Paşinyan müharibə olacağını belə ELAN ETDİ
Siyasət 15 Mar 2023 13:36:00 274 0
Nikol Paşinyanın son addımları və Qarabağ ətrafında baş verənlər, Azərbaycanla Ermənistan arasındakı son proseslər təcili şəkildə Moskvada müzakirə ediləcək. Rusiyanın Ermənistan XİN başçısı Ararat Mirzoyanı qəfil Moskvaya çağırması belə düşünməyə əsas verir.
Bu xəbəri də oxu: Prezident və Putin təyyarənin qəzaya uğramasında günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər
Paşinyan dünən açıq bildirdi ki, "KTMT Ermənistanı tərk edir". Onun bu mövqeyi təbii ki, Rusiya tərəfindən birmənalı qarşılanmayacaq. Kreml illərdir bəslədiyi, havadarlıq etdiyi, forpostu olan Ermənistanın birdən-birə Rusiyanın Cənubi Qafqazdakı taleyini həll edən "fiqura" çevrilməsini sükutla qarşılayacaq kimi görünmür.
Paşinyan yaxşı başa düşür ki, KTMT Cənubi Qafqazdakı proseslərə ən azından indiki situasiyada müdaxilə etməyəcək. Bu fürsətdən məharətlə istifadə edən Paşinyan oyun oynayaraq Qərbə göstərməyə çalışır ki, "Mən qərbmeyilli hakimiyyətəm, siz məni dəstəkləməlisiniz, Ermənistanın mövqeyini haqlı hesab etməlisiniz. Çünki hazırki iqtidar lazım olanda Rusiyaya qarşı çıxmağı da çox yaxşı bilir". Əslində Qərbdə də Nikol Paşinyanın bu canfəşanlığı qiymətləndirilir.
Açığı ötəngünkü mətbuat konfransı bir daha nümayiş etdirdi ki, Ermənistan baş naziri kloundur. Son Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dövlət Katibi Blinkenin vasitəçiliyi ilə İlham Əliyevlə görüş zamanı Paşinyan məhz hüquq və təhlükəsizlik məsələləri təmin ediləcək formulası və inteqrasiya ilə bağlı razılığa gəlinsə də, şahid olduq ki, erməni lider Bakının separatçılarla müzakirələr aparılmasının vacibliyi mövqeyindən yenə əl çəkir.
Aydın məsələdir ki, bunu Nikol Paşinyan öz iradəsi daxilində etmədi. Amma kimin və yaxud kimlərin təzyiqi ilə Nikol Paşinyan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə, onun təhlüksizliyinə təhdid olacaq bəyanatlar verirsə, istənilən halda buna görə cavab verəcək ən əsas adlardan biridir. Əgər Paşinyan ona edilən başqa xarici qüvvələr tərəfindən şantaj qarşısında əvvəlki fikirlərindən imtina edirsə, bu, danışıqların pozulması deməkdir. Təbii ki, Ermənistan baş naziri də bu sərsəm bəyanatlarla danışıqlar prosesini yenidən sıfırlamaq, bölgədə vəziyyətin gərgin olaraq qalmasında maraqlı olduğunu göstərdi.
Nikol Paşinyanın Qarabağ mövzusu ətrafında manipulyasiya cəhdlərindən barıt qoxusu açıq duyuldu. O, səsləndirdiyi bəyanatlarla dolayısı ilə "sentyabr döyüşlərində nəzarətə götürülən ərazilər qaytarılsın, eləcə də SSRİ dövründə verilən ərazilər Ermənistan sərhədləri daxilində İrəvanın yuridiksiyasında qalsın" fikrini qüvvətləndirməyə çalışdı.
Erməni nazir əslində "Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bunu Praqada da təsdiqlədik" deməklə yeni bir oyunun başlandığına işarə etmiş oldu. Paşinyanın bu ifadəsindən belə aydın olur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Qarabağda "ermənilərin hüquq və təhlükəsizliyinin qorunması" adı ilə "erməni anklavı" yaradılmasına can atır və buna beynəlxalq təminat verilməsi üçün Qərblə sıx təmasdadırlar.
Paşinyanın "Ermənistan Laçın dəhlizinə və "Dağlıq Qarabağa" Aİ-nin faktaraşdırıcı missiyasını göndərməyi təklif edir" açıqlaması bu deyilənləri təsdiq edir. Ermənistan Rusiyanı KTMT başda olmaqla, Rusiya hərbi bazalarını, sülhməramlı kontingentini tamamilə Qərbin hərbi birləşmələri ilə əvəzləmək və həmin qüvvələrə Qarabağda fəaliyyət göstərmək üçün missiya adı altında yerləşdirilməsinə can atır.
NATO-nun keçmiş baş katibi Rasmussenin Zəngəzura gələrək, Laçın dəhlizinin başlandığı yerə qədər gedib, oradan Azərbaycan əleyhinə fikirlər səsləndirməsi də deməyə əsas yaradır ki, hətta dünya erməniləri bu məsələdə artıq "Konyak diplomatiyası"nı da güclü şəkildə proseslərə qoşub. Heç şübhə edilmir ki, Rasmussen kimi artıq bundan sonra bir çox sabiq və hazırki dövlət başçıları, beynəllxalq təşkilat rəhbərləri erməni lobbisinin "cibində" olacaq.
Hadisələrin bu cür inkişafı isə müharibəni yenidən qaçılmaz varianta çevririr. Elə Paşinyanın mətbuat konfransındakı bəyanatlarından da erməni ictimaiyyətinə, xalqa "növbəti müharibəyə hazır olun" mesajı ötürdüyü aydın sezildi. Ermənistan rəhbərinin müraciətində "Qarabağda vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir" ifadəsinin bir adı var: İstənilən an Qarabağda növbəti hərbi toqquşma baş verə bilər. Bunun hətta total miqyas alması ehtimalı da yüksəkdir.
Bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da analoji mətnlərlə çıxış etdi və Azərbaycanın ultimatum dili ilə danışdığını bildirdi. Qriqoryanla Paşinyanın ard-arda eyni məzmuna müraciət etmələri bir fikri ön plana çıxarır: Ermənistan Azərbaycanın sülhlə bağlı tələblərinin və şərtlərinin bir neçə strateji istiqamətini qəbul etmək fikrində deyil.
Əslində hərbi eskalasiya riski Ermənistanın tutduğu mövqe ilə mütənasibdir. Lakin Bakı bir qədər də səbrlə, təmkinlə yanaşmaq variantına üstünlük verir. Görünür Bakı ümid edir ki, hələ Azərbaycanla Ermənistan arasında siyasi dialoq kanalları tam qapanmayıb.
Lakin bu gün saat 00:10-dan 02:30-dək Ordumuzun mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərinin də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulması Bakının danışıqlar yolu ilə sülh planını poza bilər.
Qarabağda rus sülhməramlılarının havadarlığı ilə Azərbaycana qarşı yeni terror əməllərinə hazırlaşan separatçıların silahlı birləşmələrinin postlar qurduğu, səngərlər qazdığı, istehkamlar hazırladığı ilə bağlı Bakının əlində yetəri qədər video-foto materiallar mövcuddur. Bu da bir daha deməyə əsas verir ki, Qarabağda qaynar toqquşma ehtimalı hər ötən gün daha da artır.
İndiki məqamda hər şey bulanıq görünür. Həm bölgədə, həm də beynəlxalq müstəvidə qeyri-müəyyən vəziyyət hökm sürür. Ancaq belə bir vəziyyətdə həmlə etməyin risklərini də qazancını da ən yaxşı Prezident İlham Əliyev bilir.
Təhməz Əsədov Son.az
Son vaxtlar yaşlı qadın və kişilər televiziya vasitəsilə efirə çıxıb
Süd, pendir, xama, qatıq və digər süd məhsulları. Gündəlik qida rasionu
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönüm�
Bu gün ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan inki
İran Azərbaycana qarşı növbəti təxribata əl atıb. Belə ki, məktəb ş
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri �
Müğənni Səmra Rəhimli sosial şəbəkədə "Kişi arvadını dostu il�
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələri
Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində (NDU) yox
Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oyn
Əvəz Zeynalov və Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət i�
"Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Göz�
Kinoteatrlarda uğurla nümayiş olunan "Evdə Qalmış" filminin kadr