız mədəniyyəti və dəyərlərinin İslamla uyğunlaşmadığı" barədə danışılır.

Yazıçı Toni Morrison demişkən, "məqsəd irqçilik və dözülməzlikdirsə, səbəb mütləq tapılacaq".

"Place de la Nation"da isə müsəlmanların mitinqləri davam edir...

Eyyub Yaqubovun konsertinə əvvəllər alınmış bütün biletlər etibarlıdır  təşkilatçılar like
  • 16 Mar 16:32  
Kriminal Eyyub Yaqubovun konsertinə əvvəllər alınmış bütün biletlər etibarlıdır təşkilatçılar

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən 15-16 fevra

arrow Ətraflı
Sərhədçilərlə görüşlər keçirildi  FOTO like
  • 16 Mar 16:31  
Digərləri Sərhədçilərlə görüşlər keçirildi FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğ

arrow Ətraflı
Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı  VİDEO like
  • 16 Mar 16:19  
Digərləri Köhnə qaz sayğacları dəyişdirildi, amma cərimə yazıldı VİDEO

Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Bayram  Cabbarov və  İsa

arrow Ətraflı
ABB Sumqayıtda daha bir filial açdı! like
  • 16 Mar 16:16  
Digərləri ABB Sumqayıtda daha bir filial açdı!

ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda i

arrow Ətraflı
İlham Əliyev: Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb like
  • 16 Mar 16:11  
Siyasət İlham Əliyev: Ermənistan Qərbi Azərbaycanda mədəni irsimizi dağıdıb

Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet

arrow Ətraflı
Naxçıvanda zəlzələ olub like
  • 16 Mar 16:10  
Digərləri Naxçıvanda zəlzələ olub

Naxçıvan Muxtar Respublikasında (MR) zəlzələ olub.

arrow Ətraflı
Bakının əsəs prospektlərində sürət həddi ilə bağlı vacib qərar  FOTO like
  • 16 Mar 16:06  
Digərləri Bakının əsəs prospektlərində sürət həddi ilə bağlı vacib qərar FOTO

Bakının əsəs prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləc�

arrow Ətraflı
Hadruta köçün vaxtı açıqlandı like
  • 16 Mar 15:58  
Digərləri Hadruta köçün vaxtı açıqlandı

Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni zamanda,

arrow Ətraflı
Türkan doğum günü partisində like
  • 16 Mar 15:57  
Şou-biznes Türkan doğum günü partisində

Ötən gün Türkan Vəlizadə məkanlardan birində dostları və sənət yolda

arrow Ətraflı
Qarabağda MİNA TERRORU səngimir  Rusiyanın "erməni bombası" like
  • 16 Mar 15:47  
Siyasət Qarabağda MİNA TERRORU səngimir Rusiyanın "erməni bombası"

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bununla bağlı Bak

arrow Ətraflı
"Qadına “samovar” deyən adamı necə müdafiə edim?" like
  • 16 Mar 15:45  
Digərləri "Qadına “samovar” deyən adamı necə müdafiə edim?"

"Müxalifət cəbhəsinin niyə bu səviyyəyə enməsi barədə bir söz d

arrow Ətraflı
"Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur" like
  • 16 Mar 15:35  
Digərləri "Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur"

Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur.

arrow Ətraflı
Növbəti mərhələdə Talış kəndinə 158 ailə köçürüləcək like
  • 16 Mar 15:34  
Digərləri Növbəti mərhələdə Talış kəndinə 158 ailə köçürüləcək

Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Çox yüksək əhval ruhiyyə

arrow Ətraflı