"Qadına “samovar” deyən adamı necə müdafiə edim?"
Digərləri 16 Mar 2023 15:45:00 290 0
"Müxalifət cəbhəsinin niyə bu səviyyəyə enməsi barədə bir söz deyə bilmərəm. Amma bilirsiniz ki, həmişə siyasi motivlə həbs edilənlərin hamısını müdafiə etmişik. Əvvəl də bunu demişəm - mən Bəxtiyar Hacıyevi o vaxta qədər müdafiə edə bilərdim ki, onun mesajları ortaya çıxmazdı. Bundan qabaq deyirdim ki, Bəxtiyarı azadlığa buraxmaq lazımdır. İndi də deyirəm. Düzdür, məni müxalifət söyür, lakin Bəxtiyara həmin qadınlarla bağlı işlətdiyi ifadələrə görə ayrıca cəza verilməlidir. Həmişə müxalifət deyirdi ki, hökumət şəxsi görüntüləri çəkir və sair. İndi isə hökumət etməyib, özü hüquq müdafiəçisi olan şəxs bunu edib. Qadınların videosunu, şəklini Bəxtiyar özü çəkib. Qadına "samovar" deyən adamı mən necə müdafiə edim? Mən Qadın Hüquqları Müdafiə Cəmiyyətiyəm, arxamca yüz söz deyilir. Biz nə qədər qadını müdafiə etmişik, xeyli sayda ərizələr var. Bu gün barəmdə təhqirlər yazmaqlarına baxmayaraq, Bəxtiyarı müdafiə etməyəcəyəm. Qadınlar haqqında nalayiq sözlər deyən, onların şəkillərini özündə saxlayan adama qətiyyən bəraət qazandırmıram, onu ayrıca maddə ilə cəzalandırmaq lazımdır".
Bu xəbəri də oxu: Tanınmış həkim faciəvi şəkildə vəfat etdi
Bu sözləri pravda.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu Prezident İlham Əliyev barəsində müsbət fikirlər səsləndirdiyi üçün onu tənqid edən müxalifət üzvlərinə isə belə cavab verib: "Dünən İlham Əliyevin Almaniyada Azərbaycan dilində danışmasına "bayılmışam". Mənim Prezidentimdir. Həmişə ingilis dilində danışırdılar. Dilimizi orda səsləndirdi ki, "mən Azərbaycanın Prezidentiyəm". Bu, pisdir? Sevinmirsiniz? Mən bunu niyə tərifləməyim? Elə yaşdayam ki, bu saat heç kimin sözünə baxmıram, öz ağlımla iş görürəm. Mən keçən yolu qoy bu müxalifətin hamısı keçsin... Neçə illərdir, müxalifətdəyəm, hamısının arxasında durmuşam, müdafiə etmişəm. Həbsxanalardan tutmuş, bütün məsələlərdə. Bir balaca nəsə olanda mənim üstümə qaçırlar. Ayrı adamın üstünə qaçmırlar ki... Prezident xoşuma gəlir, indi məni bunlar öldürəcəklər? Tənqid də edirəm. Məmurlar özbaşınalıq edirlər, korrupsiya da var. Bunların hamısını deyirəm də. Amma Prezidentin xarici siyasəti, Azərbaycanı dünyaya tanıtması çox gözəldir, xoşuma gəlir, vəssalam. Bu, mənim fikrimdir. Nə istəyirlər, desinlər, heç vecimə də deyil".
Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur.
Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Çox yüksək əhval ruhiyyə
Əməkdar artist Cavanşir Məmmədov Bakıda yaranan tıxaclardna narahatdır.�
Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi il�
Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün &quo
2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından aza
2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyü
Rusiyada, Sankt-Peterburq şəhərinin Vıborq rayonunda məktəbli qız bədən
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyə
Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadı
Son vaxtlar sosial şəbəkələrdə özəlləşdirmə çeklərinin yenidən dö
Bir müddət əvvəl aktyor və "stand-up"çı Fərda Aminin "İn
Rusiya Prezidenti Vladirmir Putin və Ukrayna Prezidenti Zelenski ilə sistemli