"Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur"
Digərləri 16 Mar 2023 15:35:00 313 0
Ölkəmizdə dinlərarası mədəniyyətin nadir nümunəsi mövcuddur.
Bu xəbəri də oxu: Xorultu nədən yaranır?
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropada müsəlman miqrantlara qarşı irqçilik nümayiş etdirilir.
"Fransa islamofobiyanın tüğyan etdiyi ölkə kimi seçilir. Şarli Ebdo jurnalının xəstə təfəkkürlü şüarları Fransan gerçəkliyidir. Erməni terror şəbəkəsinin təməli də məhz Fransada qoyulub", - deyə A.Paşazadə əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Bu gün 20 ailə Talış kəndinə köçürüldü. Çox yüksək əhval ruhiyyə
Əməkdar artist Cavanşir Məmmədov Bakıda yaranan tıxaclardna narahatdır.�
Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi il�
Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün &quo
2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından aza
2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyü
Rusiyada, Sankt-Peterburq şəhərinin Vıborq rayonunda məktəbli qız bədən
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyə
Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər demaqogiyadı
Son vaxtlar sosial şəbəkələrdə özəlləşdirmə çeklərinin yenidən dö
Bir müddət əvvəl aktyor və "stand-up"çı Fərda Aminin "İn
Rusiya Prezidenti Vladirmir Putin və Ukrayna Prezidenti Zelenski ilə sistemli
Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolu