Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər,


Kriminal 11 Mar 2023 16:00:00 205 0

Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər,

Son.az Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva haqqında maraqlı faktları təqdim edir.

Gövhər Mirhəmid qızı Rzayeva 1953-cü ildə Bakı şəhərində keçmiş Sovetski məhəlləsində anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. Gövhər xanım evin ilk övladı olub. Onun adını nənəsi qoyub. Atası həmişə Gövhər xanımı anam deyə çağırıb.

***

Gövhər Rzayevanın xalalarından biri Sara Mahmudova Bakının məşhur nağara ifaçısı, Validə Mahmudova isə müğənni olub. Gövhər xanım özü həkim olmaq istəsə də, iş elə gətirib ki, on iki yaşından qarmon ifa etməyə, qadın toylarına getməyə başlayıb. Musiqi təhsili alan zaman atası həmişə özü onu məktəbə aparıb gətirib.

173 saylı məktəbdə oxuyan Gövhəri istəyən, elçi gələn çox olub. Hətta onu qonşuluqdan bir oğlan istəyir. Elçi göndərir, yaşı az olduğundan atası razı olmur. Belə olan halda onlar Gövhəri qaçırmaq istəyirlər. Buna görə də Gövhər qadın məclislərinə də gedəndə, atası onu nəzarətsiz buraxmayıb. Məclislərdə boyu balaca olduğundan onun altına bir neçə qalın döşəkcə qoyurmuşlar ki, boyu qarmona çatsın. Bir dəfə də toy vaxtı onu yuxu tutur, başını qarmonun üstünə qoyub yatır. Anası onu oyadıb deyir, Gövhər toydasan, yatma.

***

Gövhər xanım ilk dəfə toylara mərhum qarmonçalan Qızxanım Dadaşova ilə gedib. İlk dəfə isə Rübabə Muradovanı müşayiət edib. Rübabə xanım onu ilk dəfə görəndə, yanındakı köməkçisinə deyir: Bundan balaca qarmonçalan tapa bilmirdiniz? Köməkçisi isə cavab verir ki, siz onun boyuna baxmayın, yaxşı ifa edir. Toydan sonra Rübabə xanım Gövhərə yaxınlaşıb deyir:

"Afərin qızım. Sən yaxşı ifaçısan, sənin gələcəyin olacaq"

İfaçının qızı Ülkər Rzayeva ailə qursa da, bəxti gətirmir. Sonralar vaxtilə müğənnilik fəaliyyəti ilə məşğul olur. Mahnılar ifa edir, kliplər çəkdirir. Ancaq müəyyən müddətdən sonra anası müğənnilik sənətini ona qadağan edir. Müsahibələrinin birində Gövhər xanım deyir:

"O, mənim nəfəsimdir, sonbeşiyimdir. Allah ona gözəl sürət bəxş edib. Arzu edirəm ki, siması kimi də tanrı ona bəxt versin. Qızım ailə qurdu. Amma bəxti gətirmədi. Həyat yoldaşını öldürdülər. Bir az keçdi, oğlunu da öldürdülər ki, vərəsəsi qalmasın. Bir ildən sonra qızımı qaytarıb gətirdim evimə. Mənim başıma nələr gəlməyib ki? Bəlkə də, mənim yerimə başqası olsaydı, havalanardı. O biri qızımla, oğlumdan rahatam. Amma Ülkərdən nigaranam. Çünki onun qəlbi sınıqdı".

Müğənni ailəsini zəlzələdə itirən gəncə iş verdi like
  • 11 Mar 15:55  
Şou-biznes Müğənni ailəsini zəlzələdə itirən gəncə iş verdi

Türk müğənni Haluk Levent növbəti xeyirxah addımı ilə diqqət çəkib.

arrow Ətraflı
Qanunsuz işləyən obyektlərin fəaliyyəti dayandırıldı like
  • 11 Mar 15:44  
Digərləri Qanunsuz işləyən obyektlərin fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Sürücülərə VACİB XƏBƏR: like
  • 11 Mar 15:40  
Digərləri Sürücülərə VACİB XƏBƏR:

Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi

arrow Ətraflı
Pentaqon silah və sursatların alınmasına 170 milyard dollar xərcləməyi planlaşdırır like
  • 11 Mar 15:22  
Dünya Pentaqon silah və sursatların alınmasına 170 milyard dollar xərcləməyi planlaşdırır

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi yeni maliyyə ilində satın

arrow Ətraflı
Toyları gündəm olan cütlük like
  • 11 Mar 15:11  
Digərləri Toyları gündəm olan cütlük

Son.az "Kaspi" qəzetində dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
Ukraynalı kəşfiyyatçıdan Rusiya ilə bağlı like
  • 11 Mar 15:00  
Dünya Ukraynalı kəşfiyyatçıdan Rusiya ilə bağlı

"Rusiyanın yaza qədər "hərbi alətləri" tükənəcək".

arrow Ətraflı
"Kimlə istəyərəm gəzərəm də, danışaram da" like
  • 11 Mar 14:55  
Şou-biznes "Kimlə istəyərəm gəzərəm də, danışaram da"

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə

arrow Ətraflı
"Sonuncu diaqnoz həyatımı çətinləşdirir" like
  • 11 Mar 14:52  
Digərləri "Sonuncu diaqnoz həyatımı çətinləşdirir"

Mən Məmmədəliyeva Nurlan Rəşid qızı artıq ilk əməliyyatımdan 5 il ö

arrow Ətraflı
Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram like
  • 11 Mar 14:49  
Siyasət Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram

Mən şəxsən Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram.

arrow Ətraflı
"Koroğlu" metrosunun yaxınlığında şam ağacları yandırıldı like
  • 11 Mar 14:44  
Digərləri "Koroğlu" metrosunun yaxınlığında şam ağacları yandırıldı

Nizami rayonunda, "Koroğlu" metrosu yaxınlığındakı ərazidə Eld

arrow Ətraflı
Şuşanın əvvəlki görkəmdə bərpası üçün işlər sürətlə davam edir like
  • 11 Mar 14:37  
Digərləri Şuşanın əvvəlki görkəmdə bərpası üçün işlər sürətlə davam edir

Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən yaxş�

arrow Ətraflı
Qarabağ savaşının SON RAUNDU BAŞLAYIR like
  • 11 Mar 14:35  
Siyasət Qarabağ savaşının SON RAUNDU BAŞLAYIR

Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamd

arrow Ətraflı
Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi like
  • 11 Mar 14:22  
Digərləri Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi

Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə

arrow Ətraflı
Nicat Lənkəranskini kimlər öldürmək istəyib? like
  • 11 Mar 14:21  
Kriminal Nicat Lənkəranskini kimlər öldürmək istəyib?

Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�

arrow Ətraflı