"Nine Senses" incəsənət mərkəzi fəaliyyətə başladı


Kriminal 15 Mar 2023 15:30:00 195 0

"Nine Senses" incəsənət mərkəzi fəaliyyətə başladı

Hər birimizin daxilində əsasən ușaqlıq yașlarımızda, inkișaf dövrümüzdə özünü göstərməyə bașlayan yaradıcılıq qığılcımı, kreativ potensial yașayır.

Amma yașa dolduqca da ilham alaraq yaratmağa, incəsənətə və özünüifadəyə yer ayırmağa dəyər və artıq Bakıda bunun üçün xüsusi məkan var.

"Nine Senses" yaradıcılıq və özünüinkișaf üçün nəzərdə tutulmuș yeni sənət mərkəzidir. Sənət mərkəzinin məqsədi müxtəlif yașlarda və fərqli peșələrə sahib incəsənət həvəskarları üçün rahat və harmoniya ilə iç-içə olan məkanın yaradılmasıdır. "İçindəki sənətkarı oyat" sloqanı əslində sənət mərkəzinin ab-havasının əks etdirir, çünki burada öz hisslərini üzə çıxara, daxilindəki ușağa sərbəstlik verə, özünü ifadə edə bilərsən.

Sənət mərkəzinin proqramına müxtəlif tədris kursları, əyləncəli tədbirlər, özünüifadə və özünüinkișaf fəaliyyətləri daxildir: təsviri incəsənət, meditasiya, neyroqrafika, animasiya, vokal və natiqlik sənəti, kino və musiqi. Sənət mərkəzinin fəaliyyəti çərçivəsində müntəzəm sərgilər və teatr proqramları, yerli və əcnəbi rəssamlar ilə art rezidensiyalar, ușaqlar üçün yay yaradıcılıq düșərgəsinin təșkili nəzərdə tutulub.

Burada sizi ən yaxșı müəllim, rəssam, mütəxəssis və mənəvi mentorlar ibarət heyət gözləyir. Onların arasında bəstəkar Azad Vəliyev, rəssam Ramina Səadətxan, heykəltaraș Rəșad Ələkbərov, multimedia rəssamı Leyla Qabulova, teatr və kino rejissoru Emin Mirabdullayev, pantomima aktyoru və rejissoru Elman Rəfiyev, arxitektor Elçin Əliyev, ölkəmizin ilk 3D cizgi filminin hazırlanmasının iștirakçısı olan Rəșad Əfəndiyev, səs terapiyası və vokal yoqa mütəxəssisi İlhamə Babayeva, "DanceAbility Azərbaycan" İnklüziv Performans Șirkətinin təsisçisi Nigar Sultanova da var.

Sənət mərkəzinin yerləșdiyi binanın görkəmi də xüsusi maraq cəlb edən məqamlardandır. Binanın layihəsi spiral formada hazırlanıb, bu isə hamarlıq və açıqlığa bir ișarədir. Məkanın mərkəzində davamlı olaraq günəș ișığını qəbul edən atrium yerləșir, binanın daxilində isə düzbucağa rast gəlinmir.

"Nine Senses" paytaxt mərkəzindən 30 dəqiqəlik məsafədə, Xəzər dənizinin sahilində, "Sea Breeze" ərazisində yerləșən "LANDAU School" korpusunun yaxınlığında yerləșir. Məkan rahat sinif otaqları, ekspozisiya sahələri, nümayiș və çıxıș meydançaları ilə təchiz edilmișdir. "Vida" vegetarian restoranında isə görüșlər təyin edə, dəniz mənzərəsinin müșayiəti ilə nahar edə, məșğələlərə fasilə edib qəlyanaltı edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Nardaran qəsəbəsi, dalan 31, Sea Breeze kompleksi, "LANDAU School"un yaxınlığı.

Telefon: (055) 255 54 12

Roza Zərgərliyə vəzifə verildi like
  • 15 Mar 14:52  
Şou-biznes Roza Zərgərliyə vəzifə verildi

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib

arrow Ətraflı
“Whatsapp Plus” işlədənlərin hesabları silinir like
  • 15 Mar 14:51  
Digərləri “Whatsapp Plus” işlədənlərin hesabları silinir

"WhatsApp plus" işlədənlərin hesabları bloklanır. Hazırda whats

arrow Ətraflı
Emin Musəvidən qızıyla bağlı paylaşım like
  • 15 Mar 14:40  
Şou-biznes Emin Musəvidən qızıyla bağlı paylaşım

Əməkdar jurnalist, "ASAN Radio"nun direktoru Emin Musəvi qızıy

arrow Ətraflı
“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib like
  • 15 Mar 14:29  
Kriminal “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına

arrow Ətraflı
Avtomobil sığortası ilə bağlı komissiya haqqı ləğv edilib? like
  • 15 Mar 13:56  
Digərləri Avtomobil sığortası ilə bağlı komissiya haqqı ləğv edilib?

Bəzi sığorta şirkətləri avtonəqliyyat vasitələrinin icbari sığortası

arrow Ətraflı
Xameneinin Bakıdakı “aşiqinin” səs yazısı yayıldı like
  • 15 Mar 13:45  
Digərləri Xameneinin Bakıdakı “aşiqinin” səs yazısı yayıldı

Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil etdiyi üçün 2 min manat c

arrow Ətraflı
Paşinyan müharibə olacağını belə ELAN ETDİ like
  • 15 Mar 13:36  
Siyasət Paşinyan müharibə olacağını belə ELAN ETDİ

Nikol Paşinyanın son addımları və Qarabağ ətrafında baş verənlər, Az�

arrow Ətraflı
Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR? like
  • 15 Mar 13:34  
Şou-biznes Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR?

Son vaxtlar yaşlı qadın və kişilər televiziya vasitəsilə efirə çıxıb

arrow Ətraflı
Süd məhsulları bəzi bölgələrdə ucuzlaşıb, bəzilərində isə bahalaşıb like
  • 15 Mar 13:23  
Digərləri Süd məhsulları bəzi bölgələrdə ucuzlaşıb, bəzilərində isə bahalaşıb

Süd, pendir, xama, qatıq və digər süd məhsulları. Gündəlik qida rasionu

arrow Ətraflı
Ramazan ayının təqvimi açıqlandı like
  • 15 Mar 13:12  
Digərləri Ramazan ayının təqvimi açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb.

arrow Ətraflı
İrandan növbəti təxribat: Şagirdləri sərhədimizə gətirdi like
  • 15 Mar 13:01  
Dünya İrandan növbəti təxribat: Şagirdləri sərhədimizə gətirdi

İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb ş

arrow Ətraflı
İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb like
  • 15 Mar 12:54  
Siyasət İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri �

arrow Ətraflı
"Kişi arvadını dostu ilə tutdu" like
  • 15 Mar 12:50  
Şou-biznes "Kişi arvadını dostu ilə tutdu"

Müğənni Səmra Rəhimli sosial şəbəkədə "Kişi arvadını dostu il�

arrow Ətraflı