Sərhəddə növbəti təxribat


Siyasət 10 Mar 2023 08:59:00 176 0

Sərhəddə növbəti təxribat

"Erməni silahlı qüvvələri 30 illik işğal və sonrakı dövrdə çoxsaylı təxribat törədiblər. Keçən ilin sentyabr ayından başlayaraq  isə bu təxribatlar intensivləşib".

Son.az xəbər verir ki, bu fikirləri musavat.com-a politoloq Yeganə Hacıyeva erməni silahlı qüvvələrinin bölmələrinin ötən gecə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutmasını şərh edərkən bildirib. O qeyd edib ki, məqsəd Azərbaycan silahlı qüvvələrini cavab atəşi açmağa təhrik etməkdir: "Keçən il sentyabrda törədilən təxribatdan sonra Avropa Birliyi Ermənistana missiya göndərdi, ardınca ATƏT-in missiyası kimi təqdim edilən nümayəndələrin səfəri baş tutdu, amma biz bunu mübahisələndirdik və sübut etdik ki, onlar Ermənistanın dostlarıdır. Dekabr ayında missiyanın fəaliyyəti başa çatan ərəfədə hücumlar fəallaşdı. İndi isə missiyanın 100 nəfərdən ibarət olması onları qane etmir.  Onlar nümayəndələrin sayını artırmaq istəyirlər".

Y.Hacıyeva qeyd etdi ki, məqsəd həmçinin, reinteqrasiya prosesini sabotaj etməkdir:

"Ermənistan  həm daxili qüvvələr vasitəsilə, həm də paralel olaraq sərhəddə sabotaja əl atır. Avropa Birliyi ilə Rusiyanı, Rusiya ilə Avropa Birliyini şantaj etmək kimi siyasət güdülür. Ermənistan Rusiyanın iştirakı olmadan heç nə etmir. Bütün prosesləri Rusiya ilə koordinasiyalı şəkildə edir. Bu günlərdə Avropa Birliyi sanksiyalardan yayınması üçün Rusiyaya kömək edən ölkələrin siyahısını açıqlayıb. O siyahıda birinci sırada Ermənistandır, ikinci Yunanıstan. Maraqlıdır ki, Rusiyanın Aİ sanksiyalardan yayınmağa kömək edən şirkətlərin böyük əksəriyyəti Paşinyanın  ətrafında birləşmiş biznes dairələrdir. Ermənistanda Rusiyaya yönəlmiş düşmənçilik sadəcə görüntüdür, əslində, Avropaya hesablanıb. Rusiyanın Cənubi Qafqazdakı maraqlarını zədə altında qoymasının səbəbini Ukraynada aparılan müharibədə axtarmaq lazımdır. Rusiya Ukrayna ilə müharibədə məğlub olsa, Putinin hakimiyyəti sona çatacaq. Rusiya Avropa İttifaqını (Aİ) Ukraynanı güzəştlərə məcbur etsin deyə, Cənubi Qafqazda Aİ maraqlarına güzəştlərə gedir".

Qeyd edək ki, martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Uşaqlarda qarın sancısı like
  • 10 Mar 08:55  
Digərləri Uşaqlarda qarın sancısı

Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərs

arrow Ətraflı
Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün like
  • 10 Mar 08:52  
Dünya Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün

ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilə

arrow Ətraflı
Rusiya İranla misli görünməmiş like
  • 10 Mar 08:49  
Dünya Rusiya İranla misli görünməmiş

Rusiya İranla misli görünməmiş hərbi əməkdaşlığa başlayır.

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 10 Mar 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını... like
  • 10 Mar 08:27  
Kriminal Gecə yarısı gizlicə evə girdi, qonşunun 13 yaşlı qızını...

Lerik rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli h�

arrow Ətraflı
Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar: like
  • 10 Mar 08:23  
Şou-biznes Azərbaycanı "Avroviziya"da təmsil edəcək qardaşlar:

"Nə deyək, söz tapa bilmirik... Həyatımız bir gün içərisində tama

arrow Ətraflı
Daha bir ölkədə koronavirus məhdudiyyətləri like
  • 10 Mar 08:19  
Dünya Daha bir ölkədə koronavirus məhdudiyyətləri

Qətər hökuməti tibb müəssisələrində qoruyucu maskaların taxılması is

arrow Ətraflı
XankəndiLaçın yolunda aksiyanın 89cu gündür: like
  • 10 Mar 08:17  
Siyasət XankəndiLaçın yolunda aksiyanın 89cu gündür:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Azərbaycanlı iş adamı Rusiyada like
  • 10 Mar 08:15  
Digərləri Azərbaycanlı iş adamı Rusiyada

Azərbaycanlı iş adamı Vaqif Məmişov Rusiyanın Sankt-Peterburq şəhərind

arrow Ətraflı
Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb like
  • 10 Mar 08:12  
Dünya Zelenski: Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket atıb

Rusiya Ukraynanın 10 regionuna geniş raket zərbəsi endirib.

arrow Ətraflı
Milyarder idmançıların SİYAHISI like
  • 10 Mar 08:08  
Dünya Milyarder idmançıların SİYAHISI

Tarixin ən zəngin idmançılarının siyahısı məlum olub.

arrow Ətraflı
Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır like
  • 10 Mar 08:03  
Digərləri Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır

Həftədə bir dəfə sekslə məşğul olmaq sağlamlığa faydalıdır.

arrow Ətraflı
"Başakşehir" "Gent"lə heçheçə etdi, "Sivasspor" uduzdu like
  • 10 Mar 08:00  
Dünya "Başakşehir" "Gent"lə heçheçə etdi, "Sivasspor" uduzdu

Bu gün Konfrans Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.

arrow Ətraflı
Villasını indi çadır əvəz eləyir like
  • 10 Mar 07:57  
Dünya Villasını indi çadır əvəz eləyir

Heç bir təbii fəlakət yaş, status və səlahiyyət arasında fərq qoymur.

arrow Ətraflı
Rusiyaya casusluqda ittiham olunan italiyalı zabit like
  • 10 Mar 07:53  
Dünya Rusiyaya casusluqda ittiham olunan italiyalı zabit

Roma hərbi məhkəməsi İtaliya Hərbi Dəniz Qüvvələrinin zabitini Rusiyan

arrow Ətraflı