Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib


Siyasət 11 Mar 2023 17:35:00 267 0

Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

İcmadan Son.az-a verilən məlumata görə, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.

Şübhəsiz ki, qayıdış prosesi üzrə siyasi müstəvidə aparılmalı prosesin mühüm bir hissəsini Ermənistan hökuməti ilə dialoq təşkil etməlidir. Ermənistan tərəfinin bizə qarşı törədiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir.

Bu məramla İcmamız Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırmışdır. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Məktubda həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır.

Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.

İcma məktubunda qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə dialoqa hər zaman hazır olduğunu qeyd etməklə bərabər, vurğulayır ki, azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.

Ədalət və barışıq naminə biz insan haqları və re-inteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır.

İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək.

Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi" like
  • 11 Mar 17:33  
Şou-biznes Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi"

Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli  ATV kanalında yay�

arrow Ətraflı
1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi like
  • 11 Mar 17:22  
Dünya 1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi

Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt

arrow Ətraflı
"Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!" like
  • 11 Mar 17:11  
Şou-biznes "Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!"

Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start

arrow Ətraflı
X Qlobal Bakı Forumu başa çatıb like
  • 11 Mar 16:47  
Siyasət X Qlobal Bakı Forumu başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi

arrow Ətraflı
Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər like
  • 11 Mar 16:44  
Digərləri Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər

Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb

arrow Ətraflı
İranın hərbi təyyarəsi Azərbaycan sərhədini pozdu like
  • 11 Mar 16:39  
Siyasət İranın hərbi təyyarəsi Azərbaycan sərhədini pozdu

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyy

arrow Ətraflı
Məşhur serialın yayım tarixi bəlli oldu like
  • 11 Mar 16:33  
Şou-biznes Məşhur serialın yayım tarixi bəlli oldu

Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı

arrow Ətraflı
İsrail İrana ağır zərbə endirəcəkmi? like
  • 11 Mar 16:22  
Digərləri İsrail İrana ağır zərbə endirəcəkmi?

20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlı

arrow Ətraflı
Azərbaycanlı müğənnidən şok hərəkət like
  • 11 Mar 16:11  
Şou-biznes Azərbaycanlı müğənnidən şok hərəkət

Gənc müğənni Hissin növbəti addımı diqqət çəkib.

arrow Ətraflı
Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər, like
  • 11 Mar 16:00  
Kriminal Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər,

Son.az Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövh�

arrow Ətraflı
Müğənni ailəsini zəlzələdə itirən gəncə iş verdi like
  • 11 Mar 15:55  
Şou-biznes Müğənni ailəsini zəlzələdə itirən gəncə iş verdi

Türk müğənni Haluk Levent növbəti xeyirxah addımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qanunsuz işləyən obyektlərin fəaliyyəti dayandırıldı like
  • 11 Mar 15:44  
Digərləri Qanunsuz işləyən obyektlərin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Sürücülərə VACİB XƏBƏR: like
  • 11 Mar 15:40  
Digərləri Sürücülərə VACİB XƏBƏR:

Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi

arrow Ətraflı
Pentaqon silah və sursatların alınmasına 170 milyard dollar xərcləməyi planlaşdırır like
  • 11 Mar 15:22  
Dünya Pentaqon silah və sursatların alınmasına 170 milyard dollar xərcləməyi planlaşdırır

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi yeni maliyyə ilində satın

arrow Ətraflı