Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR?


Şou-biznes 15 Mar 2023 13:34:00 322 0

Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR?

Son vaxtlar yaşlı qadın və kişilər televiziya vasitəsilə efirə çıxıb ailə qurmaq istədiklərini bildirirlər. 70 və ondan yuxarı yaşda olan ahılların efirə sosial problemlərdən dolayı deyil, məhz ailə qurmaq üçün axını ictimaiyyətdə ciddi tənqid hədəfinə çevrilib və Azərbaycan qadını, kişisi adına ləkə kimi dəyərləndirilib.

Xüsusilə televiziya aparıcılarının özünü tamada, kəbin kəsən qazi kimi aparmaları, bayağı söhbətlərlə məsləhət vermələri, bununla izləyicilərin sinir sistemini pozmaları və uşaq kimi həssas, biçarə yaşlıları daha da gülünc vəziyyətə salmaları cəmiyyətdə birmənalı qarşılanmayıb. Efirlərdə yayımlanan biabırçı evlilik verilişlərinə son verilməsi tələb edilib.

Son.az xəbər verir ki, tanınmış psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında ahıl insanların efirdə aşağılanması məsələsinə münasibət bildirib. Psixoloqun sözlərinə görə yaşlı insanların efirdə gülünc vəziyyətə salınmasına ilk olaraq televiziya kanalları şərait yaradır:

"Məni narahat edən məsələ uşaqlarımızın, gənclərimizin, ahıllarımızın, bir sözlə hər yaşda olan insanların sevə-sevə izlədiyi türk seriallarıdır. Vaxt var idi Braziliya seriallarını bəyənmirdik. Türk serialları Braziliya seriallarını artıq kölgədə qoyub.

Evimizin içinə qədər daxil olan serialda mənəviyyatsız yaşantı, ailədaxili dəyərlərin olmaması, ailə institutunun darmadağın olması açıq-aşkar qəhrəmanlıq obrazında nümayiş olunduğu üçün baş verən hər şey evimizdə adi hal alıb. Ailə və insani dəyərlərimizi, mənəviyyatımızı ictimai el və cəmiyyət olaraq qorumasaq, bunu heç kim edə bilməz. Bu gün türk serialları bizim mənəviyyatımızı və ailə institutumuzu darmadağın edir. Gündəm onu göstərir ki, bunu bacarıb. Hələ bunun gələcəyi var.

Bu gün əgər bizə tərbiyə sərgiləyən ata ilə oturub gəlinin qaynı ilə olan özəl münasibətinə rahat baxa biliriksə, bu hal şuurumuza adi hal kimi həkk olmaqda davam edir. Artıq cəmiyyət buna sıradan baxa bilir. Cəmiyyət türk seriallarında baş verən iyrəncliklərə adi baxmasaydı, o zaman serialları qəbul etməzdi və reytinqlər qalxmazdı". 

Psixoloq türk seriallarındakı həmin mənəviyyatsızlıqların indi Azərbaycan efirlərində nümayiş olunduğunu vurğulayıb:

"Təssüf ki, bu mənəviyyatsızlıq öz verilişlərimizdə açıq şəkildə nümayiş olunur. Hər yaşın özünün edə biləcəyi və bağışlanası  səhvləri var. Bu gün isə verilişlərimizdə hər yaşda insanın yeniyetmə kimi səhv etdiklərinin şahidi oluruq.

Cəmiyyət qarşısında tənqid və müzakirə olunsalar da, fakt bu cür olaylara baxılır, veriliş isə bundan reytinq qazanır. Ahıl yaşda olan insanlar isə özlərini efirdən gülünc vəziyyətə qoymaqdan utanmırlar. Bunun müxtəlif səbəbləri ola bilər. Ya övladlarından intiqam almaq istəyirlər, ya da düşüncələri və baxışları belədir. Nə olursa olsun fakt dəyişmir. Artıq bizim cəmiyyət el arasında yayılan ağsaqqal, ağbirçək adını itirməyə başlayır.

Bu ifadələrin dəyəri aşağı düşür. Hansı ki, buna məhz efirlər şərait yaradır. Efir vasitəsilə cəmiyyətə göstərilən hər bir şey nümunə ola bilər. Necə ki, 1 milliqram zəhər bir qram xeyirli dərmandan daha tez bədənə yayılır.

Eləcə də efirə çıxan mənfilər daha tez cəmiyyətə inteqrasiya edə bilir. Bu, çox mənfi haldır və davam etdikcə cəmiyyəti ayaqda saxlayan dəyərlərin itib-batmasına səbəb olacaq".

Süd məhsulları bəzi bölgələrdə ucuzlaşıb, bəzilərində isə bahalaşıb like
  • 15 Mar 13:23  
Digərləri Süd məhsulları bəzi bölgələrdə ucuzlaşıb, bəzilərində isə bahalaşıb

Süd, pendir, xama, qatıq və digər süd məhsulları. Gündəlik qida rasionu

arrow Ətraflı
Ramazan ayının təqvimi açıqlandı like
  • 15 Mar 13:12  
Digərləri Ramazan ayının təqvimi açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb.

arrow Ətraflı
İrandan növbəti təxribat: Şagirdləri sərhədimizə gətirdi like
  • 15 Mar 13:01  
Dünya İrandan növbəti təxribat: Şagirdləri sərhədimizə gətirdi

İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb ş

arrow Ətraflı
İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb like
  • 15 Mar 12:54  
Siyasət İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri �

arrow Ətraflı
"Kişi arvadını dostu ilə tutdu" like
  • 15 Mar 12:50  
Şou-biznes "Kişi arvadını dostu ilə tutdu"

Müğənni Səmra Rəhimli sosial şəbəkədə "Kişi arvadını dostu il�

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb like
  • 15 Mar 12:41  
Kriminal Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələri

arrow Ətraflı
Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR like
  • 15 Mar 12:39  
Digərləri Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR

Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində (NDU) yox

arrow Ətraflı
"Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq" like
  • 15 Mar 12:33  
Siyasət "Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq"

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oyn

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 15 Mar 12:31  
Digərləri HAVA necə olacaq?

Martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Əvəz Zeynallının işi məhkəməyə göndərildi like
  • 15 Mar 12:28  
Digərləri Əvəz Zeynallının işi məhkəməyə göndərildi

Əvəz Zeynalov və Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət i�

arrow Ətraflı
"Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm..." like
  • 15 Mar 12:17  
Şou-biznes "Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm..."

"Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Göz�

arrow Ətraflı
Rəhim Rəhimli o film üçün musiqi bəstələyəcəkdi like
  • 15 Mar 12:15  
Kriminal Rəhim Rəhimli o film üçün musiqi bəstələyəcəkdi

Kinoteatrlarda uğurla nümayiş olunan "Evdə Qalmış" filminin kadr

arrow Ətraflı
"Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir" like
  • 15 Mar 12:09  
Siyasət "Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir"

Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində

arrow Ətraflı