Kamaləddin Qafarov: “Qarabağ ermənilərinin gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır”


Siyasət 14 Mar 2023 12:15:00 277 0

Kamaləddin Qafarov: “Qarabağ ermənilərinin  gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır”

"Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu öz işini baş vurdu. Bakı Forumunda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik 60 ölkədən 350 nəfər nümayəndə iştirak edirdi. Dövlətimizin başçısı tədbirin açılış mərasimində etdiyi çıxışında  Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı. Forumun proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edirdi. Bununla yanaşı, bu gün dünya gündəminin bir çox digər aktual məsələləri də müzakirələrin gündəliyinə daxil edilmişdi".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: "Öz çıxışında Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilədək uzadılmış sədrliyinin bu ilin sonunda başa çatacağını bildirdi. Azərbaycan təşkilata üzv olduğu bütün müddət ərzində və əlbəttə ki, həm də sədrliyi dövründə  Qoşulmama Hərəkatını daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışıb. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı, Hərəkatın Gənclər Şəbəkəsi təsis edildi. Dövlətimizin başçısı bəyan etdi ki, bu ilin sonunda Azərbaycanın sədrliyi başa çatdıqdan sonra da ölkəmiz öz səylərini davam etdirəcək. Çünki Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır".

K.Qafarov münaqişələrin həlli mövzusunda fikirlərini bölüşən Prezident İlham Əliyevin öz çıxışında irəli sürdüyü konstruktiv təkliflərdə, əslində, Ermənistana da öz gələcəyini qura bilməsi üçün daha bir şansın verildiyini vurğulayıb:

"Dövlətimizin başçısı Forumun açılış mərasimində etdiyi çıxışında Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün uzun illər ciddi səylər göstərdiyini bir daha bütün iştirakçıların diqqətinə çatdırdı. İşğal nəticəsində Azərbaycanda humanitar fəlakətə yol açmış, bir milyondan artıq azərbaycanlını yurdsuz qoymuş, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan münaqişəni dinc yolla həll etmək istəmədi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə  məhəl qoymadı. Bununla da Ermənistan beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə açıq-aşkar hörmətsizlik göstərdi. Lakin Azərbaycan BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək öz ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, Azərbaycanın legitim hüququ idi. Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Yaxşı olardı ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı bu şansı əldən buraxmağın böyük səhv olacağına inandıra bilsinlər. Bu, Ermənistanın həqiqətən də sonuncu şansı ola bilər. Çünki, Ermənistan ölkəmizə qarşı təcavüz səbəbindən, faktiki olaraq müstəqil gələcəyini qurmaq fürsətini əldən buraxıb. Bu gün isə, Prezident İlham Əliyev öz konstruktiv və ədalətli təklifləri ilə onlara öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaradır. Dövlətimizin başçısı  Azərbaycandakı erməni azlığına dair konkret mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu və bütün azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha vurğuladı. Artıq həmin insanlar da anlamalıdırlar ki, onların gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır.Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil".

Tural Afaqın səhhətindən DANIŞDI like
  • 14 Mar 12:01  
Şou-biznes Tural Afaqın səhhətindən DANIŞDI

Aparıcı Tural Əsədov həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.

arrow Ətraflı
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağııq like
  • 14 Mar 11:57  
Siyasət İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağııq

Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbə

arrow Ətraflı
İranda mollanın əmmaməsi yenə getdi like
  • 14 Mar 11:49  
Digərləri İranda mollanın əmmaməsi yenə getdi

İranda molla rejiminə qarşı etiraz aksiyaları 5 aydan çoxdur ki, davam edi

arrow Ətraflı
Azərbaycana qarşı ikili standartlar qəbuledilməzdir like
  • 14 Mar 11:37  
Siyasət Azərbaycana qarşı ikili standartlar qəbuledilməzdir

Azərbaycana qarşı ikili standartlar qəbul edilməzdir.

arrow Ətraflı
Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur like
  • 14 Mar 11:35  
Siyasət Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur

Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.

arrow Ətraflı
Kahramanmaraşda yenə zəlzələ oldu like
  • 14 Mar 11:33  
Dünya Kahramanmaraşda yenə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində 4,7 bal gücündə zəlzələ baş ver

arrow Ətraflı
Azərbaycanda çörək ucuzlaşdı like
  • 14 Mar 11:31  
Digərləri Azərbaycanda çörək ucuzlaşdı

Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi

arrow Ətraflı
Küləkli hava nə qədər davam edəcək? like
  • 14 Mar 11:22  
Digərləri Küləkli hava nə qədər davam edəcək?

"Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəra

arrow Ətraflı
DTX işçisi olduğunu deyib pul alan şəxs “Kamaz” sürücüsü imiş like
  • 14 Mar 11:11  
Kriminal DTX işçisi olduğunu deyib pul alan şəxs “Kamaz” sürücüsü imiş

Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdi

arrow Ətraflı
Separatçılar Bakıya “yox” dedi: like
  • 14 Mar 11:09  
Siyasət Separatçılar Bakıya “yox” dedi:

Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı er

arrow Ətraflı
Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır like
  • 14 Mar 11:00  
Siyasət Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır

Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli

arrow Ətraflı
Vüqar məhkəməyə verildi like
  • 14 Mar 10:54  
Şou-biznes Vüqar məhkəməyə verildi

Müğənni Vüqar Muradov hakim qarşısına çıxıb.

arrow Ətraflı
Kremlin saytında yer alan mesaj: Bu, Ermənistana son xəbərdarlıqdır like
  • 14 Mar 10:43  
Digərləri Kremlin saytında yer alan mesaj: Bu, Ermənistana son xəbərdarlıqdır

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan a

arrow Ətraflı
Azərbaycan və Almaniya birlikdə əməkdaşlığın genişləndirilməsinə yol açır like
  • 14 Mar 10:32  
Siyasət Azərbaycan və Almaniya birlikdə əməkdaşlığın genişləndirilməsinə yol açır

Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və getdikcə A

arrow Ətraflı