Qarabağda MİNA TERRORU səngimir Rusiyanın "erməni bombası"


Siyasət 16 Mar 2023 15:47:00 151 0

Qarabağda MİNA TERRORU səngimir  Rusiyanın "erməni bombası"

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bununla bağlı Bakı dəfələrlə beynəlxalq qurumlara müraciətlər ünvanlasa da Ermənistana gözün üstə qaşın var deyən yoxdur. Belə görünür ki, rəsmi İrəvan yenidən 30 il işğal dövründə olduğu kimi cəzasızlıq sindromuna düşüb.  

10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarılmaması azmış kimi Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirmələri eskalasiya riskinin dayanmadan artdığının carçısıdır. Görünür Ermənistana verilən vədlər 3 il öncəkindən daha böyük, daha cəlbedicidir. 

Belə olmasaydı bu gün İrəvan destruktivlikdən əl çəkib Azərbaycanın diplomatik təzyiqləri qarşısında əllərini havaya qaldırardı. Amma biz görürük ki, Ermənistan hakimiyyəti hər gün daha çox yeni işğalçılıq barədə düşünür. Bunu istər Nikol Paşinyanın son bəyanatlarından, istər Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yeni qazılan səngərlər, qurulan istehkam sədləri, istərsə də Laçın yoluna alternativ olan Xankəndi-Xəlfəli-Turşsu maşurutu ilə Rusiyanın müşaiyəti ilə mina, silah-sursat daşıması faktları deməyə əsas verir. 

Hələ bunlar azmış kimi Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə bugün ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub. Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın. Paşinyan bununla nəyə nail olmaq istəyir? Sülh danışıqlarının effekt verəcəyi iə bağlı ümidlərin arttıdığı bir məqamda erməni baş nazir bu addımlarla danışlara əngəl olmaq, onu deaktivləşdirmək barədə düşünür. 

Bugün isə Ağdamda iki Azərbaycan vətəndaşının heyvan otararkən minaya düşüb həlak olması xəbəri ermənilərin keçmiş ritorikalarından belə asanlıqla əl çəkəcək kimi görünmədiyinə bir işarədir. Çünki bundan əvvəlki anoloji hadisələrə, ümumi statistikaya nəzər saldıqda aydən görünür ki, Azərbaycan ərazilərində son dövrlər Ermənistan istehsalı olan minalardan istifadə halları artır.

Buna görə ən böyük məsuliyyətlərdən birini və bəlkə də birincisini Rusiya daşıyır. Çünki Rusiya imza atdığı bəyanatın müddəalarına sadiqlik nümayiş etdirsəydi, icrası prosesinə ciddi yanaşsaydı və götürdüyü öhdəliyi yerinə yetirməyə çalışsaydı bugün ərazilərimizdə yeni mina tələləri də olmazdı. Amma biz nəyi gördük?

Bunun əvəzində Rusiya sülhməramlılarına verdiyi tapşırıq əsasında kontingent himayədarlıq etdiyi Qarabağdakı erməni separatçılarına qeyri-qanuni yollarla Ermənistandan Azərbaycan ərazilərinə mina və digər silah tədarükünü sürətli şəkildə aparmaq üçün əlindən gələn bütün köməkliyi edir. Bununla bağlı Bakının əlində olan xeyli sayda materiallar deyilənlərin əyani sübutudur. 

Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Rusiyanın da dəstəyi ilə minalar yerləşdirməyi davam etdirməklə, bütün minalanmış sahələr barədə dəqiq və ətraflı məlumat verməkdən imtina etməklə bilərəkdən insanların həyatını təhlükə altına qoyur. İrəvan bununla da münaqişədən sonrakı dövrdə reabilitasiyaya, yenidənqurma işlərinə və humanitar səylərə, habelə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəraitdə qayıtmalarına əngəl törətməyə çalışır. Bu siyasət nəticəsində 44 günlük müharibədən sonrakı 3 ilə yaxın müddət ərzində Azərbaycanın 300-dən çox dinc sakini və hərbi qulluqçusu minaya düşərək həlak olub və ya yaralanıb.

İnsanların həyatını xilas etmək, regionda sülhü və inkişafı təmin etmək üçün Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə səylərin daha da fəallaşdırılması məqsədilə beynəlxalq dəstəyin də artırılması prinsipial əhəmiyyət kəsb etsə də biz bugün beynəlxalq aləmdən Ermənistanın "Laçın yolu bağlanıb, Qarabağ erməniləri blokadaya alınıb" kimi heç bir əsası olmayan yalanlarına, dezinformasiyalarına verdikləri reaksiyanın eynisini İkinci Qarabağ müharibəsi bitdiyi gündən bu yana ermənilərin mina terroruna görə həyatını itirən yüzlərlə azərbaycanlının faciəvi şəkildə ölümü üçün vermədiyini görürük.

Mina terroru nəticəsində yüzlərlə insanımızın həyatını və bir o qədər də şəxsin sağlamlığını itirməsinə baxmayaraq bu qədər cinayət, terror əməli fonunda Ermənistanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Qərbdə hansısa bir güc mərkəzinin, Beynəlxalq təşkilatın İrəvana təzyiqini görmək mümkün deyil. Avropa İttifaqı tərəfindən təyin edilmiş yerüstü minalar üzrə ekspertin Ermənistan tərəfindən yerüstü minalar barədə məlumatın açıqlanmasına yönəlmiş səylərinin heç bir ciddi nəticə verməməsi bu deyilənləri özündə ehtiva edir.

Bəli, təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə minaların yerləşdirilməsinin davam etməsi İrəvanın Bakıya qarşı nifrət siyasətinin belə asanlıqla səngiməyəcəyini göstərir. Məqsəd isə gün kimi aydındır. Erməni hərbçilər tərəfindən yerləşdirilmiş mina-tələlərlə bağlı 2022-ci ilin avqust ayında Laçın rayonunun yaşayış massivlərində baş vermiş yeni hadisələr əsla şübhə yeri qoymur ki, ermənilərin məqsədi azərbaycanlı dinc əhali arasında mümkün qədər çox insan tələfatına səbəb olmaqdır.

Ermənistanın havadarlarının da istəyinə uyğun olaraq bu cür hərəkətləri regional təhlükəsizliyə çox böyük zərbədir. Belə bir şəraitdə isə nə sülh sazişi barədə geniş müzakirə ediləcək mövzu qalır, nə də İrəvanın ipı-sapa yatacağını gözləməyə səbr. 

Təhməz Əsədov Son.az

"Qadına “samovar” deyən adamı necə müdafiə edim?" like
  • 16 Mar 15:45  
Digərləri "Qadına “samovar” deyən adamı necə müdafiə edim?"

"Müxalifət cəbhəsinin niyə bu səviyyəyə enməsi barədə bir söz d

arrow Ətraflı
"Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur" like
  • 16 Mar 15:35  
Digərləri "Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur"

Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur.

arrow Ətraflı
Növbəti mərhələdə Talış kəndinə 158 ailə köçürüləcək like
  • 16 Mar 15:34  
Digərləri Növbəti mərhələdə Talış kəndinə 158 ailə köçürüləcək

Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Çox yüksək əhval ruhiyyə

arrow Ətraflı
Tıxacdan danışan Cavanşirin efirdə səsi kəsildi  VİDEO like
  • 16 Mar 15:24  
Şou-biznes Tıxacdan danışan Cavanşirin efirdə səsi kəsildi VİDEO

Əməkdar artist Cavanşir Məmmədov Bakıda yaranan tıxaclardna narahatdır.�

arrow Ətraflı
Prezident: Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir like
  • 16 Mar 15:17  
Siyasət Prezident: Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir

Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi il�

arrow Ətraflı
Ərdoğan: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik like
  • 16 Mar 15:16  
Siyasət Ərdoğan: Türk dünyasının tək ürək olduğunu bir daha göstərəcəyik

Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə

arrow Ətraflı
İlham Əliyev: Ermənistan hələ də qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb like
  • 16 Mar 15:13  
Siyasət İlham Əliyev: Ermənistan hələ də qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb

2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyü

arrow Ətraflı
Məktəbli idman dərsində qaçmaqdan öldü like
  • 16 Mar 15:12  
Digərləri Məktəbli idman dərsində qaçmaqdan öldü

Rusiyada, Sankt-Peterburq şəhərinin Vıborq rayonunda məktəbli qız bədən

arrow Ətraflı
Prezident: Azərbaycan və Türkiyə bundan sonra da birbirinin yanında olacaq like
  • 16 Mar 15:11  
Siyasət Prezident: Azərbaycan və Türkiyə bundan sonra da birbirinin yanında olacaq

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir

arrow Ətraflı
Nikola cavab: Bakı da imtina edəcək like
  • 16 Mar 15:00  
Digərləri Nikola cavab: Bakı da imtina edəcək

Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadı

arrow Ətraflı
Özəlləşdirmə çekləri dövriyyəyə qayıdır? like
  • 16 Mar 14:51  
Digərləri Özəlləşdirmə çekləri dövriyyəyə qayıdır?

Son vaxtlar sosial şəbəkələrdə özəlləşdirmə çeklərinin yenidən dö

arrow Ətraflı