Azərbaycanda COVID19dan ölüm sayı digər ölkələrlə müqayisədə azdır
Siyasət 10 Mar 2023 10:40:00 291 0
Azərbaycanda COVID-19 səbəbindən ölüm sayı digər ölkələrlə müqayisədə azdır.
Bu xəbəri də oxu: Rəsmi Bakıdan İrəvana
Son.az Trend-ə istinadən bildirir ki, bunu Bosniya və Herseqovinanın keçmiş xarici işlər naziri Zlatko Laqumciya 10-cu Qlobal Bakı Forumunun "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda keçirilən panel iclası zamanı çıxışında deyib.
O qeyd edib ki, digər ölkələrdə Azərbaycanla müqayisədə bu xəstəlikdən ölüm sayı 5 dəfə artıqdır.
"İnsanların sağlamlığı gələcəyə investisiyadır. Avropa siyasi icması da buna bağlılığını göstərməlidir", - deyə o bildirib.
Sabiq nazir həmçinin qeyd edib ki, neft və qazla zəngin ölkə - Azərbaycan həm də bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi vəzifəsini qarşısına qoyub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail D�
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikm�
Pandemiyanın ilk zamanlarında əksər ölkələr vaksinləri zəngin ölkələ
Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığını
Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründ�
Heydər Əliyev dövlətin nüfuzunu artırmaq üçün çox işlər görüb. Ulu
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs
ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə
Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli h�
"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tama