Ermənistan böyük dəstəkdən MƏHRUM OLUR
Siyasət 14 Mar 2023 13:07:00 271 0
Geosiyasi düzən sürətlə dəyişir. Tələblər yeni reallıqların formalaşmasına imkan yaradır. Azərbaycanın təxminən 3 il əvvəl 44 günlük Vətən müharibəsi ilə regiondakı ümumi durumu ciddi şəkildə dəyişməsi, Bakının qarşısında qloballaşan dünyada önəmli aktora çevrilmək üçün fürsətlər açsa da, eyni zamanda Azərbaycanı böyük güclərin maraqlarının toqquşduğu bir coğrafiyaya çevirməkdədir.
Bu xəbəri də oxu: Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib
Günün reallığı isə ondan ibarətdir ki, Azərbaycan postkonflikt dövrünün tələblərinə uyğun olaraq öz məqsədinə doğru sürətlə irəliləməkdə israrlıdır. Baxmayaraq ki, Bakıya beynəlxalq təzyiqlər günbəgün daha da artır. Bu həmlələr Bakının gözünü nəinki qorxudur, əksinə onu daha da gücləndirir.
Azərbaycan yaxşı anlayır ki, dünyanı bürüyən, dünya güclərinin belə əziyyət çəkdiyi hazırki iqtisadi infilyasiyanın fəsadlarını aradan qaldırmaq, onu önləmək, əvəzində daha da güclənmək üçün sosial-iqtisadi inkişaf məsələsində stabillik önəmli şərtdir. Bu gün Azərbaycan dünyanın tək-tük dövlətlərindəndir ki, pandemiya, ardınca müharibə, indi isə işğaldan azad edilən ərazilərin bərpa və quruculuğu ilə yanaşı qısa zaman kəsiyində qaçqın və məcburi küçkünlərin öz yurdlarına böyük qayıdışını təmin etmək adına bu qədər məsələlərin öhdəsindən böyük məharətlə gəlməyi bacarır.
Bu proseslər Azərbaycanın gələcək prioritetlərini də müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir:
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:
✔️ dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat
✔️ rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
✔️ təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi
✔️ işğaldan azad olunmuş ərazilərə böyük qayıdış
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərə dəvət edilməsi və Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər bir daha böyük ümid vəd edir ki, Azərbaycan güclü iqtisadiyyata malik bir dövlət olaraq bundan sonra da sözünü müxtəlif beynəlxalq platformalarda deyə, səsini eşitdirə biləcək, Azərbaycana qarşı olan qərəzli mövqeləri dəf etməyə qadirdir.
Bəli, qərəz...
Bundan bir neçə gün əvvəl Nikol Paşinyanın Almaniyaya işgüzar səfərə dəvət edildiyini də yaxşı xatırlayırıq. Belə qısa müddət ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin də Cənubi Qafqaza artan marağından xəbər verən başlıca məsələ kimi diqqət mərkəzində olması başqa bir mövzudur.
Burada diqqət çəkən əsas məsələ ondan ibarətdir ki, Paşinyan boşluqdan istifadə edərək Berlində Azərbaycan əleyhinə açıqlamaları ilə diqqət mərkəzinə düşmüşdü. Ona bunun üçün imkan yaradılmışdı.
Bu azmış kimi Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında "Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır" cümləsini işlətməsi Bakının diqqətindən yayınmadı. Doğrudur, bir gün sonra Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışıyla bağlı bir çox məsələlər Bakı üçün aydınlaşmış oldu.
Zərrə qədər də şübhə edilmir ki, Almaniyanın yeni hakimiyyətində bölgə barədə münasibətin formalaşmasında bir çox qlobal məsələlərdə ortaq məsləhətləşmələr apardığı Fransa prezidenti Emanuel Makronun da rolu az deyil.
Təkcə, Avropa İttifaqınn Ermənistanda artıq fəaliyyətə başlayan mülki missiyasının (European Union Mission in Armenia, EUMA) personalının (ümumi sayı 102 nəfərdir ki, onların 53 nəfəri "silahsız müşahidəçilər"dir) böyük bir əksəriyyətinin Almaniyadan olması, digər qalan üzvlərinin isə Fransanın jandarmasını təmsil etmələri bir çox mətləblərə aydınlıq gətirir.
Almaniyanın Ştutqart şəhərinin sabiq polis rəisi Markus Ritter EUMA-nın rəhbəri, Aİ-nin mülki planlaşdırma və proseslər üzrə xarici əlaqələr xidmətinin icraçı direktoru Stefano Tomat isə EUMA-nın mülki əməliyyatlar komandanı təyin edilməsi də Almaniyanın Qarabağ ətrafında Fransa və Ermənistan tərəfindən aparılan manipulyasiyalara aldandığını, prosesləri dərindən mənimsəmədiyini göstərir. Şoltsun sözügedən açıqlaması elə bunun ən bariz nümunəsi sayıla bilər.
Lakin bu dəfə Şolts Prezident İlham Əliyevlə görüşəcək ki, bu da Berlinin bölgə ilə bağlı yeni reallıqları elə regionun geosiyasi vəziyyətini müəyyənləşdirən İlham Əliyevin dilindən duymasına səbəb olacaq. Bu amilin özü Almaniyanın Ermənistan-Azərbaycan məsələsində bundan sonra daha obyektiv mövqe tutmasını şərtləndirən bir təmas kimi yadda qalacağına ümidlər böyükdür.
Əslində bu fürsət məhz Berlin adına da olduqca önəmli hesab edilə bilər. Çünki kansler hər iki tərəfdən bərabər məsafə saxlamaqla Parisin Cənubi Qafqazda itirdiyi yeri tutmaq üçün ələ düşən bu fürsəti dəyərləndirə də bilər, dəyərləndirməyə də. Rəsmi Berlin bu boşluğu doldurmağa iddialı olacağı halda, - hərçənd, Fransa İkinci Qarabağ müharibəsindən sonra balansı tamamən Ermənistanın xeyrinə pozduğu üçün keçmiş vasitəçi statusunu itirdiyindən rəsmi Bakı Parisin heç bir təşəbbüsünü qəbul etmir, - Qarabağ mövzusuna bir də qarışmamaq şərti ilə Almaniyaya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdirilməsində Brüssellə birgə fayda verə bilməsi üçün qapı aça bilər.
Hadisələrin bundan sonra necə inkişaf edəcəyi təbii ki, Almaniyanın qərarına bağlıdır. Böyük ehtimalla Şolts regionun və və Avropanın enerji təhlükəsizliyi təminatçısına çevrilən, Cənubi Qafqazın əsas aktoru olan, müstəqil iqtisadi-siyasi qərarlar verməkdə bir problemi olmayan Bakını qarşısına almaq istəməyəcək.
Çünki bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir bir dövlətdir və hər ötən gün Azərbaycana dünya dövlətlərinin artan etimadı, Bakının beynəlxalq siyasi sferada əlini bir qədər də gücləndirməkdədir.
Təhməz Əsədov Son.az
Azərbaycanın Qarabağ regionunda vəziyyətin inkişaf dinamikası güclənmə
Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın 2 min manat cərim
"Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ist
Avropa öldürücü silahlar və zirehli texnikalar göndərməklə Ukrayna konf
Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının orta
Unibank biznes sahibləri üçün daha bir kampaniyaya başlayıb. Mikro və ki�
Bu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilovanın yeni proqramla efirə
"Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin h
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (
Aparıcı Tural Əsədov həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.
Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbə
İranda molla rejiminə qarşı etiraz aksiyaları 5 aydan çoxdur ki, davam edi
Azərbaycana qarşı ikili standartlar qəbul edilməzdir.
Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.