Yatmağa görə nəzarətçini öldürdü


Kriminal 11 Mar 2023 19:22:00 257 0

Yatmağa görə nəzarətçini öldürdü

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il avqustun 13-ü gecə saatlarında Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində bıçaqlanma hadisəsi olur. 68 yaşlı Hüseyn Məmmədov bıçaqlanaraq. Sabunçuda yerləşən 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş orada ölüb.   Ayın 13-də Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılan cinayəti işi, zərərçəkmişin ölümündən sonra rayon prokurorluğuna göndərilib.     Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Vüqar Cəfərov səhərisi gün polis əməkdaşları tərəfindən Sumqayıt şəhərinin 17-ci məhəlləsində tutulub.   Vüqar Cəfərov 1980-ci ildə Kürdəmir rayonunda anadan olub, əvvəllər 2 dəfə məhkum olunub.

Son.az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 12-i saat 23:30-da Vüqar Cəfərov gecələmək üçün Rəsulzadə qəsəbəsində qeyri-rəsmi fəaliyyət göstərən hostelə gəlib. Dəhlizdə nəzarətçi Hüseyn Məmmədova yaxınlaşaraq, gecələməyə yer verməsini xahiş edib. Hüseyn onunla kobud danışıb, söyüş söyərək, yer olmadığını bildirib. Vüqar çıxıb getməsini tələb edən Hüseynin hərəkətlərindən əsəbiləşib və bu zəmində aralarında yaranmış mübahisə zamanı, bıçaqla 1 dəfə onun qarın nahiyyəsinə zərbə endirib. Nəticədə səhərisi gün saat 11-də zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.   İş üzrə dindirilmiş Vüqar Cəfərov bildirib ki, 2002-ci ildən Vəfa adlı qadınla qeyri-rəsmi yaşayıb, nikahdan 3 övladları dünyaya gəlib. 2009-cu ildən ailəsindən ayrılaraq, tək yaşamağa başlayıb:

"Fərdi qaydada usta kimi işləyirdim, müxtəlif ünvanlarda gündəlik kirayələrdə qalmışam. Axırıncı dəfə Abşeron rayonu, Atyalı yaşayış massivində 70 manata kirayədə yaşadım. Qonşuluğumda yaşayan Emil Kərimovla yaranan mübahisə zamanı, bıçaqla gözünün altına xəsarət yetirdim. Qonşum məni tutduracağını bildirərək, DİN 102 xidmətinə zəng etdi və adiyyatı üzrə məlumat Qobu Polis Bölməsinə ötürülüb.

Bunu bilib, dərhal evdən çıxdım və taksi ilə "Xutor" adlanan ərazidə yerləşən hostel tipli evə gəldim. Qapını açan tanımadığım, hündürboylu bir nəfərə ev sahibini çağırmağını, pulunu verib, orda gecələmək istədiyimi dedim. Daha sonra gələn Hüseyn Məmmədov məni əli ilə itələyərək, qalmağa yeri olmadığını bildirdi. Əvvəllər də burda bir neçə dəfə qaldığımı deyəndə, həmin şəxs məni təhqir edərək, bir daha qalmağa yer olmadığını vurğuladı.

Hüseynin dəfələrlə işlətdiyi söyüşlərdən sonra, şalvarımın bel hissəsinə keçirdiyim bıçağı çıxarıb, qarınına zərbə vurdum. Xəsarət alan şəxs qışqırdı. Aşağıda olan adamların yuxarı qalxmasını görüb tələsik evi tərk etdim. Taksi ilə "Şamaxinka" adlanan əraziyə, ordan isə Atyalı qəsəbəsinə getdim. Avqustun 14-də polis əməkdaşları məni Sumqayıtda saxlayaraq, Binəqədi rayon Polis İdarəsinə gətirdilər".

"Nə qədər xoşbəxt görünsəm də, olmur" like
  • 11 Mar 18:55  
Şou-biznes "Nə qədər xoşbəxt görünsəm də, olmur"

"Nə xədər xoşbəxt, hər şey yerindəymiş kimi görünsəm də, boşl

arrow Ətraflı
Çoxunun sahibi heç vaxt gəlməyəcək... like
  • 11 Mar 18:44  
Dünya Çoxunun sahibi heç vaxt gəlməyəcək...

Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən

arrow Ətraflı
Nüsrət göyə təyyarə qaldırıb, ölkəsi üçün yardım İSTƏDİ like
  • 11 Mar 18:22  
Dünya Nüsrət göyə təyyarə qaldırıb, ölkəsi üçün yardım İSTƏDİ

Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ö

arrow Ətraflı
Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə: like
  • 11 Mar 18:11  
Digərləri Məşhur serialın çəkiliş meydançasında bədbəxt hadisə:

Türkiyənin məşhur "Kardeşlerim" serialının baş rol ifaçılar�

arrow Ətraflı
Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə... like
  • 11 Mar 18:00  
Kriminal Gənc oğlan gecəyarısı qonşusunun yataq otağına boylandı, qadın isə...

Bakının Sabunçu rayonunda 1990-cı il təvəllüdlü Bəhruz qonşusu Şirvan

arrow Ətraflı
Məhkəməni uduzan Müşviq: "Hakim şahidlərimi içəri buraxmadı" like
  • 11 Mar 17:55  
Şou-biznes Məhkəməni uduzan Müşviq: "Hakim şahidlərimi içəri buraxmadı"

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh"

arrow Ətraflı
Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək like
  • 11 Mar 17:37  
Siyasət Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxal

arrow Ətraflı
Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib like
  • 11 Mar 17:35  
Siyasət Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub

arrow Ətraflı
Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi" like
  • 11 Mar 17:33  
Şou-biznes Nazilə Səfərli: "Şəbnəm Tovuzlu toya 10 manata gedirdi"

Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli  ATV kanalında yay�

arrow Ətraflı
1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi like
  • 11 Mar 17:22  
Dünya 1 ay sonra dağıntılar altından çıxanlar təəccübləndirdi

Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt

arrow Ətraflı
"Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!" like
  • 11 Mar 17:11  
Şou-biznes "Rəqqasə Oksana sənətkardır, onu kəmsavad tiktokerlərlə müqayisə etməyin!"

Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start

arrow Ətraflı
X Qlobal Bakı Forumu başa çatıb like
  • 11 Mar 16:47  
Siyasət X Qlobal Bakı Forumu başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi

arrow Ətraflı
Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər like
  • 11 Mar 16:44  
Digərləri Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər

Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb

arrow Ətraflı
İranın hərbi təyyarəsi Azərbaycan sərhədini pozdu like
  • 11 Mar 16:39  
Siyasət İranın hərbi təyyarəsi Azərbaycan sərhədini pozdu

11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyy

arrow Ətraflı
Məşhur serialın yayım tarixi bəlli oldu like
  • 11 Mar 16:33  
Şou-biznes Məşhur serialın yayım tarixi bəlli oldu

Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı

arrow Ətraflı