41 yaşında tələbə oldu, ömrünü sənəti üçün şam kimi əritdi Unudulan məşhurlar FOTO


Digərləri 11 Mar 2023 19:47:00 257 0

41 yaşında tələbə oldu, ömrünü sənəti üçün şam kimi əritdi  Unudulan məşhurlar  FOTO

Son.az lent.az-a istinadən "Unudulan məşhurlar" rubrikasında Xalq artisti, xanəndə Şahnaz Haşımova haqqında məlumatları təqdim edir.

Şahnaz Haşımova 1957-ci ildə Gəncə şəhərində anadan olub. Şahnaz xanım müsahibələrində mühəndis işləyən atasının sazda ifa edib, şeirlər yazdığını deyib. Ailədə özündən başqa 7 bacı-qardaşı olub.

Gənc Şahnazın altı yaşından bəri musiqiyə həvəsi olduğuna görə, o, 1975-ci ildə Gəncə Musiqi Kollecinin muğam şöbəsində təhsil alıb. Bundan əlavə, Şahnaz Haşımova 41 yaşında Dağıstan Dövlət İdarə Etmə və Biznes Universitetinin Hüquq fakültəsinə daxil olub.

14 yaşında ikən o, bədii özfəaliyyət kollektivlərinin solisti, "Oxu, tar" festivalının iştirakçısı olub. 1977-ci ildən indiyədək "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. Bundan başqa, o, Gəncə Musiqi Kollecində xanəndə müəllimidir. Müxtəlif vaxtlarda "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının və Gəncə Dövlət Filarmoniyasının direktoru, Gəncə Dövlət Filarmoniyasında Yeni Azərbaycan Partiyasının sədri vəzifələrində çalışıb.

O, milli mahnılarımızla yanaşı, türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnılarını da məharətlə ifa edib. Şahnaz Haşımovanın repertuarında ən çox bəyənilən ifalardan biri də "Kəsmə" şikəstədir. Təbii ki, bu şikəstəni bir çox xanım xanəndələrimiz oxuyub. Ancaq məhz Şahnaz xanım "Kəsmə" şikəstəyə özünəməxsus nəfəs verib. O, müsahibələrinin birində "Bütün həyatımı sənətimə görə şam kimi əritmişəm", - deyib. O, məhz çalışdığı nüfuzlu vəzifələrdən səhhətinə görə uzaqlaşdığını etiraf edib.

Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, 1989-cu ildə "Azərbaycan SSR-in Əməkdar artisti" fəxri adına, 2000-ci ildə isə "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülüb. Azərbaycanın hüdudlarından kənarda ölkəni təmsil edən, qastrol və səfərlərə çıxan Şahnaz Haşımova xarici məşhurlarla dostluq əlaqələri qurub.

Şahnaz Haşımova Əməkdar artist, kamança ifaçısı Eldar Abdullayevlə 16 yaşında ailə qurur. Onların iki oğul övladı, altı nəvələri var. Bacısı Aybəniz Haşımova onun haqqında danışarkən "Şahnaz xanım səhnədə olanda mən heç doğulmamışdım", - deyib. Hətta Şahnaz xanım müsahibələrində deyir ki, Aybəniz xanımın sənətə gəlməyini istəmirdi. Çünki özü bu sənətdə hər əziyyəti çəkdiyini etiraf edirdi. Bir maraqlı fakt: Bu bacıların arasında hələ heç vaxt küsülülük, inciklik barədə xəbər yayılmayıb.

Lent.az Şahnaz xanımın səhhəti ilə bağlı maraqlanmaq istədi. Özü ilə danışmaq istəsək də, təəssüf ki, bu baş tutmadı. Ancaq bacısı Aybəniz xanım hazırda vəziyyətinin yaxşı olduğunu dedi.

"Nə qədər xoşbəxt görünsəm də, olmur" like
  • 11 Mar 18:55  
Şou-biznes "Nə qədər xoşbəxt görünsəm də, olmur"

"Nə xədər xoşbəxt, hər şey yerindəymiş kimi görünsəm də, boşl

arrow Ətraflı
Çoxunun sahibi heç vaxt gəlməyəcək... like
  • 11 Mar 18:44  
Dünya Çoxunun sahibi heç vaxt gəlməyəcək...

Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən

arrow Ətraflı
Nüsrət göyə təyyarə qaldırıb, ölkəsi üçün yardım İSTƏDİ like
  • 11 Mar 18:22  
Dünya Nüsrət göyə təyyarə qaldırıb, ölkəsi üçün yardım İSTƏDİ

Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ö

arrow Ətraflı
Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə: like
  • 11 Mar 18:11  
Digərləri Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə:

Türkiyənin məşhur "Kardeşlerim" serialının baş rol ifaçılar�

arrow Ətraflı
Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə... like
  • 11 Mar 18:00  
Kriminal Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə...

Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Bəhruz qonşusu Şirvan

arrow Ətraflı
Məhkəməni uduzan Müşviq: "Hakim şahidlərimi içəri buraxmadı" like
  • 11 Mar 17:55  
Şou-biznes Məhkəməni uduzan Müşviq: "Hakim şahidlərimi içəri buraxmadı"

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh"

arrow Ətraflı
Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək like
  • 11 Mar 17:37  
Siyasət Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxal

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib like
  • 11 Mar 17:35  
Siyasət Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub

arrow Ətraflı
Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi" like
  • 11 Mar 17:33  
Şou-biznes Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi"

Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli  ATV kanalında yay�

arrow Ətraflı
1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi like
  • 11 Mar 17:22  
Dünya 1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi

Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt

arrow Ətraflı
"Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!" like
  • 11 Mar 17:11  
Şou-biznes "Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!"

Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start

arrow Ətraflı
X Qlobal Bakı Forumu başa çatıb like
  • 11 Mar 16:47  
Siyasət X Qlobal Bakı Forumu başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi

arrow Ətraflı
Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər like
  • 11 Mar 16:44  
Digərləri Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər

Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb

arrow Ətraflı